“Tarix unudulmaz, Millət bölünməz, Torpaqdan pay olmaz!” fikrini əldə rəhbər tutan birlik öz fəaliyyətini Azərbaycançılıq ideologiyası, Türk-İslam ideyası üzərində qurur. Təşkilatın başlıca məqsədi Azərbaycan Milli Kimliyi, Milli Dövlətçilik İdeologiyası, vətənpərvərlik, milli-mənəvi dəyərlər, Azərbaycançılıq, Türk-İslam ideoloji prinsiplərini təbliğ etmək, bu istiqamətdə maarifçilik fəaliyyətini həyata keçirməkdir. Təşkilat eyni zamanda Azərbaycan-Türkiyə-İran Birliyinin qurulması, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasına və İslam Əməkdaşlıq Təşkilatına inteqrasiya ilə bağlı həyata keçirilən dövlət siyasətinə dəstək olmağı qarşısına məqsəd qoyub. Qarşıya qoyulan məqsədə çatmaq üçün birlik bir sıra dövlət orqanları, yerli və beynəlxalq təşkilatlar, KİV-lərlə yaxından əməkdaşlıq edir.
Birliyin Təşkilat Komitəsi 11 yanvar 2005-ci ildə yaradılmış, 5 iyun 2005-ci il tarixdə Ümumi Yığıncaq keçirilmiş və təsis olunmuşdur. Toplantıda Birliyin İdarə Heyətinin, Nəzarət Təftiş Komissiyasının üzvləri, İdarə Heyətinin sədri seçilmiş, hər il Ümumi Yığıncağın keçirilməsi barədə qərar və növbəti il üçün fəaliyyət proqramı qəbul edilmişdir. Təşkilat 5 iyun 2005-ci il tarixdən 1 fevral 2006-cı il tarixədək «Türk-İslam Dünyası» İctimai Birliyi adı altında fəaliyyət göstərib. Birliyin 1 fevral 2006-cı ildə keçirilən növbədənkənar Ümumi Yığıncağında üzvlərin təklifi ilə təşkilatın adı «Müasir İnkişaf» İctimai Birliyi adlandırılıb. Təşkilat Ədliyyə Nazirliyinin 15 mart 2006-cı il tarixli qərarı ilə dövlət qeydiyyatına alınıb. 25 sentyabr 2011-ci ildən “Müasir İnkişaf” İctimai Birliyinin Ümumi Yığıncağında beynəlxalq təşkilat kimi fəaliyyət göstərməklə bağlı qərar qəbul edilib.
Birliyin 2008-ci ilin iyun ayından “Türk Eli” adlı (on dörd sayı) jurnalı nəşr olunur. Jurnal 2006-cı ilin oktyabr ayından 2008-ci ilin iyun ayına qədər «Dialoq-XXI əsr» adı altında (üç sayı) nəşr olunub. 2007-2010-cu illərdə Birliyin [email protected] adlı on minə yaxın emaili birləşdirən internet qrupu fəaliyyət göstmişdir. Birliyin 2008-2014-cü illərdə uluturk.info, 2013-cü ildə millikimlik.az, 2014-2021-ci illərdə dialoq.info, 2021-ci ildən yenimedia.org (dörd dildə xəbər paylaşan informasiya portalı, Yeni Media internet TV) fəaliyyət göstərir. Birliyin sosial şəbəkələrdə səhifələri mövcuddur.
Birliyin təşkilatçılığı, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 2013-cü ildə “Azərbaycanın Dövlətçilik İdeologiyası”, 2011-ci ildə “Milli tarix dərslikləri, milli şüur və milli maraqlar”, 2009-cu ildə “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi” Konsepsiyaları; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə yardımı ilə 2013-cü ildə “Azərbaycan Milli Kimliyi” kitabı; 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “GMO terroru” kitabı; 2017-ci ildə “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabı; 2018-ci ildə “Erkən evlilik probleminin araşdırılması və ondan çıxış yolları” kitabı, 2019-cu ildə "İslam dünyasında dini radikalizmin yaranma səbəbləri və tarixi kökləri" kitabı, 2022-ci ildə "Azərbaycanda mənəvi dəyərlər (tarixi, dini, ədəbi aspektdə)" kitabı hazırlanmışdır. Təşkilat Türkiyənin Türk Ocaqları təşkilatının, Türkiyənin Azərbaycandakı Səfirliyinin Din Müşavirliyinin dəstəyi ilə 2007, 2008, 2009, 2014, 2015, 2016, 2017, 2018, 2019, 2022-ci illərdə Qurban bayramı münasibətilə 10000-dən çox imkansız ailəyə qurbanlıq əti paylamışdır.
Təşkilatın 28 mart 2009-cu ildə keçirilən Ümumi Yığıncağında Nadir şah Əfşar adına Türk-İslam Dünyasına xidmət mükafatı təsis olunmuşdur. 2011-ci ildə mükafatın adı dəyişdirilərək Əli bəy Hüseynzadə adına Türk-İslam Dünyasına Xidmət Mükafatı adlandırılmış və onun ildə bir dəfə Türk-İslam Dünyasına xidmət edən şəxslərə təqdim olunması qərarlaşdırılmışdır. 2011-ci ildə bu Mükafat Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili Nizami Cəfərova; 2012-ci ildə Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecimə; 2013-cü ildə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin sədri Elçin Əsgərova, Türk Ocaqlarının Azərbaycan Təmsilçisi Xəlil Öztürkə; 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayevaya, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, AHB firmasının prezidenti Hüseyn Artıkoğluna verilmişdir. Eyni zamanda təşkilat üzvlərinin nümunəvi fəaliyyətinin qiymətləndirilməsi üçün Əli bəy Hüseynzadə adına Fəxri Diplom təsis edilmiş və 2013-cü ildə ilk dəfə olaraq bu diplom Birliyin İdarə Heyətinin sədr müavini Aqşin Atalızadəyə, 2015-ci ildə isə İdarə Heyətinin üzvü Fərman Salmanlıya verilmişdir.
Birliyin təşəbbüsü ilə Ortaq Türk Əlifbası və Ortaq Türk Ədəbi Dili istiqamətində görülən işlərə dəstək olmaq üçün türk dövlət başçılarına 2010-cu ilin sentyabr ayında Müraciət ünvanlanmışdır. Müraciəti üç il ərzində Azərbaycandan və o cümlədən Türk Dünyasının müxtəlif yerlərindən 150-ə qədər ictimai birlik, siyasi partiya, həmkarlar təşkilatı, qəzet, jurnal təmsilçisi, millət vəkili və s. imzaladı. Nəticədə 2013-cü il aprelin 9-da prezident İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.3-cü bəndində bununla bağlı layihələrin həyata keçirilməsinə göstəriş vermişdir. Eyni zamanda mərkəzi İstanbulda yerləşən Türk Konseyinin də 2013-cü ildən etibarən bu istiqamətdə fəaliyyəti aktivləşdiyi üçün ictimai dəstək kampaniyası hədəfinə çatmışdır. Buna görə də imzatoplama kampaniyası yalnız bu ideyanı dəstəkləməklə qalmamış, bütövlükdə Türk Dövlətləri Təşkilatının (daha əvvəl isə Türk Konseyinin) qəbul etdiyi bütün qərarlara ictimai dəstək verilməsinə yönəlmişdir.
Birliyin 29 aprel 2012-ci ildə Gürcüstan Respublikasında, 14 oktyabr 2022-ci ildə Türkiyə Cümhuriyyətinin Ankara, İstanbul, Antalya şəhərlərində Təmsilçilikləri yaradılmışdır.
Təşkilatın tərkibində 2007-2015-ci illərdə tələbə gənclərlə çalışan “Vətənpərvər Gənclər” Klubu, 2008-2012-ci illərdə “Avrasiya Dünyası” Araşdırma Mərkəzi, 2017-ci ildən “Milli Kimlik” Araşdırma Mərkəzi fəaliyyət göstərir. Təşkilatın təşəbbüsü ilə 2009-cu ildə əsası qoyulan, 2013-cü ildə yenidən təşkil edilən, 2020-ci ildə təsis edilən Azərbaycan Vətəndaş Hərəkatında bir neçə ictimai birlik, alim, ictimai fəal, redaktor, gənc təmsil olunur.
2005-ci il
1.8 iyun 2005-ci il tarixdə Azərbaycanda Atatürk Mərkəzinin konfrans zalında birliyin təqdimetmə mərasimi keçirilib. Tədbirdə birliyin İdarə Heyətinin sədri Mübariz Aşırlı; «Şərq» qəzetinin baş redaktoru, DAK-ın Məclis katibi Akif Aşırlı; TRT Bakı təmsilçiliyinin rəhbəri Əbdülhəmid Əfşar; Milli QHT Forumunun prezidenti Azay Quliyev; Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, «Azərbaycan Tarix Müəllimləri» təşkilatının sədri Təvəkkül Əliyev; «Türküstan» qəzetinin baş redaktoru Əli Ağalar; İran səfirliyinin nümayəndəsi Rza Rəşad; Axıska Türklərinin «Vətən» Cəmiyyətinin sədr müavini Nurəddin Həsənoğlu; Dini Araşdırmalar Mərkəzinin sədr müavini Nurəddin Mehdiyev; Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı; birliyin İdarə Heyətinin üzvü Taryel Faziloğlu çıxış ediblər. Çıxışçılar birliyin yaradılmasını təqdirlə qarşıladıqlarını qeyd ediblər.
2. Birlik 2005-2006-cı il tarixdə «Şərq» qəzetində Türk-İslam ideoloji prinsiplərinin təbliğinə xidmət edən 10-a qədər informasiya buraxılışı dərc etdirib.
3. 29 sentyabr 2005-ci il tarixdə Azərbaycanda Atatürk Mərkəzində birliyin təşkilatçılığı, Dünya Türk Gəncləri Birliyinin mənəvi, «Şərq» qəzetinin informasiya dəstəyi ilə «Türk Dövlətləri Birliyinin qurulması iqtisadi əlaqələrdən keçir» mövzusunda tədbir keçirilib. Tədbirdə Maliyyə və Bank Problemlərinin Araşdırılması Mərkəzinin direktoru, iqtisad elmləri doktoru Zahid Məmmədov («Türk Dövlətləri Birliyinin iqtisadi əlaqələrinin perspektivləri və problemləri» mövzusunda) və Gənclər, İdman və Turizm Nazirliyinin təmsilçisi, tarix elmləri namizədi Elşən Hüseynov («Türksoylu ölkələrin birliyi və ya Ümumtürk Evinin yaradılmasını şərtləndirən səbəblər, perspektivlər» mövzusunda) məruzə ediblər. Konfransda birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu; Dünya Türk Gəncləri Birliyinin İdarə Heyətinin sədr müavini Elşad Abdullayev; Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı; «Azərbaycan Tarix Müəllimləri» təşkilatının təmsilçisi Elşən müəllim çıxış ediblər. Tədbirin sonunda Türk Dövlət və Muxtar Qurumlarına bu aktual məsələ ilə bağlı müraciət edilməsi, səslənən çıxışların və təkliflərin toplanılaraq nəşr edilməsi qərarlaşdırılıb.
4. 22 dekabr 2005-ci il tarixdə Gəncliyə Yardım Fondunun konfrans zalında birliyin təşkilatçılığı, «Mənəvi Saflıq» jurnalının informasiya dəstəyi ilə «Azərbaycanda İslam dininin inkişafı» mövzusunda tədbir keçirilib. Tədbirdə birliyin İdarə Heyətinin sədri Mübariz Aşırlı; «Mənəvi Saflığa Dəvət» təşkilatının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının kiçik elmi işçisi Elşən Mustafaoğlu; Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədr müavini, millət vəkili Aydın Mirzəzadə; «Mənəvi Saflığa Dəvət» təşkilatının sədr müavini Mail Yaqubov çıxış ediblər. Tədbirdə həmçinin İran səfirliyinin nümayəndəsi Pak Rəvan Məhəmməd Rza; İran Mədəniyyət Mərkəzinin nümayəndəsi Həmid Səfəri də iştirak ediblər. İslam dininin inkişafı, müsəlman ümmətinin birliyi, İslam ölkələrinin İslam Konfransı Təşkilatı çərçivəsində inteqrasiyası ilə bağlı səslənən fikirlər maraqla qarşılanmış və 15-ə yaxın KİV vasitəsilə («Şərq», TRT, «Xalq Cəbhəsi», «Exo», «Mərkəz», «Ədalət», «Olaylar», «525-ci qəzet», «Üç nöqtə», «GÜN Səhər», «Yeni Azərbaycan», «Olaylar» İA, «Mənəvi Saflıq» jurnalı) ictimaiyyətə çatdırılmışdır.
2006-cı il
5. 27 aprel 2006-cı il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun (İHİ) konfrans zalında birliyin təşkilatçılığı ilə «Milli İdeologiya nədir?» mövzusunda tədbir keçirilib. Tədbirdə birliyin İdarə Heyətinin sədri Mübariz Aşırlı; AMEA İHİ-nin direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev; millət vəkili Zahid Oruc; Nazirlər Kabinetinin Mətbuat Mərkəzinin rəhbəri, yazıçı-publisist Akif Əli; «Şərq» qəzetinin baş redaktoru, DAK-ın Məclis katibi Akif Aşırlı; Milli Dirçəliş Hərəkatının sədri Fərəc Quliyev; AMEA İHİ-nin direktor müavini Araz Qurbanov; Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı; «Mənəvi Saflığa Dəvət» təşkilatının sədri Elşən Mustafaoğlu; Dini Araşdırmalar Mərkəzinin sədri, tarix elmləri namizədi Altay Göyüşov iştirak və çıxış ediblər. Tədbirin sonunda Milli İdeologiyanın olmaması barədə fikirlər nəzərə alınaraq bu çatışmazlığın aradan qaldırılması üçün işlərin görülməsi qərarlaşdırılıb. Bununla yanaşı AMEA İHİ-nin direktoru R.Mustafayevin bu istiqamətdə iş görülməsi üçün «Şərq Azadlıq Xartiyası» adlı sənədin hazırlanması barədə təklifi də müsbət qarşılanıb.
6. 1 iyun 2006-cı il tarixdə təşkilat «Yurdsevər Gənclər» İctimai Birliyi ilə birlikdə Beynəlxalq Mətbuat Mərkəzində «ABŞ-İran qarşıdurmasında Azərbaycan ictimaiyyətinin mövqeyi» mövzusunda tədbir keçirib. Tədbirdə birliyin İdarə Heyətinin sədri Mübariz Aşırlı; Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı; Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu; Bütöv Azərbaycan Yolu təşkilatının sədri Ülvi Həkim; «Yurdsevər Gənclər» İctimai Birliyinin sədri Cəmil Rüstəmxanlı; Türkiyənin «Kanal-7» televiziyasının proqram aparıcısı, «First Bizness» jurnalının sahibi Seyfullah Türksoy; Türkiyənin Qazi Universitetinin professoru Çətin Almaz; Güney Azərbaycan Milli Oyanış Hərəkatını Müdafiə Komitəsinin sədri Cahandar Bayoğlu və birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu çıxış ediblər. Tədbirin sonunda ABŞ-ın BMT Təhlükəsizlik Şurasının tələblərinə məhəl qoymadan bölgədə silahlı münaqişə ocaqları yaratmasını pisləyən, beynəlxalq ictimaiyyətin İran probleminin dinc yolla həlli səylərini dəstəkləyən bəyanat qəbul edilmiş və 20-ə yaxın KİV vasitəsilə yayılmışdır.
