DÜNYA28.3.2024 21:30

Maskdan X istifadəçilərinə şad xəbər

1629

X platformasında təsdiqlənmiş hesabı və 2500-dən çox izləyicisi olan istifadəçilərə pulsuz funksiyalar təqdim edilib.

Axar.az xəbər verir ki, bu barədə “Tesla”nın rəhbəri və X sosial platformasının sahibi İlon Mask məlumat verib.

O bildirib ki, bu platformada təsdiqlənmiş hesabı və 2500-dən çox izləyicisi olan bütün X hesablarının istifadəçiləri bu sosial şəbəkənin premium variantından pulsuz istifadə edə biləcək.

YUXARI