CƏMİYYƏT29.4.2024 10:00

İran tarixinin başlanğıcı haqqında etüd

38073

Son zamanlarda İranpərəst Aryanist təbliğat səbəbilə Ön Asiyada bir çox qədim sivilizasiyalar İranlıların atası Aryan irqinə aid edilməkdədir. Biz bu yanlış görüşü qəbul etmirik. Çünki İranda 5000 illik antik Elam mədəniyyəti başda olmaqla Medlər, Qutilər, Lullubilər, Şərqi Anadoluda Hurrilər, Zaqros dağlarında Kassilər və s. antik mədəniyyət və sivilizasiyaların İranlıların İrana ilk gəlişindən əvvəllər mövcud olduğunu yaxşı bilirik. İrançılar Farsların ataları Aryanların İrana gəlişini hər nə qədər qədim zamanlara aparmağa çalışsalar da real mənbələr tam əks mənzərəni gün üzünə çıxartmaqdadır. Arxeoloji qazıntılar və tarix çalışmaları, bugünkü İran torpaqlarındakı bilinən mədəniyyət izlərinin M.Ö. 6000-5000 illərinə qədər getdiyini göstərməktədir. Orada ilk mədəniyyət quran xalqların, Qafqaz və ya Xəzər bölgəsindən enən xalqlar olduğu söylənilir. Wilbert də bugünkü İran torpaqlarında ilk mədəniyyət quranları Qafqaz və Xəzər xalqları qəbul etməklə birlikdə, 'bu xalqların irqən kimlər olduğu bəlli deyildir' deyir. 

Mənbə: Wilbert D. N.: Iran, Past and Present, Princeton University Press, Princeton, 1955, s. 15. 

Lakin özü kimi eyni görüşü qəbul edən bir çox tarixçi və coğrafiyaşünas bu xalqların Oğuz boyları olduğunu bildirməkdədir. 

Mənbə: Smith G. E., Human History, London, 1930, s. 167. 

Bax. Buxton L. H. D., The People of Asia, New-York, 1925, s. 112.

Ön Asiyada İran tarixinin miladı nə vaxtdır? 
İran coğrafiyasındakı ən məşhur arxeoloji qazıntı ərazilərindən biri Kâşan yaxınlığındakı Siyelk Təpədir. 
Mənbə: İsmail Güven, Uygarlık Tarihi, "Yakın Doğu Uygarlıkları", Pegem A Yayıncılık, Ankara, 2010, s. 197.

Siyelk mədəniyyəti, Kalkolitik (Mis) dövrə (MÖ. 5-3-cü minillik) aiddir. 

Rus arxeoloqu Artamonov, Siyelk təpədə tapılan "A" məzarlıq kompleksinin erkən dönəmə, M. Ö. II minilliyin sonu ilə 12-11-ci əsrlər arasına tarixləndirildiyini və İranlılarla əlaqələndirilmədiyini ifadə etməkdədir. 

Mənbə: Mihail İllarionoviç Artamonov, Kimmerler ve İskitler (Başlangıcından M. Ö. IV. Yüzyıla Kadar), Çeviren: Muhammet Şen, Selenge Yayınları, İstanbul, 2020, s. 15.

İranda fars tarixinin başlanğıc nöqtəsini ayrıca təhlil etmək baxımından aşağıdakı mənbələr xüsusi əhəmiyyət kəsb edir:

1) "Yaxın Şərq və bugünkü İran torpaqlarında M.Ö. 3 və 2-ci minilliklərdə xalqların danışdığı dillərin, sadəcə İran dilləri ailəsi ilə deyil, Hind-Avropalı dillər ailəsi ilə də heç bir əlaqəsi yoxdur. Burada yaşayan Elamlılar (Kârû və Kərhə dərələri və bugünkü Xüzistanda), Kassilər (Kassites, Yuxarı Babildə) Lullubilər (Qərbi İran dağlarında), Kaspi və Mannalılardan (Mannanlar, Xəzərin cənubu) ibarət idi. İran dilləri ilə əlaqədar ilk dəlillər, özəl adlar və yer adları olub M.Ö. 9. və 8. əsrlərə aiddir."

Mənbə: Mikhailovich O. İ. : İranskie jazyki, Farsca tərc. A. E. Sadekî: Zabanhâ-ye İrânî, Tehran, 1998, s. 45-46.

2) "M.Ö. 9-cu əsrin sonlarına doğru mixi yazılar heç bir Aryan xalqı, heç bir Aryan adı çəkmirlər ...Avropa Aryanlarının gəlmələrinə qədər bütün Kiçik Asiya'da heç bir etnik Aryan coğrafi adı və ya özəl adı yoxdur."

Mənbə: Zaborowski M. S. Les Peuples Aryens d'Asie et d'Europe, Paris, O. Doin, s. 134.

3) "Hər halda, MÖ. 6-cı əsrin sonuna doğru və ya 5-ci əsrin başına doğru Midiya ölkəsində heç bir ön-İran xalqının izi yox idi. ... Nə də, nə Şərqi Midiya ölkəsində və ya daha şərqdə sonrakı dillərdə heç bir Ön-İran qalıntısı tapıla bilməmişdir."

Mənbə: Diakonoff İ. M. "Media", The Cambridge History of İran, ed. by ı. Gershevitch, Cambridge, Cambridge Uni. Press, 1985, c. 2, s. 36-148 (s. 57)

4) Aryanların İran torpaqlarına M. Ö. 900-cü illərdə gəldiyini müdafiə edən tarixçilərdən biri də Wilbert'dir. 

Mənbə: Wilbert D. N.: Iran, Past and Present, Princeton University Press, Princeton, 1955, s. 18.