7. 14 iyun 2006-cı il tarixdə Milli QHT Forumunun konfrans zalında birliyin təşkilatçılığı ilə «Dağlıq Qarabağ problemi və ictimai rəy» mövzusunda tədbir keçirilib. Tədbirdə birliyin İdarə Heyətinin sədri Mübariz Aşırlı; Qarabağ Azadlıq Təşkilatının sədri Akfi Nağı; «Bütöv Azərbaycan Yolu» təşkilatının sədri Ülvi Həkim; «Azərbaycan Tarix Müəllimləri» təşkilatının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Təvəkkül Əliyev; İnsan Hüquqlarının Təbliği və İnformasiya Mərkəzinin sədri Fərman Salmanlı; «Tərəfsiz Jurnalistlər» İctimai Birliyinin sədri Elşad Eyvazlı; birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu; «Təhsil» nəşriyyatının təmsilçisi Mustafa Çəmənli; birliyin üzvləri Gülnar Süleymanova, Pərviz Aağalarov; birliyin İdarə Heyətinin üzvü Elşad Qəzvini; «Yurdsevər Gənclər» İctimai Birliyinin sədri Cəmil Rüstəmxanlı çıxış ediblər. Tədbirin sonunda ictimai rəyi formalaşdıran KİV-lərə, müvafiq qurumlara, şəxslərə ünvanlanan və təbliğatın düzgün istiqamətdə, hərbi vətənpərvərlik ruhunda aparılması ilə bağlı bəyanat qəbul edilib.
8. 19 iyul 2006-cı il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun (İHİ) konfrans zalında birliyin təşkilatçılığı ilə «Kütləvi İnformasiya Vasitələri və cəmiyyət» mövzusunda tədbir keçirilib. Tədbirdə birliyin İdarə Heyətinin sədri Mübariz Aşırlı; AMEA İHİ-nin direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev; Mətbuat Şurası sədrinin müavini, BDU-nun professoru, AzTV-nin «Səhər» proqramının baş redaktoru Qulu Məhərrəmli; professor, millət vəkili Fəzail İbrahimli; BDU-nun professoru Şamil Vəliyev; BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri Həmid Vəliyev; BDU-nun dosenti, tarix elmləri namizədi Kərəm Məmmədov; «Mənəvi Saflıq» jurnalının təsisçisi, İctimai Televiziyanın «Cümə söhbəti» verlişinin aparıcısı Elşən Mustafaoğlu; birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu çıxış ediblər. Tədbirin sonunda KİV-də mövcud olan nöqsanlarla bağlı bəyanat qəbul edilmiş və bundan çıxış yollarını göstərən tövsiyyələr verilmişdir.
9. 20 oktyabr 2006-cı ildə təşkilat İnsan Hüquqlarının Təbliği və İnformasiya Mərkəzi, «Tərəfsiz Jurnalistlər» İctimai Birliyi, «Mənəvi Saflığa Dəvət» İctimai Birliyi ilə birlikdə Beynəlxalq Mətbuat Mərkəzində «Təhsil müəssisələrində İslam dininin tədrisi vacibdir» mövzusunda tədbir keçirib. Tədbirdə birliyin İdarə Heyətinin sədri Mübariz Aşırlı; birliyin İdarə Heyətinin üzvü, «Dialoq-XXI əsr» jurnalının redaktoru Elşad Qəzvini; İnsan Hüquqlarının Təbliği və İnformasiya Mərkəzinin sədri Fərman Salmanlı; «Mənəvi Saflığa Dəvət» İctimai Birliyinin İdarə Heyətinin üzvü Vüsal Əliyev; «Tərəfsiz Jurnalistlər» İctimai Birliyinin üzvü Zaur İbrahimli; birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu; Təhsil Nazirliyinin şöbə müdiri Arif Muradov; BDU-nun dosenti, tarix elmləri namizədi Altay Göyüşov; ziyalı Elman İslam çıxış ediblər. Təhsil müəssisələrində İslam dininin tədrisinin vacibliyini vurğulayan çıxışçılar tədbirin sonunda səslənən fikirlərin təklif halına salınaraq aidiyyatı orqanlara göndərilməsini qərarlaşdırıblar.
10. 22 noyabr 2006-cı ildə təşkilat Dünya Gənc Türk Yazarlar Birliyi, İnsan Hüquqlarının Təbliği və İnformasiya Mərkəzi, «Həsrət Yolu» Əsir və Girovlara Kömək İctimai Birliyi, «Tərəfsiz Jurnalistlər» İctimai Birliyinin təşkilatçılığı, Dünya Türk Gəncləri Birliyinin mənəvi, «Dialoq-XXI əsr» jurnalının informasiya dəstəyi ilə Azərbaycanda Atatürk Mərkəzinin konfrans zalında «Türk Dövlətlərinin Parlament Assambleyası» (TDPA) mövzusunda tədbir keçirib. Tədbirdə birliyin İdarə Heyətinin sədri Mübariz Aşırlı; Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili Nizami Cəfərov; «Həsrət Yolu» Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova; Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Fəthi Gədikli; İnsan Hüquqlarının Təbliği və İnformasiya Mərkəzinin sədri Fərman Salmanlı; TRT-nin Azərbaycan təmsilçiliyinin rəhbəri Əbdülhəmid Əfşar; «Deportasiya» İctimai Birliyinin sədri Hafiz Hacıxalıl; YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva; Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun şöbə müdiri Rauf Qarayev; birliyin sədr müavini Taryel Faziloğlu; VHP sədrinin müşaviri Arif İsmayılbəyli çıxış ediblər. Tədbir iştirakçıları TDPA-nın yaradılmasının önəmini vurğulayaraq bu istiqamətdə həyata keçirilən işlərə ictimai dəstəyin göstərilməsinin vacib olduğunu dilə gətiriblər.
11. 20 dekabr 2006-cı il tarixdə «Müasir İnkişaf» İctimai Birliyinin təşkilatçılığı, «Dialoq-XXI əsr» jurnalının informasiya dəstəyi ilə Azərbaycanda Atatürk Mərkəzinin konfrans zalında «Türk Birliyini necə qurmalı?» mövzusunda tədbir keçirilib. Tədbirdə birliyin İdarə Heyətinin sədri Mübariz Aşırlı; birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu; Azərbaycan Dillər Universitetinin professoru Oruc İbrahimoğlu Türksevər; Türk Dünyası Araşdırmaları Vəqfinin təmsilçisi Xəlil Kurumahmut; Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun əməkdaşı, sosioloq Əhməd Qəşəmoğlu; Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin nümayəndəsi Nizami Zöhrabi; türkiyəli professor Dursun Akbulut; Milli İnkişaf Mərkəzinin sədri Azər Həsənsoy; ziyalılar Elman İslam, Mirələkbər Seyidov; türkiyəli professor Qasım Qaraxan; «Həsərət Yolu» Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova çıxış ediblər. Tədbirdə Türk Birliyinə xidmət edən 10-a qədər təklif səsləndirilmiş, onların həyata keçirilməsi yolları müzakirə edilmişdir. Tədbirdə həmçinin «Dünya Türklərinin Həmrəylik Günü»nün müəyyən və elan olunması ilə bağlı da müzakirələr aparılmışdır.
12. Təşkilat 20 dekabr 2006-cı il tarixdən etibarən Dünya Türklərinin Həmrəylik Günü ilə bağlı kampaniya aparmışdır. İlin müəyyən bir gününün Türk Dünyasında Həmrəylik Bayramı kimi qeyd olunması ilə bağlı Azərbaycan Dillər Universitetinin professoru Oruc İbrahimoğlu Türksevər tərəfindən irəli sürülən, Milli Dəyərlər Mərkəzinin sədri Azər Həsənsoy tərəfindən inkişaf etdirilən bu ideyanı təşkilatın apardığı kampaniya nəticəsində ziyalılar (Nizami Cəfərov, Qənirə Paşayeva, Firudin Ağasıoğlu, Səməd Seyidov, Yusif Halacoğlu, Akif Əli, Zahid Oruc, Akif Aşırlı), qurumlar (Azərbaycan Dillər Universiteti, YAP Gənclər Birliyi, Almaniya Türk-İslam Dərnəyi, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi, Gənclər və İdman Nazirliyi, Türkiyənin Milliyyətçi Hərəkat Partiyası), mətbuat («Şərq», «Yeni Azərbaycan», «Olaylar», «Xəzər», «Xalq Cəbhəsi», «Ekspress» qəzetləri), bir sıra aparıcı QHT-lər və minlərlə tələbə gənc dəstəkləmişdir. Keçirilən tədbirlərlə və təbliğatla sözügedən ideya Azərbaycandan bütün Türk Dünyasına (Türkiyədə Türk Ocaqları təşkilatı və Avrasiya Yazarlar Birliyi bu istiqamətdə təbliğat aparmışdır) yayılmağa başlayır və Türk Dünyasının ən müxtəlif yerlərindən dəstək sədaları eşidilir. Görülən işlər öz səmərəsini verir. Türk Dövlət Başçılarının (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan) 16 sentyabr 2010-cu il tarixdə İstanbul şəhərindəki Zirvə Sammitində bununla bağlı qərar qəbul edilir. Dövlət başçıları qərara alırlar ki, hər il 3 oktyabr tarixi Türk Dövlətlərinin Birliyi kimi qeyd edilsin.
2007-ci il
13. Təşkilat 17 oktyabr 2007-ci il tarixdə «Mənəvi Saflığa Dəvət» İctimai Birliyi ilə birgə, «Dialoq-XXI əsr» jurnalının informasiya dəstəyi ilə Beynəlxalq Mətbuat Mərkəzində «Təhsil müəssisələrində İslam dininin tədrisini həyata keçirməyin yolları» mövzusunda tədbir keçirib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri Mübariz Aşırlı; «Mənəvi Saflığa Dəvət» İctimai Birliyinin sədri Elşən Mustafaoğlu; Birliyin Araşdırma Şöbəsinin sədri Pərviz Ağalarov; Qafqaz Müsəlmanları İdarəsinin Elm Təhsil Şöbəsinin müdiri, Azərbaycan İslam Universitetinin Sumqayıt filialının rektoru Hacı Mirəziz Seyidzadə; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Gündüz İsmayılov; Birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu; Təhsil Nazirliyinin şöbə müdiri Arif Muradov; «Gəncliyin Mənəvi İnkişafı» İctimai Birliyinin sədri Sərdar Yusifli; ilahiyyatçı Elşad Miri iştirak və çıxış ediblər. Tədbirin sonunda orta ümumtəhsil məktəblərində İslam dininin tədrisini həyata keçirməklə bağlı təkliflərin müvafiq dövlət qurumlarına ünvanlanması qərarlaşdırılıb.
2008-ci il
14. Təşkilat 22 yanvar 2008-ci il tarixdə Türkiyənin Azərbaycandakı səfirliyinin konfrans zalında «Türk yenilməz, Çanaqqala keçilməz» başlığı altında bir ay davam edəcək layihənin təqdimat mərasimini keçirib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri Mübariz Aşırlı; Türkiyə səfirliyinin üçüncü katibi Cevahir Akdemir; «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı; Birliyin İdarə Heyəti sədrinin müavini Taryel Faziloğlu; Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, «Xalq Cəbhəsi» qəzetinin redaktoru Bəhmən Faziloğlu çıxış ediblər. Layihənin məqsədi Osmanlı tarixinə qızıl hərflərlə yazılan və 1915-ci il martın 18-də Çanaqqala adlanan yerdə baş vermiş savaşın mahiyyətini Azərbaycan ictimaiyyətinə çatdırmaqdır. 2008-ci ilin mart ayında başa çatan layihənin monitorinqi nəticəsində bəlli olub ki, Azərbaycan ictimaiyyəti Çanaqqala savaşlarının gedişatı və mahiyyəti barədə geniş məlumat ala bilmişdir. Layihə çərçivəsində həyata keçirilən müsabiqənin qalibləri seçilən Azərbaycan Dövlət Radiosunun əməkdaşı Sülhiyyə Musaqızı, «Space» telekanalının Gəncə bölgəsi üzrə müxbiri Zakir Murad və operator Nazim Quliyev 10-16 iyul 2008-ci il tarixlərdə Türkiyənən İstanbul və Çanaqqala şəhərlərinə səfərə göndərilmişlər.
15. Təşkilat 30 aprel 2008-ci il tarixdə Azərbaycanda Atatürk Mərkəzinin konfrans zalında «Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan tarixşünaslığında» mövzusunda tədbir keçirib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri Mübariz Aşırlı; Bakı Dövlət Universitetinin «Azərbaycan tarixi» kafedrasının müdiri, tarix elmləri doktoru Mehman Abdullayev; Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Təvəkkül Əliyev; Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri Hacı Həsənov; Birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu; Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, tarix elmləri namizədi İradə Məmmədova; Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Bəhmən Faziloğlu iştirak və çıxış ediblər. Tədbirin sonunda çıxışçılar Gülüstan və Türkmənçay müqavilələrinin tarixşünaslığımızda saxta şəkildə təqdim olunmasının, geniş ictimaiyyətə təhrif edilmiş variantda təbliğ edilməsinin, türk Qacar sülaləsinin nümayəndələrinin fars mənşəli və qəddar hakimlər kimi göstərilməsinin, Azərbaycanın 1813-1828-ci illərdə ruslar və farslar tərəfindən bölüşdürülməsinin irəli sürülməsinin və s. tarixi faktların yanlış çatdırılmasının qarşısının alınmasını razılaşdırıblar.
16. Təşkilat 19 iyun 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Nadir şah Əfşarın anadan olmasının 320 illiyinə həsr olunmuş tədbir keçirib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, «Türk eli» jurnalının baş redaktoru Mübariz Aşırlı; Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri Hacı Həsənov; «Olaylar» qəzetinin baş redaktoru Yunus Oğuz; Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Elnur Hüseynov; Birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu; Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Bəhmən Faziloğlu; Birliyin Araşdırma Şöbəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Pərviz Ağalarov; «Təfəkkür» Universitetinin müəllimi Mahir Əliyev çıxış ediblər. Tədbirin sonunda çıxışçılar Nadir şah Əfşarın farslara xidmət edən, qəddar və despot hökmdar kimi təbliğ edilməsini pisləyərək onun Azərbaycan Türk hökmdarı kimi cəmiyyətə tanıtdırılmasını və gördüyü işlərin təbliğ edilməsini razılaşdırıblar. Eyni zamanda Nadir şah Əfşarın 320 illik yubileyinin keçirilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasına, Təhsil Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, Qafqaz Müsəlmanları İdarəsinə müraciət edilməsi qərarlaşdırılıb.
17. Təşkilat 27 noyabr 2008-ci il tarixdə Azərbaycanda Atatürk Mərkəzi və «Qismət» mətbəəsi ilə birlikdə «Türk Qafqaz İslam Ordusu və Azərbaycan», «Missioner» kitablarının, «Türk Eli» (2008 oktyabr) jurnalının təqdimat mərasimini keçirib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, «Türk Eli» jurnalının baş redaktoru Mübariz Aşırlı; nəşrlərin ideya müəllifi və hazırlayanı Xəlil Öztürk; Azərbaycanda Atatürk Mərkəzinin müdiri, professor, millət vəkili Nizami Cəfərov; Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Hulusi Kılıç; akademik Vasim Məmmədəliyev; professor Musa Qasımlı; professor Fəzail İbrahimli; professor Kərim Şükürov; professor Anar İsgəndərov; «Qismət» mətbəəsinin baş direktoru Zahid Məmmədrzayev; yazıçı-publisist Akif Əli; türkoloq professor Firudin Ağasıoğlu; Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Bülənt Uğur; fəlsəfə doktoru Əhməd Qəşəmoğlu; politoloq Nəzirməmməd Qaramanlı; professor Qulu Məhərrəmli; Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Çingiz Əlioğlu; Qafqaz İslam Ordusunun hərbiçisinin övladı Hafiz Mirzəyev iştirak və çıxış ediblər.
