MƏDƏNİYYƏT29.4.2024 09:30

Mikayil Oyta Sidneydə Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü tədbirində iştirak edib

9850

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü ilə bağlı tədbir keçirilib. 

Avstraliya Azərbaycan Assosiasiyası prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta və  Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Qadın və İnsan Haqları Departamentin sədri sayın Sara xanım Azərsun tədbirdə iştirak etmişlər.

Tədbir Avstraliyada Yeni Güney Uelz (NSW) Türk Assosiasiyasının təşkilatçılığı, əyalətin Multikultural baş nazirinin himayəsi, Avstraliya Azərbaycan Assosiasiyası və GADTB-nin iştirakı ilə keçirilmişdir. 

Tədbirə Yeni Güney Uelz Multikultural baş nazirinin nümayəndəsi,  Türkiyənin böyük elçiliyi sayın Ufuk Gəzər, baş konsulu Əli Sevim, çoxsaylı millət vəkili, o cümlədən Linda Vulz, Culia Fin və s. iştirak etmişlər. Mərasimə uyğur türkləri də qatılmışlar.

Tədbirdə sayın Mikayil bəy Oyta çıxış etmişdir.

 

YUXARI