5) MÖ. 9-cu Əsrdən öncə bugünkü İran torpaqlarında Aryanların olmadığını müdafiə edən tarixçilərdən biri də J. Halévy'dir. 

Halevinin görüşləri üçün bax. Journal Asiatique, 1898, c. XI, s. 320.

Gördüyünüz kimi İrani-Aryanların bu torpaqlara ilk gəlişi eramızdan əvvəl I. Minilliyi əsla keçmir. Midiyalıların isə Turani bir xalq olduğunu daha öncəki məqaləmdə ifadə etmişdim. İranlılar İranın əsl sahibi və ən qədim sakini deyilsə, elə isə İranda ilk dövləti quraraq Sumerlər çağında İran mədəniyyətini (!) başladan bu Elam xalqı hansı kökdən gəlməkdədir? 

Elamlıların kökəninin təyin olunmasında aşağıdakı mənbələr əhəmiyyətlidir:
“Ən qədim dövrlərdən çox parlaq sivilizasiya və çox qüdrətli imperiya qurmuş Susa xalqı iranlı görünmür, elamlılar da belə idilər”.

Mənbə: Lehmann Edv. : "Les Perses", Manuel d'Histoire Des Religions, ed. P. D. Chantepie de la Saussaye, Paris, A. Colin, s. 437.

Q. A. Barton Elam mədəniyyətinin mənşəyini Orta Asiyaya aid edirdi.

Mənbə: Barton G. A. Semitic and Hamitic Origins, Philadelphia, s. 240-245; s. 369.

Şmidt elamlılar və Samoyed türkləri arasındakı inanc əlaqələrinə diqqət yetirmişdir.

Mənbə: Schmidt W. Der Ursprung der Gottesidee, III, Münster I, W. 1931.

Eynilə, V. Koppers elamlılarla Altay mədəniyyəti arasında əlaqənin tarixən mümkün olduğu qənaətindədir.

Mənbə: Koppers Wilhelm, "İlk Türklük ve İlk İndo-Germenlik", Belleten, c. V, sayı 17-18, s. 445.

Elam dilinin semitik dil olmadığını dedikdən sonra ser Sayks deyir ki, “bu dil Turan dili kimi qeyri-müəyyən şəkildə təsvir edilən dilə aiddir”.

Mənbə: Sykes P. A History of Persia, 3. Baskı, London, C. 1, s. 53.

Elam dili ilə türk dilinin əlaqəsini sonralar H. Z. Kosay çox açıq şəkildə ortaya qoydu.

Mənbə: Koşay Hâmid Zübeyir, Elamisch-Türkische Sprachverwandtschaft, Ankara, 1937.
Bir çox tarixçi və arxeoloqa görə Elamlılar və Sumerlilər Dağlıq Qafqaz, Azərbaycan və Orta Asiyadan (Türkistan) Mesopotamiyaya köç etmişlər. 

Mənbə: Gustloff Wilhelm, Grundzüge der Geschichte und Kultur der Hurriter. Darmstadt, 1982//BiOr. 1985. Jg. XLII. N 1/2. s. 147-153.

Mənbə: Nazım Hüseyinli, Lale Bayramova, Sümerler ve Sümer Dili, Altınordu Yayınları, 1. Baskı, Eylül 2020. s. 74.

"Elam xalqı isə, yenə eyni alimə görə (Hrozny) Sumerlilərdən və ətrafdakı Sami və Hind-Avropalı xalqlardan tamamilə fərqli olub, bu ölkə digərləri qədər olmasa da, yenə də böyük bir siyasi və kültürəl mərkəz olaraq ortaya çıxır. Elam, Zaqros Dağları ətəklərində və Babil ilə Assur ölkəsinin şimalında mövcud olan bir yayla olub paytaxtı Sus'a, Kərha və Qarun çaylarının suladığı münbit bir vadidə yerləşir. Akkad dilində Elam-tu «yüksək yayla və ya şərqdəki ölkə» mənasındadır. Arxeologiyada Asiyatik və ya Xəzərli xalqlar olaraq bilinən Elam irqi deyəsən Orta Asiyadan İranın Zaqros bölgəsinə Hind-Avropalı qövmlərdən öncə gəlmişdir. Bunların, Ari və ya Sami olmadıqları bilinir. Dillərinin tədqiqi nəticəsində türkcə ilə sadəcə müşahibət deyil, şəkillərdə də (fonetik) eyniyyətin olduğu təsdiq olunmuşdur."

Mənbə: H. Zübeyir Koşay, "Elam and Central Asian Relations, in" CULTURA TURCİCA, III/2, 1966.

Ghirsman isə nöqtəni belə qoyur: “Bu mədəniyyət, deyəsən, Türkistan düzündə axan Seyhun və Ceyhun çaylarının formalaşdırdığı bölgədən, hətta daha uzaqlardan, Orta Asiyanın ürəyindən gəlib."

Bax. Ghirsman R. : L'Iran, des Origines a l'islam, Paris, Payot, 1951, s. 33.;ayrıca bax. 
Mehmet Bayraktar, Kürtler Türklerin Nesi Oluyor?, s. 104-105.

Elam mədəniyyətinin indiki İranlılar ilə heç bir əlaqəsi olmadığı kimi, Türk mədəniyyəti ilə bağlı, hətta Türk mədəniyyətinin bir qolu olduğu meydana çıxmaqdadır. Gəlinən son qənaət budur ki, indi İran adlanan ölkədə tarixi və sivilizasiyanı, İrançıların heç sevmədiyi Türk milləti başladıb.

Nağıbəyov Məmmədtağıbəy

YUXARI