2009-cu il
18. Təşkilat 4 aprel 2009-cu il tarixdə “Təkan” Tələbə Gənclər İctimai Birliyi, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, TRT-nin Bakı ofisi, Gəncliyə Yardım Fondu ilə birgə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Dünya Türklərinin Həmrəylik Gününə həsr olunmuş musiqili gecə təşkil edib. Bakı şəhər Gənclər və İdman İdarəsi və TİKA tədbirin sponsoru kimi çıxış edib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru Mübariz Aşırlı; Türkiyə Səfirliyinin mətbuat müşaviri Bülənt Uğur; “Təkan” Tələbə Gənclər İctimai Birliyinin sədri Elşən Hüseynov; millət vəkili Sabir Rüstəmxanlı; Ahıska Türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov; professor Oruc İbrahimoğlu Türksevər; millət vəkilləri Nizami Cəfərov; Qənirə Paşayeva; Nazim Məmmədov; “First Bisness” jurnalının sahibi Seyfullah Türksoy; TİKA-nın Bakı koordinatoru Əbubəkr Çelik iştirak və çıxış ediblər. İncəsənət xadimləri Ağalar Bayramov; Ədalət Oğuz; Xəyal Rza; Şəmistan Əlizamanlı; Esat Kabaklı; Əminə Yusifqızı; Sanaz Niknam; Seyfəddin Çaxmaqçı; Rza Cudi; Məhəmməd İftixari; Tatar, Avar, Ahıska Türkləri mahnı, şeir və rəqs ifa etmişlər. Bu tarixdən etibarən ideya Azərbaycandan bütün Türk Dünyasına yayılmağa başlamışdır.
19. Təşkilat 22 aprel 2009-cu il tarixdə “Tərəqqiyə Elmi Dəstək” İctimai Birliyi ilə birgə, “Türk Eli” jurnalının informasiya dəstəyi ilə Milli İdeologiya mövzusunda II konfransını keçirib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru Mübariz Aşırlı; professor Şahlar Əsgərov; Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbəsinin əməkdaşı Rasim Mirzəyev; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elçin Cabbarov; tarix elmləri doktoru Güllü Yoloğlu; Birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu; “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin sədri, fəlsəfə elmləri namizədi Elşən Mustafaoğlu; tarix elmləri namizədi Bəhmən Əliyev; Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əməkdaşı Azər Həsənli; Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Taleh Cəfərov; “Türk-İslam Dünyası” Diskussiya Klubunun üzvü Səfər İbrahim; jurnalist Rey Kərimoğlu; “Təkan” Tələbə Gənclər İctimai Birliyinin vitse-prezidenti Leyla Kərimova; Birliyin İdarə Heyətinin üzvü Aqşin Atalızadə; Birliyin Mədəniyyət Şöbəsinin sədri Sevda Mirzəyeva; Bakı Dövlət Universitetinin tələbəsi Hülya Məmmədli; “Türk-İslam Dünyası” Diskussiya Klubunun üzvü Ceyhun Əliyev; Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Zamin Əhmədov iştirak və çıxış ediblər. Tədbirdə Milli İdeologiya, milli ideya, qüdrətli dövlət ideyası, Qarabağın işğaldan azad edilməsi, Bütöv Azərbaycan, iqtisadiyyatın inkişafı, ordunun gücləndirilməsi, Türklük və Türk dövlətlərinin inteqrasiyası, Azərbaycançılıq, İslam dininə baxış, Azərbaycan Konstitusiyasında ideoloji məsələlər və s. məsələlər gərgin, uzun sürən müzakirələrdə diqqətə gətirildi.
20. Təşkilat 1 iyul - 30 noyabr 2009-cu il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi sahəsində kompleks tədbirlər” adlı layihə icra etmişdir. Layihə nəticəsində “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi” Konsepsiyası hazırlanmış və bu sahə üzrə sistemli iş aparılması planı təqdim edilmişdir. Plan gənclərlə birbaşa (yaxud dolayısı ilə) çalışan bütün qurumlara təqdim edilmişdir.
21. Təşkilat 29 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Təhsildə vətənpərvərlik” mövzusunda tədbir keçirib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru Mübariz Aşırlı; professor, əməkdar elm xadimi Şahlar Əsgərov; BDU-nun Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi Vüqar Əliyev; Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Vaqif Əliyev; yazıçı-dramaturq, filologiya elmləri namizədi Aygün Həsənoğlu; Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri namizədi Bəhmən Əliyev; Baki Dövlət Universitetinin tələbə gənclər təşkilatının sədr müavini Lamiyə Hüseynova; Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov; Birliyin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Taleh Cəfərov; Dünya Azərbaycanlıları Konqresinin gənclər təşkilatının nümayəndəsi, Azərbaycan Dillər Universitetinin tələbəsi Raziyə Sabirqızı; Birliyin İdarə Heyətinin üzvü Aqşin Atalızadə; “Türk-İslam Dünyası” Diskussiya Klubunun İdarə Heyətinin üzvü Səfər İbrahim; Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı; Birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu; Bakı Slavyan Universitetinin tələbə gənclər təşkilatının sədri Şəmsi Gülverdiyev; Azərbaycan Rəssamlar İttifaqının nümayəndəsi Qafar Sarıvəlli; Memarlıq və İnşaat Universitetinin tələbəsi Tural Əkbərov; “Türk-İslam Dünyası” Diskussiya Klubunun İdarə Heyətinin üzvü Nicat Əliyev çıxış ediblər. Tədbirdə mövzü üzrə səsələnən təkliflər qeyd olunmuş və sonda hazırlanacaq Konsepsiyaya daxil edilməsi qərarlaşdırılmışdır.
22. Təşkilat 15 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dövlət-vətəndaş münasibətlərində gənclərin yeri” mövzusunda tədbir keçirib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru Mübariz Aşırlı; yazıçı-dramaturq, filologiya elmləri namizədi Aygün Həsənoğlu; Nazirlər Kabinetinin Mətbuat Mərkəzinin rəhbəri, yazıçı-publisist Akif Əli; professor, əməkdar elm xadimi Şahlar Əsgərov; Mərkəzi Seçki Komissiyasının hüquqşünası Rafiq Abbasov; Təhsil Nazirliyinin baş məsləhətçisi Elnur Əlizadə; Birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu; Birliyin İdarə Heyətinin üzvü Aqşin Atalızadə; Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri namizədi Bəhmən Əliyev; Birliyin üzvü, telejurnalist Sevda Mirzəyeva; Dünya Azərbaycanlıları Konqresinin gənclər təşkilatının sədri Samir Turan; Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin rəhbəri Vasif Namazov; “Türk-İslam Dünyası” Diskussiya Klubunun İdarə Heyətinin üzvü Nicat Əliyev çıxış ediblər. Tədbirdə mövzü üzrə səsələnən təkliflər qeyd olunmuş və sonda hazırlanacaq Konsepsiyaya daxil edilməsi qərarlaşdırılmışdır.
23. Təşkilat 23 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi” mövzusunda tədbir keçirib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru Mübariz Aşırlı; Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi əməkdaşı, tarix elmləri namizədi Bəhmən Əliyev; ehtiyatda olan hərbiçi İldırım Məmmədov; Ehtiyatda və İstefada Olan Zabitlər Birliyinin sədri Yaşar Cəfərli; Gənclər və İdman Nazirliyinin əməkdaşı Günay Rəhimova; professor Firudin Cəlilov; professor, əməkdar elm xadimi Şahlar Əsgərov; ehtiyatda olan zabit Oqtay Kərimov; Bakı Dövlət Universitetinin tələbə gənclər təşkilatının sədr müavini Lamiyə Hüseynova; Birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu; Birliyin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı Taleh Cəfərov; Birliyin üzvü Sahil Abbasov çıxış ediblər. Tədbirdə mövzü üzrə səslənən təkliflər qeyd olunmuş və sonda hazırlanacaq Konsepsiyaya daxil edilməsi qərarlaşdırılmışdır.
24. Təşkilatın İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru Mübariz Aşırlı və Birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu 16-23 noyabr 2009-cu il tarixdə Türkiyəyə səfər etmişlər. 16 noyabr 2009-cu il tarixdə İstanbulda TRT-nin əməkdaşı Əbdülhəmid Əfşar; professor Fethi Gedikli; İstanbul Universitetinin Avrasiya İnstitutunun rəhbəri, professor Hayati Tüfekçioğlu; İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin dekanı, professor, Aydınlar Ocağının başqanı Mustafa Erkal; Türkiyə Cümhuriyyətinin Basın Yayım ve İnformasyon Genel Müdirliyinin İstanbul İl müdiri Necmeddın Altuntaş; Diyanet İşləri Başqanlığının İslam Araşdırmalar Mərkəzinin başqanı, professor Mehmet Akif Aydınla; 17 noyabr 2009-cu il tarixdə Türk Dünyası Araşdırmalar Vəqfinin başqanı, professor Turan Yazqan; Türk Dünyası Bələdiyyələr Birliyinin baş katibi Ərtoğrul Qazi Sağlamla görüşlər keçirilmişdir. 18 noyabr 2009-cu il tarixdə Dünya Türkləri və Akraba Topluluqları Hizmet Derneyinin başqanı Metin Özkan Birliyin rəhbərlərinin şərəfinə ziyafət təşkil etmişdir. Ziyafətdə eyni zamanda İstanbul valisinin müavini Mustafa Altıntaş, Yeditəpə Universitetinin professoru Cengiz Tokulu, jurnalistlər və s. şəxslər də iştirak etmişlər. 19 noyabr 2009-cu il tarixdə Ankarada Türkiyə Cümhuriyyətinin Başbakanlığında Türk Dünyası ilə iş üzrə müşavir Birol Dok; Avrasya Akademik Sanatlar Egitim Mərkəzinin başqanı, professor Alim Korkmaz; Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun başqanı, AKP-li millət vəkili Mustafa Kabakçı; MHP-lı millət vəkili Mehmet Şandır; 20 noyabr 2009-cu il tarixdə Ankarada Ülkü Ocaqlarının başqanı Harun bey; Türkiyə Strateji Araşdırmalar Mərkəzinin prezidenti Sinan Oğan; MHP-nin Türk Dünyası ilə iş üzrə başqan müavini, millət vəkili A. Deniz Bölükbaşı; 21 noyabr 2009-cu il tarixdə Türk Ocaqlarının baş katibi, professor Orhan Kavuncu; Əhməd Yesevi Vəqfinin İdarə Heyətinin sədri Namiq Kamal Zeybek; Türk Dünyası İnsan Hüquqları Təşkilatının başqanı Abdullah Buksur; Türk Ocaqlarının təmsilçisi Nevzat Kösoğlu; Avrasya Yazarlar Birliyinin başqanı Yakup Deliöməroğlu; TRT-nin əməkdaşları Əli Doğan və Mustafa Görüryılmazla görüşlər keçirilmişdir. Görüşlərdə Azərbaycan-Türkiyə münasibətlərinin daha da yaxınlaşdırılması; Türk Dünyasının inteqrasiyası və s. maraq doğuran ortaq məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
25. Təşkilat 17 dekabr 2009-cu il tarixdə “Azərbaycançılıq nədir?” mövzusunda konfrans keçirib. Qeyd edək ki, tədbir Milli İdeologiya mövzusunda III konfrans olub. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru Mübariz Aşırlı; professor Şahlar Əsgərov; “Özkaya Group” şirkətinin prezidenti Osman Gezeker; politoloq Nəzirməmməd Qaramanlı; Birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu çıxış ediblər. Tədbirin sonunda Milli İdeologiya istiqamətində araşdırmaların davam etdirilməsi və yekun nəticəyə gəlinməsi qərara alındı.
2010-cu il
26. Təşkilat 26 yanvar 2010-cu il tarixdə “Qloballaşmanın gətirdiyi faydalar və ziyanlar” mövzusunda konfrans keçirib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru Mübariz Aşırlı; Azərbaycan Milli Emlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşı, Qlobal İnteqrasiya və Dialoq Mərkəzinin sədri Yasəmən Qaraqoyunlu; Azərbaycan Avropa Hərəkatının prezidenti Surxan Lətifov; professor, əməkdar elm xadimi Şahlar Əsgərov; sosioloq, fəlsəfə doktoru Əhməd Qəşəmoğlu; İrandan olan soydaşımız Hüseyn Yurd; yazıçı-dramaturq Aygün Həsənoğlu; tarix elmləri namizədi Bəhmən Əliyev; “Azərbaycan Tarix Müəllimləri” İctimai Birliyinin üzvü Aydın Allahverdiyev; “Türk-İslam” Araşdırma Mərkəzinin eksperti Vüqar Əliyev; Birliyin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu çıxış ediblər. Qloballaşmanın gətirdiyi faydaları və ziyanları müzakirə edən çıxışçılar sonda belə vacib mövzuları əhatə edən tədbirlərin davamlı olmasını qərara aldılar.
27. Təşkilat 20 mart 2010-cu il tarixdə həmin il üçün nəzərdə tutulmuş Dünya Türklərinin Həmrəylik Günü adlı musiqili tədbirini təşkil edib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru Mübariz Aşırlı; Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin Ticarət Müşaviri Qazi Bilgin; millət vəkili Nazim Məmmədov; “Yeddi dövlət – bir millət” Kültür və Dayanışma Dərnəyinin baş təmsilçisi Azər Həsrət; professor Oruc İbrahimoğlu Türksevər; professor, əməkdar elm xadimi Şahlar Əsgərov; Milli QHT Forumunun prezidenti Rauf Zeyni; Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı; “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal; telejurnalist Kamran Həsənli çıxış etmişlər. İncəsənət xadimlərinin – tədbirin aparıcısı, xalq artisti Nurəddin Mehdixanlı; əməkdar artist Aybəniz Haşımova; mügənni Şəmistan Əlizamanlı; İran türklərinin təmsilçisi, vokaliz Rza Cudi; əməkdart artist Nuriyyə Hüseynova; Kərkük Türklərinin təmsilçisi olan müğənni Seyfəddin Çaxmaqçı; şair Xəyal Rza, gənc aşıqların ifaları tədbirə xüsusi rəng qatmışdır. Eyni zamanda tədbirdə Türk Ocaqlarının Azərbaycan Nümayəndəliyinin rəhbəri Xəlil Öztürk; sosioloq Əhməd Qəşəmoğlu; Milli Dirçəliş Hərəkatının sədri Fərəc Quliyev; Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşaviri Bülənt Uğur; Dini İşlər Müşaviri Müzəffər Şahin; “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli; Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları; müxtəlif ali və orta məktəblərin müəllimləri; QHT təmsilçiləri; jurnalistlər; tələbələr və s. daxil olmaqla təxminən 300 nəfər iştirak etmişdir. Sonda tədbir iştirakçıları ideyanın Azərbaycandan bütün Türk Dünyasına yayılmağa başladığını söyləyiblər.
28. Təşkilat 23 aprel 2010-cu il tarixdə Bakı Slavyan Universitetinin akt zalında 500 nəfər tələbənin iştirakı ilə “Mən Vətənimi sevirəm” adlı musiqili tədbir təşkil edib. Tədbirin digər təşkilatçıları kimi Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Bakı Slavyan Universitetinin tələbə gənclər təşkilatı çıxış edirdi. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov; Bakı Slavyan Universitetinin prorektoru Asif Hacıyev; Birliyin İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru Mübariz Aşırlı çıxış etmişlər. Eyni zamanda vətənpərvər mahnıların ifaçısı Şəmistan Əlizamanlı; əməkdar artist Nuriyyə Hüseynova; şair Xəyal Rza və s. mədəniyyət və incəsənət xadimlərinin çıxışı tələbə gənclərin alqışları ilə qarşılanıb.
29. Təşkilatın 4 iyun 2010-cu il tarixdə beş illik Hesabat konfransı keçirilmişdir. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru Mübariz Aşırlı; millət vəkili Fəzail İbrahimli; professor Şahlar Əsgərov; millət vəkili Nazim Məmmədov; Azərbaycan Respublikasının Przeident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Rasim Mirzəyev; sosioloq Əhməd Qəşəmoğlu; Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşaviri Bülənt Uğur; Kərkük mədəniyyət təbliğatçısı Seyfəddin Çaxmaqçı; Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev; “Professional Mühasib” jurnalının baş redaktoru Mehdi Babayev; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nahid Məmmədov; Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı çıxış etmişlər. Tədbir iştirakçıları təşkilatın beş illik fəaliyyətini müsbət dəyərləndirib, bundan sonrakı işində uğurlar arzulayıblar.
30. Təşkilat 1 oktyabr 2010-cu il tarixdə Dünya Gənc Türk Yazarlar Birliyi ilə birgə “Türk Dövlətləri Günü” mövzusunda tədbir keçirib. Tədbir 3 oktyabrın Türk Dövlətlərinin Əməkdaşlığı Günü elan olunması münasibətilə keçirilib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru Mübariz Aşırlı; “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Aygün Həsənoğlu; “Tərəqqiyə Elmi Dəstək” İctimai Birliyinin sədri Əhməd Qəşəmoğlu; “YOM” jurnalının redaktoru Nizami Zöhrabi; “Bakı Dirçəliş” İctimai Birliyinin sədri Abbasağa Məmmədov; Ümid Partiyasının sədr müavini Arif Paşa; Dünya Gənc Türk Yazarlar Birliyinin baş katibi Rəsmiyyə Sabir; “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu; QHT təmsilçisi Şahin Qədirov; kimya elmləri doktoru Pənah Qədirov; Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis sədri İlqar İlkin; “Milli Tərəqqi Uğrunda” İctimai Koalisiyanın icraçı katibi Fərman Salmanlı; Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı; Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov; Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim; “Oğuz” İctimai Birliyinin sədri Vüqar Zifəroğlu çıxış etmişlər. Çıxışçılar 3 oktyabrın Türk Dövlətlərinin Birliyi günü kimi qeyd edilməsini müsbət qarşılamış, eyni zamanda 16 sentyabr 2010-cu il tarixdə İstanbul şəhərində Türk Dövlət Başçılarının Zirvə Sammitinin keçirilməsini müsbət qiymətləndirərərk Türk Dünyasının inteqrasiyası istiqamətində təkliflər səsləndirmişlər. Qərara alınmışdır ki, hər il 3 oktyabr tarixi Türk Dövlətlərinin Birliyi Günü kimi qeyd edilsin.
31. Ortaq Türk Əlifbasının yaradılması üçün türk dövlət başçılaına ünvanlanan müraciət Azərbaycan ictimaiyyəti tərəfindən dəstəkləndikdən sonra diqqət Türkiyəyə yönəldi. Kampaniyanın əsas təşkilatçılarından olan “Müasir İnkişaf” İctimai Birliyi Türkiyə ictimaiyyətinin də dəstəyini almağa çalışdı. Bununla bağlı Birliyin İdarə Heyətinin sədri Mübariz Aşırlı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Hüseyn Artıkoğlu, Türk Ocaqları Bakı Təmsilçiliyinin rəhbəri Xəlil Öztürk 23-27 noyabr 2010-cu il tarixlərində Türkiyənin İstanbul və Ankara şəhərlərinə səfər etmişlər. Səfər zamanı 23 noyabr 2010-cu il tarixində İstanbulda “YOM” jurnalının sahibi, professor Fethi Gedikli, Türk Ocaqlarının İstanbul şöbəsinin sədri Cezmi Bayram və dr. Gülarə Yeniseylə; 24 noyabr 2010-cu il tarixdə Memar Sinan Gözəl Sənətlər Universitetinin Fənn Ədəbiyyat Fakültəsinin Tarix Bölümünün müəllimləri doç. dr. Osman Yorulmaz, professor Abdulvahap Kara və s., Dünya Türkləri və Qohum Toplululuqlarına Xidmət Dərnəyinin sədri Metin Özkanla görüşlər keçirilmiş və onlardan kampaniyaya dəstək alınmışlar. 25 noyabr 2010-cu il tarixində Ankarada Diyanet Denetim Elemanları və Uzmanları Derneyinin sədri Abdulkadir Sezgin, Türkiyə Kamu Sendikasının sədri Bircan Akyıldız, Türk Biro Sendikası sədri Fahrettin Yokuş, Türk Diyanet Vakıf-Sendikasının sədri Hazım Zeki Sergi, Türk Tarım Orman Sendikasının sədri Ahmet Demirçi, Türk Ocaqlarının sədr müavini Efendi Barutçu, Bakı təmsilçisi Xəlil Öztürk; 26 noyabr 2010-cu il tarixində Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan Qrup Başqan Vəkili Sadık Yakut, MHP-dən olan Qrup Başqan Vəkili Oktay Vural, Avrasiya Yazarlar Birliyinin İdarə Heyətinin üzvləri, Muhsin Yazıçıoğlu adına Gönüllərdə Birlik Vakfının təmsilçiləri ilə görüşlər keçirilmiş və onlardan da dəstək alınmışdır. 27 noyabr 2010-cu il tarixdə TürkBirliyi.net saytının sahibi Halil Kurumahmut, professor Yusuf Gedikli və jurnalist Hüseyin Altınalanla da görüşlər keçirilmiş, kampaniyanın onlar tərəfindən də dəstəklənməsinə nail olunmuşdur. Görüşlər zamanı hər kəs Ortaq Türk Əlifbasının yaradılmasına tərəfdar olduğunu bildirmiş, Azərbaycanda belə bir işin görülməsini razılıqla qarşılamış, Türkiyədə imza kampaniyasını davam etdirəcəklərinə söz vermişlər.
32. Təşkilat 8 dekabr 2010-cu il tarixdə “Azərbaycanın İslam dini modeli” mövzusunda tədbir keçirilib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri Mübariz Aşırlı; professor, əməkdar elm xadimi Şahlar Əsgərov; sosioloq Əhməd Qəşəmoğlu; Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nümayəndəsi Rüstəm Ramazanov; “Aydınlığa Doğru” İctimai Birliyinin sədri Solmaz Əmirli; İslam Konfransı Gənclər Formunun təmsilçisi, politoloq Alpay Əhmədov; “Azərbaycan Tarix Müəllimləri” İctimai Birliyinin təmsilçisi Aydın Allahverdiyev; “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu; Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Taleh Cəfərov; Bakı Dövlət Universitetinin müəllimi Saleh Kazımov; “Canlı Aləmin Mühafizəsi” İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə; Azərbaycan Milli Tarix Muzeyinin şöbə müdiri, “Miras” İctimai Birliyinin sədri Fariz Xəlilli; “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin təmsilçisi Elşən Quliyev çıxış ediblər. Sonda səslənən təkliflərin sistemləşdirilməsi və iştirakçılar adından Müraciət hazırlanaraq müvafiq dövlət qurumlarına göndərilməsi, onların təmsilçiləri ilə görüşlər keçirilməsi qərarlaşdırılıb.
33. Təşkilat 15 dekabr 2010-cu il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birgə "Mən Vətənimi sevirəm" adlı musiqili tədbir keçirib. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan tədbir Memarlıq və İnşaat Universitetinin akt zalında gerçəkləşib. Tədbirin rəsmi hissəsində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, "Müasir İnkişaf" İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Aşırlı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Səadət İmanova; bədii hissəsində isə Türk Dünyasının ozanı, vətənpərvər mahnıların ifaçısı Şəmistan Əlizamanlı, əməkdar artist Nuriyyə Hüseynova, "Savalan" qrupunun solisti Novruz Novruzlu, şair Xəyal Rza və s. sənətçilər çıxış ediblər.
2011-ci il
34. Təşkilat 10 fevral 2011-ci ildə “Bütöv Azərbaycan məsələsinə baxış” mövzusunda tədbir keçirib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri Mübriz Aşırlı; Türk Xalqları Assambleyasının vitse-prezidenti Yəhya Canıyar; Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri Hacı Həsənov; “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Aygün Həsənoğlu; Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, “Azərbaycan Tarix Müəllimləri” İctimai Birliyinin təmsilçisi Faiq Babayev; Dünya Azərbaycanlıları Konqresinin Ağsaqqallar Şurasının sədr müavini Məhəmməd Teymurlu; politoloq Nəzirməmməd Qaramanlı; Bakı Dirçəliş Hərəkatının sədri Abbasağa Məmmədov; “Azərbaycan Tarix Müəllimləri” İctimai Birliyinin təmsilçisi Aydın Allahverdiyev; Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi Taleh Cəfərov; şair Ülvi Məmmədov; “Azərbaycan Tarix Müəllimləri” İctimai Birliyinin üzvü Elşən Qasımov; Dünya Azərbaycanlıları Konqresinin təmsilçisi Əlirza Amanbəyli; Vətəndaş Cəmiyyəti İnstitutunun sədri Taleh Əliyev; Dünya Azərbaycanlıları Yazarlar Qurumunun sədri Sayman Aruz; Yasamal rayon Qadınlar Təşkilatının sədri Validə Vəliyeva; “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin üzvü Aqşin Atalızadə çıxış ediblər. Tədbir zamanı Qacarlara münasibətin mənfi olmasının qəbuledilməzliyi, İranın parçalanmasının ziyanlı ola biləcəyi, Bütöv Azərbaycan və Güney Azərbaycan ideyalarının özünü doğrultmaması, İranda türklərin hüquqlarının pozulması və s. kimi maraqlı fikirlər gündəmə gəlib. Tədbir iştirakçıları bu cür müzakirələrin davamlı şəkildə keçirilməsini qərarlaşdırıblar.
35. Təşkilatın İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru Mübariz Aşırlı və İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu 15 aprel 2011-ci il tarixdə regionlara səfər edərək jurnalın tanıtımı istiqamətində görüşlər və tədbirlər keçiriblər. İlk tədbir Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında müəllim-tələbə heyətinin iştirakı ilə keçirilib. Tədbirdə filialın direktoru, professor Xəqani Məmmədov, Mübariz Aşırlı, Taryel Faziloğlu, Filialın Humanitar fənlərin tədrisi metodikasının kafedra müdiri, dosent Baxış Ələsgərov, Pedaqoji fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Vaqif Allahverdiyev, Ümumi elmlər kafedrasının müdiri, baş müəllim Tahir Kərimli, Dil-ədəbiyyat tədrisi metodikasının kafedra müdiri, baş müəllim Əli Əliyev çıxış edərək belə bir jurnalın təqdimatının keçirilməsindən və dərginin təbliğ etdiyi fikirlərin reallaşmasından, onunla gələcək əməkdaşlıq perspektivlərindən söz açıblar. Növbəti görüş Gəncə şəhərində yerləşən Gəncə Dövlət Universitetinin müəllim-tələbə heyəti və 2 saylı şəhər Uşaq-İdman Sağlamlıq Mərkəzinin rəhbərliyi ilə keçirilib. Jurnalın redaktoru Taryel Faziloğlu Universitetin Xarici dil və tarix-coğrafiya fakültəsinin müəllim-tələbə heyəti və Sağlamlıq mərkəzinin rəhbərliyi ilə görüşdə də gələcək əməkdaşlıq perspektivlərini və görüləcək işləri müzakirə edib. Tədbirin və görüşlərin sonunda qarşılıqlı şəkildə işlərin görülməsi qərarlaşdırılıb.
36. Təşkilat 21 aprel 2011-ci ildə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası (AJQA), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutu (İHİ), Gürcüstanda fəaliyyət göstərən Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyi (GGYMD) ilə birgə təşkilatçılıqla, TREND Agentliyinin informasiya dəstəyi ilə “Qafqaz Evi və ermənilər” mövzusunda beynəlxalq konfrans keçirib. Tədbirdə AJQA sədri Sevil Yusifova; AMEA İHİ-nin direktoru, millət vəkili Aytən Mustafayeva; Təşkilatın İdarə Heyətinin sədri Mübariz Aşırlı; GGYMD sədri Musa Hacıyev; Gürcüstanda yerləşən Suxumi Dövlət Universitetinin (SDU) professoru Quram Marixulya; BDU-nun dosenti Kərəm Məmmədov; SDU-nun professoru Kaxaber Pipiya; professor Şahlar Əsgərov; SDU-nun professoru Nodar Berulava; Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Gündüz Şabanov; filosof Aydın Əlizadə; tarixçi Aydın Allahverdiyev; yazıçı-dramaturq Aygün Həsənoğlu; tarixçi Taleh Cəfərov iştirak və çıxış ediblər. Sonda qərara alınıb ki, Azərbaycan və Gürcüstan elmi və ictimai xadimləri ermənilərə qarşı birgə mübarizə aparılması işində aktiv rol alsınlar.
37. Təşkilatın dəvəti ilə Bakıda səfərdə olan Gürcüstanın Suxumi Dövlət Universitetinin (Tbilisi) tarixçi professorları Quram Marixulya, Nodar Berulava, Kaxaber Pipiya 20 aprel 2011-ci ildə Quba rayonundakı kütləvi məzarlığı ziyarət edərək gül dəstələri qoymuş və Azərbaycan televiziyaları vasitəsilə ermənilərin vandalizm aktları ilə bağlı fikirlərini bölüşmüşlər. Qonaqlar 21 aprel 2011-ci ildə TREND Agentliyində, Azərbaycan Müəllif Hüquqları Agentliyində görüşlər keçirərək gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmişlər.
38. Təşkilatın İdarə Heyətinin sədri Mübariz Aşırlı və üzvü Gülnar Əhməd 23-24 aprel 2011-ci il tarixlərində İzmir şəhərində keçirilən Türkiyədə yaşayan Azərbaycan Türklərinin I Qurultayında iştirak etmişlər. Qurultayda çıxış edən Mübariz Aşırlı Ortaq Türk Əlifbası və Ortaq Türk Ədəbi Dili ilə bağlı təkliflər vermiş, nəticədə qurultay bu təklifləri bəyənərək yekun qərarında onu əks etdirmişdir.
39. Təşkilat “Azərbaycan tarixi dərsliklərinin və tədrisinin monitorinqi” (V-VIII siniflər) adlı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi Layihənin 29 aprel 2011-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində təqdimatını gerçəkləşdirmişdir. Tədbirdə Təşkilatın İdarə Heyətinin sədri, layihənin direktoru Mübariz Aşırlı; “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı; Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova; Layihənin eksperti, Təşkilatın İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu çıxış edərək bu barədə məlumat vermişlər. Nəticədə həm rəsmi şəxslərdən, həm də ictimaiyyətdən böyük dəstək nümayiş etdirilmişdir.
40. Təşkilat 13 may 2011-ci il tarixdə Azərbaycan Repsublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi «Azərbaycan tarixi dərsliklərinin monitorinqi» layihəsi çərçivəsində Azərbaycanda Atatürk Mərkəzində ilk tədbirini (5-ci və 6-cı sinif “Azərbaycan tarixi” dərslikləri müzakirəyə çıxarılıb) gerçəkləşdirib. Tədbirdə Təşkilatın İdarə Heyətinin sədri, layihənin direktoru Mübariz Aşırlı; Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov; Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı; “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı; Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı; Təşkilatın İdarə Heyətinin sədr müavini, layihənin eksperti Taryel Faziloğlu; dərsliklərin müəllifləri çıxış etmişlər. Səslənən təklif və tövsiyyələrin qeyd edilərək yekunda hazırlanacaq Konsepsiyaya daxil ediləcəyi bildirilmişdir.
41. Təşkilat 6 iyun 2011-ci il tarixdə Azərbaycan Repsublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi «Azərbaycan tarixi dərsliklərinin monitorinqi» layihəsi çərçivəsində Beynəlxalq Mətbuat Mərkəzində növbəti tədbirini (7-ci sinif “Azərbaycan tarixi” dərsliyi müzakirəyə çıxarılıb) gerçəkləşdirib. Tədbirdə Təşkilatın İdarə Heyətinin sədri, layihənin direktoru Mübariz Aşırlı; Təşkilatın İdarə Heyətinin sədr müavini, layihənin eksperti Taryel Faziloğlu; orta məktəb müəllimi Maarif Muradov; “Azərbaycan Tarix Müəllimləri” İctimai Birliyinin üzvü Aydın Allahverdiyev; sosioloq Əhməd Qəşəmoğlu; Azərbaycan Jurnalist Qadınlar Asossasiyasının rəhbəri Sevil Yusifova; tarix müəllimi Solmaz Quliyeva; “Dinc Dünya” Araşdırmalar Mərkəzinin sədri Əlisəfa Mehdiyev; “Türk Eli” jurnalının redaktoru Gülnar Əhməd; “Milli Tərəqqi Uğrunda” İctimai Koalisiyanın icraçı katibi Fərman Salmanlı; Təhsil Nazirliyinin Dəsrlik və nəşriyyat şöbəsinin baş məsləhətçisi Hüseyn Quliyev çıxış ediblər. Səslənən təklif və tövsiyyələrin qeyd edilərək yekunda hazırlanacaq Konsepsiyaya daxil ediləcəyi bildirilmişdir.
42. Təşkilatın 10 iyun 2011-ci il tarixdə Gəncliyə Yardım Fondunda Altı illik Hesabat konfransı keçirilmişdir. Tədbirdə Birliyin İdarə Heyətinin sədri Mübariz Aşırlı; sosioloq Əhməd Qəşəmoğlu; Gəncliyə Yardım Fondunun prezidenti Əhmət Tecim; “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Aygün Həsənoğlu; Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova; Milli Dəyərlər Mərkəzinin sədri Azər Həsənsoy; Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Dünya Gənc Türk Yazarlar Birliinin başqanı Əkbər Qoşalı; “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu; “Azərbaycan Tarix Müəllimləri” İctimai Birliyinin üzvü Aydın Allahverdiyev; “Dinc Dünya” Araşdırmalar Mərkəzinin sədri Əlisəfa Mehdiyev; “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin sədri Elşən Mustafaoğlu; Azərbaycan Milli Elmlər Akademiyasınını Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalid; “Miras” İctimai Birliyinin nümayəndələri Arzu Soltan, Solmaz Quliyeva, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, “Milli Tərəqqi Uğrunda” İctimai Koalisiyanın icraçı katibi Fərman Salmanlı, “Müasir İnkişaf” İctimai Birliyinin üzvü, “Türk Eli” jurnalının redaktoru Gülnar Əhməd də çıxış ediblər. Birliyin 6 il ərzində gördüyü işlər təqdirlə qarşılanıb. Azərbaycanda Atatürk Mərzəinin sədri, millət vəkili, professor Nizami Cəfərov təşkilatın təsis etdiyi Əli bəy Hüseynzadə adına Türk-İslam Dünyasına Xidmət Mükafatı ilə təltif edilib. Milli Məclisin iclasında iştirak etdiyinə görə tədbirə qatıla bilməyən N.Cəfərova mükafatın təqdim olunması üçün Əkbər Qoşalıya verildi.
43. Təşkilat 10 avqust 2011-ci il tarixdə Azərbaycan Repsublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi «Azərbaycan tarixi dərsliklərinin monitorinqi» layihəsi çərçivəsində Beynəlxalq Mətbuat Mərkəzində sonuncu tədbirini (8-ci sinif “Azərbaycan tarixi” dərsliyi müzakirəyə çıxarılıb) gerçəkləşdirib. Tədbirdə Təşkilatın İdarə Heyətinin sədri, layihənin direktoru Mübariz Aşırlı; Təşkilatın İdarə Heyətinin sədr müavini, layihənin eksperti Taryel Faziloğlu; orta məktəb tarix müəlliməsi Solmaz Quliyeva; orta məktəb tarix müəllimi Aydın Allahverdiyev; Təhsil Nazirliyinin nümayəndəsi Hüseyn Quliyev çıxış ediblər. Səslənən təklif və tövsiyyələrin qeyd edilərək yekunda hazırlanacaq Konsepsiyaya daxil ediləcəyi bildirilmişdir.
44. Təşkilatın 15 aprel-15 sentyabr 2011-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi «Azərbaycan tarixi dərsliklərinin monitorinqi» layihəsinin yekununda “Milli tarix dərslikləri, milli şüur və milli maraqlar” başlıqlı Konsepsiyası hazırlanıb. Konsepsiya Təhsil Nazirliyi də daxil olmaqla müvafiq qurumlara çatdırılmışdır.
45. Təşkilatın İdarə Heyətinin sədri Mübariz Aşırlı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Hüseyn Artıkoğlu 1-4 oktyabr 2011-ci il tarixlərində Türkiyənin Ankara şəhərində səfərdə olmuşlar. Səfər zamanı Mübariz Aşırlı və Hüseyn Artıkoğlu Türk Ocaqları, Avrasiya Yazarlar Birliyi, Türkiyə Odalar və Borsalar Birliyi (TOBB) Avrasiya Araşdırmalar və Uyğulamalar Mərkəzinin (AVAR) təşkilatçılığı və sözügedən qurumların dəvəti ilə 3 oktyabr 2011-ci il tarixdə Ankarada keçirilən Türk Dünyası Günü tədbirində iştirak etmişlər. Üç hissədən ibarət olan və gün ərzində davam edən tədbirdə Türk Ocaqları genel sekreteri, prof. dr. Orhan Kavuncu; TOBB Ekonomi və Teknoloji Universitetinin AVAR müdiri, prof. dr. İhsan Çomak; Türkiyə Prezident Aparatının rəhbəri, prof. dr. Mustafa İsen; Prof. Dr. Güven Sak (TOBB-ETÜ Rektor Vəkili); sabiq səfir, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (Türk Konseyi) baş katibi Xəlil Akınçı; TÜRKSOY başqanı Düsein Kaseinov; Türk Ocaqlarının başqanı Nuri Gürgür; Türk Dünyası Hüquqşunaslar Birliyinin başqanı, prof. dr. Bəxtimcan Əbdürrahim; Qazaxıstanda fəaliyyət göstərən Əhməd Yesevi universitetinin təmsilçisi, prof. dr. Osman Horata; “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Aşırlı; Hacettepe Üniversiteti Ədəbiyyat Fakültəsinin Tarix bölümünün təmsilçisi Prof. Dr. Mehmet Öz; Adnan Süer (TRT Avaz Koordinatoru); Dr. Adnan Tekşen (Yunus Əmrə İnstitutunun Başqan Yard.); Ramazan Çokçevik (Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı, Kültür Fəaliyyətləri Dairəsi Başkanı); Doç. Dr. Yakup Deliömeroğlu (Avrasya Yazarlar Birliyi Başqanı); Cem Gürdal (Kültür ve Turizm Bak. Türk Dünyası Müzik Topluluğu təmsilçisi); Nuri Aksu (TİKA Mətbuat Müşaviri); dr. Murat Yılmaz (siyasət üzrə araşdırmaçı); Ayşe Neşe Gül (Türkiyə Ədliyyə Akademiyası); Doç. Dr. Yakup Deliömeroğlu çıxış etmiş, Türk Dünyasının birliyi üçün görülən işlərdən bəhs etmişlər. Tədbir zamanı Birliyinin İdarə Heyətinin sədri Mübariz Aşırlı və Avrasiya Yazarlar Birliyinin başqanı, dr. Yaqub Dəliöməroğlu “Türk Dünyasına Xidmət” mükafatı ilə mükafatlandırılıblar. Sonda Qazi Üniversiteti Gənclik Korosu - Yesevi Hikmetlərindən bəstələnmiş ilahilər (Yeseviye) oxuyub. Tədbirin qətnaməsi qəbul olunub və sənəddə Türk Dünyasının inteqrasiyası ilə bağlı görülməli olan işlər əksini tapıb.
46. Təşkilatın 10 noyabr 2011-ci il tarixdə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA), Beynəlxalq Mətbuat Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycanda Atatürk Mərkəzinin və Türkiyənin Türk Ocaqları təşkilatının Bakı Təmsilçiliyinin mənəvi dəstəyi, “Trend” İnformasiya Agentliyi və day.az saytının informasiya dəstəyi ilə “Türk Dünyasının mədəni inteqrasiyası: Ortaq Türk Əlifbası və Ortaq Türk Ədəbi Dili” mövzusunda konfransı keçirilib. Konfransda Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova; Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili Nizami Cəfərov; Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç; millət vəkili Sevinc Hüseynova; millət vəkili Fazil Qəzənfəroğlu; Qazaxıstanın Astana şəhərində yerləşən Türk Akademiyasının professoru Maqriba Kaynarbayeva; dilçi alin Tofiq Hacıyev; “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Aşırlı; “AzerRos” (Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti) təşkilatını vitse-prezidenti Qalib Ağayev; sosioloq Əhməd Qəşəmoğlu; fəlsəfə elmləri doktoru Aydın Əlizadə; dilçi alim Yusif Rəhimoğlu; Dünya Azərbaycanlı Yazarlar Qurumunun sədri Sayman Aruz; “Oğuz” Birliyinin üzvü Taleh Cəfərov çıxış ediblər. Türk Ocaqlarının konfransa ünvanlanmış təbriki iştirakçıların diqqətinə çatdırılıb. Tədbirin sonunda tədbir iştirakçıları adından Türk Konseyinə, Türk Dövlətlərinin Parlament Assambleyasına, Beynəlxalq Türk Mədəniyyət Təşkilatına (TÜRKSOY), Türk Dünyasının Ağsaqqallar Şurasına, Türk Akademiyasına, türk dövlətlərinin başçılarına müraciət ünvanlanıb. Müraciətdə mövzu ilə əlaqədar təklif və tövsiyyələr əksini tapıb.
47. Birliyin təşkilatçılığı ilə 9 dekabr 2011-ci il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universitetində vətənpərvər mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlının konserti keçirilmişdir. Əməkdar artist Nuriyyə Hüseynova, şair Xəyal Rza, Akademik Opera və Balet Teatrının solisti Mütəllim Dəmirov və s. şəxslər də Şəmistan Əlizamanlı ilə birgə səhnəni bölüşüblər. Tədbirdə Universitetin Nəqliyyat fakültəsinin dekan müavini Taryel Həsənov çıxış edib. Sonda Şəmistan Əlizamanlının “Ana yurd” marşını ifa etməsi zalda böyük coşqu yaradıb və bütün tədbir iştirakçıları ayaq üstə alqışlamaqla, rəqs etməklə, Boz Qurd işarələri göstərməklə həm tədbiri, həm də ifanı bəyəndiklərini nümayiş etdirblər.
2012-ci il
48. Təşkilatın 20 aprel 2012-ci il tarixdə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qafqaz regionunda sülh və təhlükəszilik problemləri” mövzusunda konfransı keçirilib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri Mübariz Göyüşlü; Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyinin sədri Musa Hacıyev; Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşı, hüquq elmləri doktoru Ramiz Sevdimalıyev; Gürcüstan İctimai Əlaqələr İnstitutunun əməkdaşı, bu ölkənin sabiq müdafiə naziri, professor David Tevzadze; Rusiyada fəaliyyət göstərən “AzerRos” (Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti) təşkilatının vitse-prezidenti Qalib Ağayev; “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu; “İdeal” Sülhün Təbliği Fondunun təmsilçisi Hafiz Osmanov; fəlsəfə doktoru Faiq Ələkbərov; Demokratik İslahatlar Partiyasının mətbuat xidmətinin rəhbəri Ülkər Abdullayeva; Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova; Azərbaycan Texniki Universitetinin müəllimi Səmayə Şahnəzərova; yazıçı Esmira Şükürova və digərləri çıxış ediblər. Tədbirin sonunda müraciət qəbul edildi. Konfransın Gürcüstanda olan təşkilatçısı Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyi, konfransa mənəvi dəstəyi verən qurum isə Türk Ocaqlarının Bakı təmsilçiliyi olub.
49. Təşkilatın 2 oktyabr 2012-ci il tarixdə “Türk Hərəkatı” İctimai Birliyi və Türk Ocaqlarının Bakı Təmsilçiliyi ilə birgə şəkildə Dünya Türklərinin Həmrəylik Gününə həsr olunmuş “Türk Dünyası QHT-lər Birliyinin yaradılması” mövzusunda konfransı keçirilmişdir. Konfransda Birliyin İdarə Heyətinin sədri Mübariz Göyüşlü; "Türk Hərəkatı" İctimai Birliyinin sədri Həbib Ələkbərsoy; Milli QHT Forumunun prezidenti Rauf Zeyni; sabiq millət vəkili Nazim Məmmədov; Türk Xalqları Beynəlxalq Assambleyasının vitse-prezidenti Yəhya Yusif Canıyar; Milli Dəyərlər Mərkəzinin sədri Azər Həsənsoy; Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalid; AzTV-nin "Turan" verlişinin aparıcısı Zərnişan İnqilabqızı; "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova; professor Məhəmməd Teymurlu; tarixçi Taryel Faziloğlu; Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasinın prezidenti Sevil Yusifova; “Türk Hərəkatı” İctimai Birliyinin sədr müavini Nigar İbrahimova; Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyinin sədri Musa Hacıyev; Qardabani Gənclər Mərkəzinin sədri Məhəmməd Sarıyev; AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Faiq Qəzənfəroğlu; "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal; Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri Sadık Eraslan; Müstəqil Mətbuat Mərkəzinin sədri Elçin Xalidbəyli; Korrupsiyaya Qarşı Mübarizə Fondunun əməkdaşı Samirə Haşımzadə və s. şəxslər, aidiyyatı qurumların, KİV-lərin təmsilçiləri, tələbələr iştirak və çıxış ediblər. Tədbirin sonunda Türk Dövlətlərinin Başçılarına, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasına, Türk Dövlətlərinin Parlament Assambleyasına Türk Dünyası QHT-lər Birliyinin yaradılması üçün dörd bənddən ibarət Müraciət qəbul olunmuşdur.
50. Təşkilatın Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, “Türk Hərəkatı” İctimai Birliyi ilə birgə 3 oktyabr 2012-ci il tarixdə Dünya Türklərinin Həmrəylik Gününə həsr olunmuş musiqili gecəsi keçirilib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri Mübariz Göyüşlü; “Türk Hərəkatı” İctimai Birliyinin sədri Həbib Ələkbərsoy; Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli; Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov; SAYOKAN Döyüş Növləri Mərkəzinin I vitse-prezidenti Aqil Acalov; Türk Xalqları Beynəlxalq Assamleyasının vitse-prezidenti Yəhya Yusif Canıyar; BMT-nin Xalq Yaradıcılığı Şurasının üzvü Seyfəddin Əsəd çıxış ediblər. Eyni zamanda müğənnilər Şəmistan Əlizamanlı; Nemət Qasımlı; Nuriyyə Hüseynova; Yaqub Zurufçu; Novruz Novruzlu; Əlirza Amanbəyli mahnılar ifa etmiş; SAYOKAN Döyüş Növləri Mərkəzi, rəqs qrupu müxtəlif səhnələr nümayiş etdirmişlər.
2013-cü il
51. Təşkilat 2013-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi, Dialoq və İnkişaf Uğrunda İslam Konfransı Gənclər Forumunun iştirakı ilə “Milli-Mənəvi Dəyərlər və Milli Kimlik” layihəsini həyata keçirmişdir. Layihə çərçivəsində mövzu ilə bağlı tədbirlər keçirilmiş, müzakirələr aparılmış, sorğu və jurnalistlər arasında müsabiqə təşkil olunmuşdur. Layihənin sonunda iyirmi üç nəfər mütəxəssisin iştirakı ilə “Azərbaycan Milli Kimliyi” kitabı hazırlanmışdır.
52. Təşkilat 2013-cü ildə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Milli dövlətçilik ideologiyası haqqında araşdırma və tədqiqatlar” layihəsini həyata keçirib. Layihənin yekununda 2013-cü ildə “Azərbaycan Dövlətçilik İdeologiyası” Konsepsiyası hazırlanmışdır.
53. Təşkilat 18 mart 2013-cü il tarixdə Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin konfrans zalında “Etnogenez, Azərbaycan xalqının və dövlətçiliyinin inkişaf tarixi” mövzusunda dəyirmi masa keçirib. Məlumat üçün bildirək ki, tədbir Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun iştirakı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə gerçəkləşdirilən “Milli-Mənəvi Dəyərlər və Milli Kimlik” layihəsi çərçivəsində həyata keçirilib. Tədbirdə “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Göyüşlü; “Müasir İnkişaf” İctimai Birliyinin üzvü, məruzəçi Səfər İbrahim; AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Təvəkkül Əliyev; AMEA Tarix İnstitutunun şöbə müdiri Hacı Həsənov; AMEA Tarix İnstitutunun əməkdaşı Dilavər Əzimli; BDU-nun dosenti Kərəm Məmmədov; AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Bəhmən Əliyev; “Oğuz” Müstəqil Araşdırmaçılr Qrupunun sədri Vüqar Zifəroğlu; AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalid; ADPU-nun müəllimi Taleh Cəfərov; İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin sədri Elçin Əsgərov; İdeal Sülhün Təbliği Fondunun təmsilçisi Hafiz Osmanov; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Aqil Şirinov çıxış etmişlər. Tədbir iştirakçıları tərəfindən irəli sürülən və aparıcı fikir kimi qeyd olunan - Azərbaycan xalqının etnogenezinin hərtərəfli şəkildə tədqiq edilməsi və Azərbaycan elminin bu məsələdə vahid mövqedən çıxış etməsinin zərurliyi - hər kəs tərəfindən qəbul edilmiş və dəstəklənmişdir. Yekunda bununla bağlı qətnamə qəbul edilmişdir.
54. Təşkilat 16 aprel 2013-cü il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin konfrans zalında “Din və mənəvi dəyərlər Milli Kimliyi formalaşdıran əsas amillər kimi” mövzusunda dəyirmi masa keçirib. Məlumat üçün bildirək ki, tədbir Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun iştirakı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə gerçəkləşdirilən “Milli-Mənəvi Dəyərlər və Milli Kimlik” layihəsi çərçivəsində həyata keçirilib. Tədbirdə “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Göyüşlü; BDU-nun İlahiyyat fakültəsinin müəllimi, məruzəçi Mehriban Qasımova; Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun təmsilçisi, məruzəçi Elmin Əliyev; Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı Əli Şamil; “Azərbaycan Tarix Müəllimləri” İctimai Birliyinin üzvü Faiq Babayev; Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunun əməkdaşı Rəşad İlyasov; AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Bəhmən Əliyev; AMEA Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunun əməkdaşı Aydın Əlizadə; AMEA Tarix İnstitutunun əməkdaşı Anar Qafarov; BDU-nun İlahiyyat fakültəsinin müəllimi Saleh Kazımov; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Aqil Şirinov; “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin üzvü, Binəqədi rayon İcra Hakimiyyətiin əməkdaşı Fərman Salmanlı; “Müasir İnkişaf” İctimai Birliyinin üzvü Səfər İbrahim; AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalid; “Doğru Yol” Milli-Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Məhərrəm Səfizadə; AMEA Folklor İnstitutunun əməkdaşı Aynur Qəzənfərqızı; “Vətənpərvər Gənclər” Klubun üzvü Rəhim Xoyski çıxış ediblər. Yekunda qətnamə qəbul edilmişdir.
55. Təşkilat 14 may 2013-cü il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində “Milli-Mənəvi Dəyərlər və Milli Kimlik” layihəsinin təqdimetməsini keçirmişdir. Tədbirdə təşkilatın İdarə Heyətinin sədri Mübariz Göyüşlü; Qlobal İnteqrasiya və Dialoq Mərkəzinin sədri Yasəmən Qaraqoyunlu; “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun sədri Vüqar Zifəroğlu; Demokratik İslahatçı Gənclər Birliyinin sədri Vüsalə Hüseynli; BDU-nun Tarix fakültəsinin müəllimi Saleh Kazımov; İslam Konfransı Gənclər Forumunun əməkdaşı Elmin Əliyev; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Nahid Məmmədov iştirak və çıxış ediblər.
56. Təşkilat 26 may 2013-cü il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birlikdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Respublika Günü münasibətilə vətənpərvərlik mahnılarından ibarət konsert keçirmişdir. Tədbirin rəsmi hissəsində təşkilatın İdarə Heyətinin sədri Mübariz Göyüşlü; Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəsi müavini Aydın Yusifov; Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli çıxış etmişlər. Bədii hissədə Mədəniyyət və İncəsənət Universitetinin dosenti Məleykə Alıqızının aparıcılığı ilə "Savalan" Qrupunun rəhbəri Novruz Novruzlunun, muğam ifaçısı Gülnar İsayevanın, "Eleqant" qrupunun və gənc müğənnilərin ifalarında mausiqi nömrələri təqdim edildi. Tədbir Novruz Novruzlunun ifasında "Bil oğlum və "Giziroğlu Mustafa bəy" musiqilərinin sədaları altında böyük coşğu ilə başa çatdı.
57. Təşkilat 4 iyun 2013-cü il tarixdə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə layihə çərçivəsində Gəncliyə Yardım Fondunun konfrans zalında “Azərbaycan milli dövlətçiliyinin tarixi əsasları” mövzusunda konfrans keçirmişdir. Tədbirdə Birliyin İdarə Heyətinin sədri Mübariz Göyüşlünün çıxışından sonra Birliyin İdarə Heyətinin sədr müavini Aqşin Atalızadə məruzə etdi; sosioloq Əhməd Qəşəmoğlu; “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun sədri Vüqar Zifəroğlu; Bakı Slavyan Universitetinin dosenti Dürdanə Tahirova; Birliyin İdarə Heyətinin üzvü Səfər İbrahim; BDU-nun müəllimi Saleh Kazımov; jurnalist Əfsanə Ələsgərli; BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Sevinc Əliyeva; ADPU-nun tələbəsi Rəhim Xoyski çıxış ediblər. Tədbirdə Birliyin sədr müavini Aqşin Atalızadə təşkilatın səkkiz yaşının tamam olmasına və aktiv fəaliyyətinə görə Əli bəy Hüseynzadə adına Fəxri Diplom ilə təltif edilib.
58. Təşkilatın İdarə Heyətinin sədri Mübariz Göyüşlü 27 iyun-1 iyul 2013-cü il tarixlərində Rusiyanın MDB İnstitutunun təşkilatçılığı ilə Moskva şəhərində keçirilən “Cənubi Qafqazda, Yaxın Şərqdəki konfliktlər və onların həlli yolları” beynəlxalq konfransa qatılmışdır. 28 iyun 2013-cü il tarixdə M.Göyüşlü konfransda Dağlıq Qarabağ problemi ilə bağlı çıxış etmiş, separatçı “DQR” rejiminin tanıtdırmaq cəhdlərinə etiraz etmişdir.
59. Təşkilat 18 iyul 2013-cü il tarixdə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə layihə çərçivəsində Gəncliyə Yardım Fondunun konfrans zalında “Milli İdeologiya və din” adlı konfrans keçirib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri Mübariz Göyüşlünün çıxışından sonra Birliyin İdarə Heyətinin sədr müavini Aqşin Atalızadə məruzə etdi; AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Faiq Ələkbərov; Azərbaycan-İraq Cəmiyyətinin üzvü Hafiz Osmanov; BDU-nun müəllimi Saleh Kazımov çıxış ediblər.
60. Təşkilat 14 avqust 2013-cü ildə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə layihə çərçivəsində Azrəabyacnda Atatürk Mərkəzinin konfrans zalında tədbir keçirib. Tədbirdə Birliyin İdarə Heyətinin sədri Mübariz Göyüşlünün çıxışından sonra AMEA Folklor İnstitutunun əməkdaşı Aynur Qəzənfərqızı; “Millətçilik” qəzetinin redaktoru Pərviz Elay; ADPU-nun tələbəsi Rəhim Xoyski; AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Faiq Qəzənfəroğlu; “Türk Eli” jurnalının redkatoru Nicat Göyüşlü; Asif Ata Ocağının nümayəndəsi Üstün Atalı; BDU-nun müəllimi Saleh Kazımov; gənc fəal Tural Abaslı çıxış ediblər.
61. Təşkilat 5 oktyabr 2013-cü il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birlikdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Dünya Türklərinin Həmrəylik Gününə həsr olunmuş konsert keçirdi. Tələbə Sonaxanım Nuriyevanın aparıcılıq etdiyi konsertdə Novruz Novruzlu, Nuriyyə Hüseynova, Gülnar İsayeva, aşıqlar, gənc müğənni Bəhruz, Sənan çıxış ediblər.
2014-cü il
62. Təşkilatın İdarə Heyətinin sədri Mübariz Göyüşlü 8 may 2014-cü il tarixdə Tiflisdə Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyinin ofisində Gürcüstanda təhsil alan azərbaycanlı tələbələr geniş görüş keçirmiş və iki ölkə arasındakı münasibətlər, gənclərin görməli olduğu işlər və s. mövzusunda çıxış etmişdir.
63. Təşkilatın İdarə Heyətinin sədri Mübariz Göyüşlü 11-13 may 2014-cü il tarixdə Türkiyənin Eskişəhər şəhərində keçirilən “Türk Dünyası QHT-lərinin toplantısı”na qatılmışdır. M.Göyüşlü 12 mayda “Demokratik, Kültür və Siyasi məsələlərdə QHT-lərin rolu” mövzusunda məruzə ilə çıxış etmişdir.
64. Təşkilatın İdarə Heyətinin sədri Mübariz Göyüşlü 14 mayda Koceli şəhərinə səfər etmiş və Türk Ocaqları təşkilatının yerli şöbəsində görüşlər keçirmiş, Koceli TV və TV41-ə, yerli qəzetlərə, saytlara müsahibələr vermişdir.
65. Təşkilatın İdarə Heyətinin sədr Mübariz Göyüşlü 24-26 iyun 2014-cü il tarixlərində Türkiyənin Ankara şəhərində Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyinin sədri Musa Hacıyevlə və Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyatı Təşkilatının sədri Qalib Ağayevlə birgə görüşlər keçirmişlər. 24 iyunda Yurtdışı və Akraba Topluluklar Başkanı Qüdrət Bülbül, 25 iyunda TBMM millət vəkili Mustafa Kabakçı, Yunus Əmrə Kültür İnstitutunun başqanı Hayati Develi və başqan müavini Əbubəkr bəy, TİKA-nın təmsilçisi Tolga bəy, Başbakanlıqda müşavir Cəmaləddin Haşimi ilə görüşlər keçirilmişdir.
66. Təşkilatın təşkilatçılığı ilə 3 oktyabr 2014-cü il tarixdə Türk Evində professor Oruc İbrahimoğlu Türksevərin məruzəsi ilə Dünya Türklərinin Həmrəylik Günü tədbiri keçirilib.
67. Təşkilatın Rusiyada fəaliyyət göstərən Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyatı Təşkilatı və Xəzər Universiteti ilə birlikdə 29 oktyabr 2014-cü il tarixdə bu ali məktəbdə “Rusiya Azərbaycan tələbələrinin gözüylə”, 1 noyabr 2014-cü il tarixdə Atatürk Liseyi ilə birlikdə bu orta məktəbdə “Rusiya Azərbaycan şagirdlərinin gözüylə” müsabiqələrini keçirmiş və qaliblərin 23-31 yanvar 2015-ci il tarixlərində Rusiyaya səfərini təşkil etmişdir.
2015-ci il
68. Təşkilat Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun (İHİ) konfrans zalında 14 sentyabr 2015-ci il tarixdə 10 illik Hesabat-konfransını keçirmişdir. Konfransda eyni zamanda “Azərbaycan Milli Kimliyi” kitabı və “Türk Eli” jurnalının növbəti sayı, təşkilatın 10 illik fəaliyyəti ilə əlaqədar buklet təqdim olunmuşdur. Tədbirdə Birliyin İdarə Heyətinin sədri Mübariz Göyüşlünün Hesabat çıxışından sonra, MQF prezidenti Rauf Zeyni, Türkiyə Səfirliyinin Din Müşaviri Kamil Yılmaz, AMEA Tarix İnstitutunun şöbə müdiri Hacı Həsənov, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Düzce Universitetinin öyretim görevlisi və təşkilatın dəvətilə Bakıya səfər edən Türk Dünyası Araşdırma Vəqfinin könüllüsü Gökmen Kılıçoğlu, “Azərbaycan Tarix Müəllimləri” İB-dən Faiq Babayev, Aydın Allahverdiyev, AMEA Fəlsəfə və Hüquq İnstitutundan Faiq Ələkbərov, şair Namiq Hacıheydərli, AMEA İHİ şöbə müdiri Rövşən Novruzoğlu çıxış edib Hesabatı müsbət qiymətləndiriblər. Tədbirdə eyni zamanda AMEA İHİ direktoru, millət vəkili Aytən Mustafayeva və Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, AHB firmasının prezidenti Hüseyn Artıkoğlu təşkilat tərəfindən Əli bəy Hüseynzadə adına Türk-İslam Dünyasına Xidmət Mükafatı ilə, Birliyin sədri Mübariz Göyüşlü isə GYF-nin mükafatı ilə təltif ediliblər.
69. Təşkilat Prezident yanında QHT-lərə dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 15 sentyabr-15 dekabr 2015-ci il tarixlərdə “Gənclərdə zərərli vərdişlərə və yad təsirlərə qarşı maarifləndirmə kampaniyası” layihəsini icra etmişdir. Layihə çərçivəsində 4, 13, 21, 30 noyabr və 1 dekabr tarixlərində “Gənclər zərərli vərdişlərə yox” deyir başlıqlı tədbirlər keçirilmiş, tələbə gənclər üçün bukletlər paylanmış, slayd nümayiş etdirilmiş, ekspertlərin çıxışları təşkil edilmişdir. Tədbirlər Gəncliyə Yardım Fondunda, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdindəki İnşaat Kollecində, Bakı Dövlət Universitetində gerçəkləşdirilmişdir. Layihənin sonunda minlərlə gənc zərərli vərdişlər haqqında maariflənmiş, bir neçə ali məktəbdə buna qarşı mübarizə aparmaq üçün tələbə qrupları yaradılmışdır.
2016-cı il
70. 9 aprel 2016-cı il tarixdə "Müasir İnkişaf" İctimai Birliyi, Türk Dünyası Bakı Atatürk Liseyi, "Gənclərin Töhfəsi" İctimai Birliyinin təşkilatçılığıyla "Türk Keneşi: görülmüş işlər və gələcək perspektivlər" mövzusunda konfrans keçirilib. Konfrans 2009-cu ildə yaradılmış və qərargahı İstanbulda yerləşən Türk Konseyi - Türk Keneşi - Türk Şurası adlandırılan və dörd türk dövlətini (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan) sıralarında birləşdirən beynəlxalq təşkilatın gördüyü işlərə həsr olunmuşdu. Konfransda "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev, "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Dünyamalı Vəliyev, Yunus Əmrə İnstitutunun Bakı Türk Mədəniyyət Mərkəzinin müdiri İbrahim Yıldırım, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, sosioloq Əhməd Qəşəmoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, Türkiyə Səfirliyinin təhsil müşavirliyinin əməkdaşı İdris Göbütoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Aqil Eyvazov, Azərbaycan Texniki Universitetinin tələbəsi Əjdər Hümbətov, Türk Dünyası Bakı Atatürk Liseyinin müdiri Ali Devrim çıxış ediblər. Sonda tədbir iştiakçılarının Türk Konseyinə - Türk Keneşinə müraicəti oxunub, təklilfər səsləndirilib.
71. Təşkilat Prezident yanında QHT-lərə dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə iyul-oktyabr 2016-cı il tarixlərdə “Genetik modifikasiya olunmuş (GMO) məhsullarla bağlı əhalinin məlumatlandırılması tədbirlərinin təşkili” layihəsini icra etmiş, layihə çərçivəsində tədbirlər keçirilmiş, sonda “GMO terroru” adlı kitab çap olunmuşdur.
72. Layihə çərçivəsində 18 iyul 2016-cı ildə AMEA Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Genetik modifkasiya olunmuş (GMO) məhsullarla bağlı əhalinin məlumatlandırılması tədbirlərinin təşkili” layihəsinin təqdimatı keçirilmişdi. Tədbirdə “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü; Bakı Dövlət Universitetinin əməkdaşı Ramin Rzayev; Azərbaycan Tibb Universitetinin dosenti, əməkdar müəllim Rəşid Mahmudov; AMEA-nın əməkdaşı, sosioloq Əhməd Qəşəmoğlu; AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova; AMEA Mərkəzi Elmi Kitabxanasının ictimai səhiyyə bölməsinin rəhbəri Gülruba Aslanova; “Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli; AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Aqil Eyvazov; gənc araşdırmaçı Nuran Gündüzoğlu çıxış ediblər.
73. “Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 5 oktyabr 2016-cı ildə “Genetik Modifikasiya Olunmuş məhsullarla bağlı əhalinin məlumatlandırılması tədbirlərinin təşkili” layihəsi çərçivəsində Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə “GMO-ya yox deyək!” tədbiri keçirildi. Tədbirdə Texniki-Humanitar Liseyinin direktoru Səidə Zeynalova; “Müasir İnkişaf” İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Mübariz Göyüşlü; Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov; Təhsil Nazirliyinin əməkdaşı Afət Süleymanova; Azərbaycan Tibb Universitetinin dosenti Şəhla Balayeva; “Cümhuriyyət” qəzetinin redaktoru Elman Cəfərli; ; Təhsil Nazirliyinin “Sağlam təhsil, sağlam millət” layihəsinin koordinatoru Nigar Şahhüseyinbəyova; gənc araşdırmaçı Nuran Gündüzoğlu çıxış ediblər. Tədbir Liseyin şagirdlərinin musiqi və rəqs nömrələri ilə başa çatdı.
74. “Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 7 oktyabr 2016-cı ildə “Genetik Modifikasiya Olunmuş məhsullarla bağlı əhalinin məlumatlandırılması tədbirlərinin təşkili” layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində “GMO-ya yox deyək!” tədbiri keçirildi. Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin direktor müavini Nicat Göyüşlü; “Müasir İnkişaf” İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Mübariz Göyüşlü; gənc araşdırmaçı Nuran Gündüzoğlu; İnşaat Kollecinin müəllimi Şahin Orucov; Kollecin Tələbə-Gənclər Təşkilatının sədri Tamara Allahverdiyeva çıxış etdilər.
75. “Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 12 oktyabr 2016-cı ildə “Genetik Modifikasiya Olunmuş məhsullarla bağlı əhalinin məlumatlandırılması tədbirlərinin təşkili” layihəsi çərçivəsində Nəsimi rayonundakı Müasir İnnovasiyalar Liseyində “GMO terroru” adlı tədbir keçirildi. Müasir İnnovasiyalar Liseyinin direktoru Sevinc Vaqifqızı; “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü; AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı, iqtisad elmləri üzrə fəlsəfə doktoru Aqil Eyvazov; “Cümhuriyyət” qəzetinin redaktoru Elman Cəfərli çıxış ediblər.
2017-ci il
76. 24-26 mart 2017-ci il tarixlərdə Birliyin sədri Mübariz Göyüşlü Gürcüstana səfər edib. 24 martda M.Göyüşlü Tiflisdə yerləşən Axundov adına Mədəniyyət Muzeyində Azərbaycanın Gürcüstandakı Səfirliyinin birinci katibi Elçin Məmmədov və muzeyin direktoru Leyla Əliyeva; Gürcüstan Milli Parlament Kitabxanasının direktoru Georgi Kikelidze, Gürcüstan Kitabxana Assosiasiyasının prezidenti Rusudan Asatiani, kitabxana resursları departamentinin rəhbəri Levan Taktakişvili ilə görüş keçirib, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparıb. 25 martda Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyinin Qardabanidəki ofisində qurumun sədri Musa Hacıyevin başçılığı altında təşkilatın gördüyü işlər, həyata keçirdiyi layihələrlə tanışlıq olub, fikir mübadiləsi edilib. 25 martda Mübariz Göyüşlü Tiflisdə Gürcüstanlı politoloqlar – Qafqaz Strateji Araşdırmalar İnstitutunun sədri Teymuraz Toumunaşvili, təmsilçiləri Levan Çxeidze, Tengiz Tikilava, Simon Kopadze ilə görşərək Azərbaycan-Gürcüstan münasibətləri, iki ölkənin ictimai təşkilatlarının əməkdaşlıqları məsələsinin müzakirə edib. 26 martda “Müasir İnkişaf” İctimai Birliyinin sədri Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Yasin Əliyevlə görüşüb fikir mübadiləsi aparıb, azərbaycanlıların kompakt yaşadığı Kosalı kəndindəki mədrəsəni də ziyarət edib. Xatırladaq ki, “Müasir İnkişaf” İctimai Birliyi 2010, 2011, 2012, 2014, 2016-cı illərdə Gürcüstanla bağlı Bakıda və Tiflisdə tədbirlər, görüşlər, müzakirələr həyata keçirib.
77. 19 aprel 2017-ci il tarixdə “Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan Milli Kimliyinin formalaşması və müasir vəziyyəti” başlıqlı tədbir keçirildi. Tədbirdə eyni zamanda “Azərbaycan Milli Kimliyi” kitabının təqdimatı oldu. Tədbirdə “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri, AMEA-nın əməkdaşı Mübariz Göyüşlü; “Azərbaycan Milli Kimliyi” kitabında Nadir şah Əfşarla bağlı məqalənin müəllifi, AMEA Tarix İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Hacı Həsənov; “Azərbaycan Milli Kimliyi” kitabında ümummilli lider Heydər Əliyevlə bağlı məqalənin müəllifi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Yusif Alıyev; “Azərbaycan Milli Kimliyi” kitabında Şirvanşahlar haqqında məqalənin müəllifi, AMEA Tarix İnstitutunun əməkdaşı Dilavər Əzimli; Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli; “Azərbaycan Milli Kimliyi” kitabındakı Azərbaycan ziyalılarının Rusiya müsəlmanlarının birliyi ilə bağlı gördüyü işlərlə bağlı məqalənin müəllifi, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Yasəmən Qaraqoyunlu; “Azərbaycan Milli Kimliyi” kitabında Babəklə bağlı məqalənin müəllifi, “Oğuz” müstəqil araşdırmaçılar qrupunun üzvü Ceyhun Bayramlı; Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, iş adamı Arzuman Abdulkərimov; “Birlik” jurnalının redaktoru İlqar İlkin; Türkiyənin Karabük Universitetinin dosenti Ali Asker; tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov; sosioloq Əhməd Qəşəmoğlu; Bakı Slavyan Universitetinin dosenti Dürdanə Tahirli; “Milli Kimlik” Araşdırma Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Aqil Eyvazov çıxış ediblər.
78. Təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 15 iyun – 15 sentyabr 2017-ci il tarixlərində “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı törətdikləri soyqırımı faktlarının yerli və beynəlxalq ictimaiyyətə çatdırılması” layihəsini icra etdi. Layihə zamanı dörd tədbir keçirildi, sonda “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabı həm Azərbaycan dilində, həm də ingilis dilində (“Genocide committed by armenians against muslims, christians and jews”) çap edildi.
79. Layihə çərçivəsində ilk tədbir 23 oktyabr 2017-ci il tarixdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində keçirib. Tədbirdə BDU-nun Tarix fakültəsinin dekanı Azad Rzayev, “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabının müəllifi, araşdırmaçı, “Təhsil problemləri” qəzetinin əməkdaşı Xaqani İsmayıl, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov, BDU-nun Tarix fakültəsinin dosenti Atamoğlan Məmmədli, filologiya üzrə elmlər doktoru Ramiz Əskər, professor Ziyadxan Nəbibəyli, BMT yanında sülh səfiri Asif Məmmədli mövzu ətrafında çıxış ediblər.
80. Layihə çərçivəsində növbəti tədbir 25 oktyabr 2017-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilib. Tədbirdə ADPU-nun Tarix və Coğrafiya fakültəsinin dekanı Şahin Pənahov, “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı olan soyqırımı” kitabını müəllifi, araşdırmaçı, “Təhsil problemləri” qəzetinin əməkdaşı Xaqani İsmayıl, BMT yanında sülh səfiri Asif Məmmədli mövzu ətrafında çıxış ediblər.
81. Layihə çərçivəsində növbəti tədbir 10 noyabr 2017-ci il tarixdə Şamaxı rayonunda keçirilib. Tədbirdə “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, kitabın müəllifi, araşdırmaçı, “Təhsil problemləri” qəzetinin əməkdaşı Xaqani İsmayıl, ADPU Şamaxı filialının dosenti, tarix üzrə fəlsəfə doktoru Zərifə Cavadova, Şamaxı rayonu Əngəxaran kənd orta məktəbinin müəllimi Cavid İslamov, Şamaxı rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Babaqədir Qədirov, Şamaxı rayonu Məlhəm kənd orta məktəbinin müəllimi Fərəc Ağayev, "Müasir İnkişaf" İctimai Birliyinin üzvü İlyas Seyid mövzuyla bağlı fikirlərini bildirmişlər.
82. Layihə çərçivəsində növbəti tədbir 24 noyabr 2017-ci il tarixdə Bakı şəhəri Binəqədi Gənclər Evində keçirilib. Tədbirdə “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, kitabın müəllifi, araşdırmaçı, “Təhsil problemləri” qəzetinin əməkdaşı Xaqani İsmayıl, prof. Ziyadxan Nəbibəyli mövzuyla bağlı fikirlərini bildirmişlər.
2018-ci il
83. Türkiyənin Afrində başlatdığı terrorla mübarizə hərəkatını dəstəkləmək və Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu bəyan etmək üçün Azərbaycan QHT-ləri "Qardaşlığımız Əbədidir" devizi altında silsilə tədbirlər keçirmək məqsədilə 2018-ci ilin fevral ayında təşkilat komitəsi yaradıb. Təşkilat Komitəsində Müasir İnkişaf İctimai Birliyi, Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi, Tərxis Olunmuş Gənclərin Hərbiçiləri Maarifləndirmə İctimai Birliyi, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi, Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi, Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti təmsil olunurdu.
84. 17 fevral 2018-ci il tarixində Azərbaycanın adıçəkilən qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində başladığı "Zeytun budağı" hərbi əməliyyatına dəstək məqsədilə "Qardaşlığımız əbədidir" adlı tədbir keçirilib. İştirakçılar tədbirdən əvvəl Şəhidlər Xiyabanı və Türk şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyublar. Sonra Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adında konfrans zalında baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı ilə tədbir açıq elan edilib. Daha sonra Azərbaycan və Türkiyə qardaşlığından bəhs edən videorolik təqdim edilib. Tədbirdə Təşkilat Komitəsinin numayəndəsi, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev, Qarabağ qaziləri, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Qarabağ qazisi İslam Əzimov, “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin Sədri İlqar Orucov, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı çıxış ediblər. Tədbirin sonunda Müasir İnkişaf İctimai Birliyinin sədri Mübariz Göyüşlü tədbir iştirakçılarına qəbul olunmuş bəyanatı səsləndirib. Tədbirin sonunda kiçik yaşlı uşaqlar vətənpərvərlik şeirləri və mahnıları səsləndiriblər. Daha sonra “Qardaşlığımız Əbədididr” təşkilat komitəsinin üzvləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı ziyarət ediblər. Tədbir iştirakçılarının qəbul etdiyi bəyanat Müasir İnkişaf İctimai Birliyinin sədri Mübariz Göyüşlü tərəfindən Türkiyənin Azərbaycandakı Səfirliyində də səsləndirilib. Bəyanat Türkiyənin Azərbaycandakı səfiri Erkan Özorala təqdim olunub. Təşkilat komitəsi üzvlərindən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edib. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral təşkilat komitəsinin üzvlərinə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Sonda təşkilat komitəsinin üzvləri səfirlə xatirə şəkli çəkdiriblər.
85. 2018-ci ilin fevral ayında Azərbaycan Respublikasının bir qrup qeyri-hökumət təşkilatı tərəfindən yaradılan “Qardaşlığımız Əbədidir” adlı təşkilat komitəsi 15 mart 2018-ci ildə ADPU-da “Azərbaycan və Türkiyə qardaşlığının dünəni, bugünü və sabahı” mövzusunda elmi-praktik konfrans keçirib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri oxunub, “Qardaşlığımız əbədidir” videoroliki nümayiş etdirilib. Daha sonra Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov, Türkiyə Cümhuriyyəti Baş Nazirliyinin müşaviri Birol Dok, ADPU Tarix və Coğrafiya fakültəsinin dekanı, fəlsəfə doktoru Şahin Pənahov, ADİU Türk Dünyası İqtisad fakultəsinin dekanı, fəlsəfə doktoru Fərrux Tuzcuoğlu, Xəzər Universitetinin müəllimi, fəlsəfə doktoru Telman Nüsrətoğlu, Marmara Universiteti Türkiyyat Araşdırmalar İnistitunun dosenti Mehdi Gəncəli, BDU Jurnalistika fakultəsinin dekanı, fəlsəfə doktoru Vüqar Zifəroğlu Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı, XIX əsrin sonu XX əsrin əvvəllərində Anadolu və Azərbaycan coğrafiyası arasında qarşılıqlı yardım fəaliyyətləri, Azərbaycan-Türkiyə arasında sosial yardımlaşmalar, iki ölkə arasındakı tarixən mövcud olmuş əlaqələr, müasir durum və perspektivlər mövzusunda çıxış ediblər. Təşkilat komitəsinin silsilə tədbirləri Dövlət Musiqili Teatrda “Qəhrəmanlıq Dastanımız” adı altında davam edib. Tədbir iştirakçıları “Qəhrəmanlıq Dastanımız” adlı rəsm sərgisi ilə tanış olublar. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri oxunub, “Qardaşlığımız əbədidir” videoroliki nümayiş etdirilib. Tədbirin rəsmi hissəsində "Qardaşlığımız Əbədidir" təşkilat komitəsinin sədri Emin Həsənli, Azərbaycan – Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, millət vəkili Şəmsəddin Hacıyev, millət vəkilləri Qənirə Paşayeva, Hikmət Babaoğlu, Türkiyə Cumhuriyyəti Baş Nazirliyinin müşaviri Birol Dok, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov, Gəncliyə Yardım Fondunu prezidenti Ahmet Tecim çıxış etmiş, rəsm sərgisinin qalibləri mükafatlandırılmışdır. Tədbirin bədii hissəsində Azərbaycandan olan sənətçi Novruz Novruzlu, Trkiyədən olan sənətçi Esat Kabaklı vətənpərvərlik mövzusunda musiqilər oxumuşlar.
86. Təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 15 aprel – 15 iyul 2018-ci il tarixlərdə “Erkən evlilik” probleminin sosioloji tədqiqi və onun həlli istiqamətində maarifləndirmə tədbirlərin keçirilməsi” layihəsini icra etdi. Layihə zamanı dörd tədbir keçirildi, sonda “Erkən evlilik probleminin araşdırılması və ondan çıxış yolları” adlı kitab çap edildi.
87. Layihə çərçivəsində ilk tədbir 29 may 2018-ci il tarixdə Şamaxı rayonunda keçirilib. Tədbirdə “Müasir İnkişaf” İctimai Birliyinin sədri, dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü; Şamaxı rayonu İcra Hakimiyyətinin baş məsləhətçisi Rəşad Əliyev; Şamaxı rayonu Məlhəm kənd orta məktəbin tarix müəllimi Fərəc Ağayev çıxış ediblər.
88. Layihə çərçivəsində növbəti tədbir 5 iyun 2018-ci il tarixdə Bakı şəhəri, Texniki-Humanitar Liseydə keçirilib. Tədbirdə Texnki-Humanitar Liseyin direktoru Səidə Zeynalova; “Müasir İnkişaf” İctimai Birliyinin sədri, dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü; AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru, gender üzrə mütəxəssis Rauf Məmmədov; Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təmsilçisi Tural Hüseynzadə; Nəsimi rayonu İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva; Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Anar Qədiməliyev; Ombudsman Aparatının əməkdaşı Müqalib Məmmədov; Preident yanında Bilik Fondunun əməkdaşı Almaz Axundova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Rövşən Nəzərov çıxış ediblər.
89. Layihə çərçivəsində növbəti tədbir 8 iyun 2018-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərindəki 2 saylı orta məktəbdə keçirilib. Tədbirdə məktəbin direktoru Ədalət Camalova; “Müasir İnkişaf” İctimai Birliyinin sədri, dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü; AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru, gender üzrə mütəxəssis Rauf Məmmədov; Abşeron rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə rayon komissiyanın məsul katibi Hafiz Mikayılov çıxış ediblər.
90. Layihə çərçivəsində sonuncu tədbir 11 iyun 2018-ci il tarixdə Astara Pedaqoji Kollecində keçirilib. Tədbirdə Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov; “Müasir İnkişaf” İctimai Birliyinin sədri, dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü; Astara rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov; Astara rayon Mərkəzi Xəstəxanasının həkimi Emin Rzayev; Lerik rayonunun tarix müəllimi Xalid Hüseynov çıxış ediblər.
91. 3 oktyabr 2018-ci il tarixdə “Müasir İnkişaf” İctimai Birliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığıyla Rəşid Behbudov adına Mahnı Teatrında Türk Dövlətlərinin Birliyi Günü – Dünya Türklərinin Həmrəylik Günü münasibətilə tədbir keçirilib. Rəsmi və bədii hissədən ibarət olan tədbirdə millət vəkilləri, ziyalılar, QHT təmsilçiləri, gənclər, sənətçilər, jurnalistlər və s. iştirak ediblər. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən tədbirdə “Ey Turanım!” mahnısının sədaları altında səhnəyə türkd ölkələrinin dövlət bayraqları gətirilib. Tədbirdə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu; “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış ediblər. Tədbirin bədii hissəsində vətənpərvər mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlının, əməkdar artist Nuriyyə Hüseynovanın ifasında musiqilər səsləndirilmişdir. BDU-nun tələbəsi, “Vətənim Azərbaycan” bədii qiraət müsabiqəsinin qalibi Rauf Əliyevin ifasında “Əzəl axır dünya bizim olacaq”, “Qarabağı vermərəm” şeirləri, Fəda Nəsirli və Təhminə Quliyevanın ifasında rəqs nömrəsi, Solmaz Kosayeva və Nuray Rəhmanın ifasında musiqilər səsləndirilib. Sonda tədbirdə aktiv şəkildə iştirak edən şəxslər Fəxri Fərman və Təşəkkürnaməylə mükafatlandırılıblar.
92. 6 oktyabr 2018-ci il tarixdə “Müasir İnkişaf” İctimai Birliyi, “Hilal” Sosial Araşdırmalar İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığıyla Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Qazax Dövlət Sosial-İqtisadi Kollecində tədbir keçirilib. Tədbirdə rayon Gənclər və idman idarəsinin, BDU-nun Qazax filialının və kollecin əməkdaşları, müəllim və tələbə heyəti iştirak edib. Tədbirdə Qazax rayon İcra Hakimiyyətinin təmsilçisi Sərdar Orucov; “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü; “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov çıxış ediblər. Sonra tədbir çıxış və müzakirələrlə davam edib. Yekunda bu tip tədbirlərin müntəzəm şəkildə keçirilməsi razılaşdırılıb.
93. 9 noyabr 2018-ci il tarixdə “Müasir İnkişaf” İctimai Birliyinin, “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığı və Dialoq TV-nin informasiya dəstəyi ilə Bayraq günün münasibətilə Bakı şəhərində Yasamal parkında və Park Bulvarda flaşmoblar təşkil olunub.
94. 6 dekabr 2018-ci il tarixdə “Müasir İnkişaf” İctimai Birliyi, “Hilal” Sosial Araşdırmalar İctimai Birliyi və “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Qloballaşan dünya və Azərbaycan dili” mövzusunda konfrans keçirilib. Tədbirdə “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov; Prezident Admnistrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüqar Səlimov; “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü; “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev; Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik, millət vəkili Nizami Cəfərov; AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu; Xalq artisti Nurəddin Mehdixanlı; İTV-nin Yayım Şurasının, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət; ADPU-nun şöbə müdiri, dosent Yusif Əfşar; Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov; "Birlik" jurnalının baş redaktoru İlqar İlkin; "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal; Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşı Fuad Həsənov; Dünya Alpaqut Federasiyasının vitse-prezidenti Araz Abdullasoy; Edumap.az saytının baş redaktoru Rasim Abdurəhman; "Mübariz Gənclər" İctimai Birliyinin təsisçiləri Orxan Vəliyev, Azər Zahidov; Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev iştirak və çıxış ediblər.
95. 18 dekabr 2018-ci il tarixdə “Müasir İnkişaf” İctimai Birliyi, “Hilal” Sosial Araşdırmalar İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilati dəstəyilə “Qloballaşan dünya və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə ADPU-nun Elm və İnnovasiyalar şöbəsinin müdiri, dosent Yusif Alıyev; “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov; ADPU-nun Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova; “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü; ADPU-nun professoru Zahid Xəlil; “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev; ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Könül Səmədova; ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru İradə Kərimova; ADPU-nun kafedra müdiri Gülçöhrə Alıyeva çıxış ediblər.
2019-cu il
96. 9 mart 2019-cu il tarixdə Gürcüstanın paytaxtı Tiflis şəhərində “Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında ictimai təşkilatların rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Gürcüstandan olan təşkilatçı Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə təşkilatının sədri Musa Hacıyev; Azərbaycandan olan təşkilatçı “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü; Azərbaycandan olan təşkilatçı Hilal Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov; Azərbaycandan olan təşkilatçı “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev; Professor Quram Marixulia; Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Rəhim Rəhimzadə; Professor Nika Çitadze; Türkiyənin Gürcüstandakı səfirliyinin müstəşarı Onur Sevim; Türkiyənin Xarici Türklər və Qohum Topluluqlarla İş üzrə Dövlət Komitsəinin idarə rəisi Sevilay Yıldırım; Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov; Axıska Türklərinin Gürcüstandakı nümayəndəsi Aleksandre Begiaşvili; Professor Mahmud Kamaloğlu; Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin başqanı, politoloq Həsən Oqtay; TV24 kanalının direktoru Badri Natçikebia; Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsak Novruzov, gürcü politoloqu Avtandil Otinaşvili, Marneuli Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin sədri Nərgiz Əliyeva, Gaxa agentliyinin rəhbəri Nizami Məmmədzadə və digərləri çıxış edərək Azərbaycan və Gürcüstan QHT-ləri arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətindən danışıb, hər hansı bir formada əməkdaşlıq mərkəzinin yaradılacağı təqdirdə, bu formata Türkiyənin ictimai təşkilatlarının da cəlb olunması təklifini dilə gətiriblər. Çıxışlarda Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin inkişaf tarixi, perspektivləri, regionda həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi–Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin əhəmiyyəti, ermənilərin regiondakı pozuculuq, terrorizm və işğalçılıq fəaliyyəti ətrafında müzakirələr aparılıb. Azərbaycan, Gürcüstan və Türkiyə QHT-lərinin birgə iştirakı ilə bu cür tədbirlərin təşkilinin, siyasi, sosial, humanitar, mədəni layihələrlə yanaşı, iqtisadi layihələrin də həyata keçirilməsinin vacibliyi qeyd olunub.
97. 27 aprel 2019-cu ildə "Müasir İnkişaf" İctimai Birliyi, "Hilal" Sosial Araşdırmalar İctimai Birliyi, "Gənclərin Töhfəsi" İctimai Birliyi, Azərbaycan Demokrtatik Tələbə Gənclər Təşkilatı, Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək Birliyi, Soyqırım Həqiqətlərinin Təbliği Birliyi, Oğuz Müstəqil Araşdırmaçılar Qrupu, Gələcək İntellektual İnkişafa Yardım Birliyi, Mübariz Gənclər Birliyi, Dialoq TV-nin birgə təşkilatçılığı ilə “Azərkitab” Kitab Mərkəzində “İslam qardaşlıq dinidir” mövzusunda konfrans keçirilib. Konfransda “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, ilahiyyatçı alim Hacı Fuad Nurullayev, ilahiyyat üzrə fəlsəfə doktoru Vüqar Səmədov, DQİDK-nin Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, sosioloq Əhməd Qəşəmoğlu, Milli QHT Forumunun vitse-prezidenti Asif Əsgərli, “Hilal” təşkilatının sədri Arzuman Abdulkərimov, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, Mübariz Gənclər Birliyinin sədri Azər Zahidov, Gələcək İntellektual İnkişafa Yardım Birliyinin sədri Kazım Məmmədov, Bakı İslam Universitetinin kafedra müdiri Elvin Talışinski, QHT rəhbəri Ziba Nəbiyeva çıxış ediblər.
98. Təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 1 may – 1 avqust 2019-cu il tarixlərdə “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə: “İslam həmrəyliyi” adlı tədbirlərin təşkili” layihəsini icra etdi. Layihə zamanı üç tədbir keçirildi, sonda “İslam dünyasında dini radikalizmin yaranma səbəbləri və tarixi kökləri” adlı kitab çap edildi.
99. Layihə çərçivəsində ilk tədbir "İslam dini radikalizmə qarşıdır" başlığıyla 21 may 2019-cu il tarixdə Astara rayonunda keçirildi. Tədbirdə “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA-nın şöbə müdiri, Dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü; Astara rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tural Eyvazov; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə; Astara rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov; Astara rayon Mərkəzi Xəstəxanasının həkimi Ulduzə Səfərova; Astara rayon Mərkəzi Xəstəxanasının əməkdaşı Aytən Rəhimzadə; Milli QHT Forumunun Şirvan Təlim və Resurs Mərkəzinin regional koordinatoru Vamiq Babayev çıxış ediblər.
100. Layihə çərçivəsində növbəti tədbir "Radikalizm və ekstremizm cəmiyyətin bəlasıdır" başlığıyla 30 may 2019-cu il tarixdə Xırdalan şəhərində keçirildi. Tədbirdə “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA-nın şöbə müdiri, Dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü; Abşeron İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - Dini qurumlarla işin təşkilatçısı Vüqar Bəşirov; "Hial" təşkilatının sədri Arzuman Abdulkərimov; Mənəvi Dəyərlərin Təbliği Fondunun aparıcı məsləhətçisi Rəşid Paşalı; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Orxan Axundov; Bakı İslam Uuniversitetinin müəllimi, "Cümə" məscidinin imamı Əli Şərbətov; Aşağı Güzdək qəsəbə məscidinin imamı, icma sədri Nemət Lətifov; Sumqayıt Dövlət Universitetinin tələbəsi, Sumqayıt Gənclər Klubunun sədri Teymur Aslanlı çıxış ediblər.
101. Layihə çərçivəsində sonuncu tədbir "Dini radikalizmə və ekstremizmə qarşı mübarizə" başlığıyla 31 may 2019-cu il tarixdə Ucar rayonunda keçirildi. Tədbirdə “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA-nın şöbə müdiri, Dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü; Ucar rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd Bayramov; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbə müdiri Əzim Rəfiyev; Ucar şəhəri "Cami" məscidinin imamı Elnur Rəhimov; Ucar rayonu Quləbənd kənd məscidinin imamı Aydın Rəsulov; Ucar şəhər "Cami" məscidi dini icmasının sədri Ceyhun Əliyev; Ucar rayonu Qazyan kəndi "Savab" məscidinin imamı Cavid Məmmədov; Ucar şəhər 5 saylı tam orta məktəbin direktoru Hakim Nəcəfov; "Gələcək" intellektual inkişafa yardım ictimai birliyinin sədri Kazım Məmmədov çıxış ediblər.
102. 3 oktyabr 2019-cu ildə Müasir İnkişaf Birliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclərin Töhfəsi Birliyi Rəşid Behbudov adına Mahnı Teatrında Türk Dövlətlərinin Birliyi Günü – Dünya Türklərinin Həmrəylik Günü münasibətilə tədbir keçirib. Tədbirdə millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Türkiyə səfirinin birinci müavini Barış Saygın, Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Hilal təşkilatının sədri Arzuman Abdulkərimov, Gənclərin Töhfəsi təşkilatının sədri Asim Vəliyev, Türkiyə Universitetləri Məzunları Birliyinin sədri Çingiz Bayramov, Şəmistan Əlizamanlının, şair-qəzəlxan Hacı Mehtabın, aşıq Fariz Təmirovun, Nuray Rəhmanın, Türkan Məmmədova çıxış ediblər. Eyni zamanda tədbirin baş tutmasında əməyi keçən, türk birliyi uğrunda çalışmalar həyata keçirən şəxslər Fəxri Fərmanla mükafatlandırılıblar.
2020-ci il
103. 2020-ci il iyun-avqust aylarında Birliyin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yradımı ilə "Xalq eşqi, vətən məhəbbəti insanın həyat nəfəsidir” adlı layihə həyata keçirilib. Layihə çərçivəsində 22 iyun 2020-ci ildə "Gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi", 30 iyun 2020-ci ildə "Azərbaycançılıq dövlətçilik ideologiyasıdır", 07 iyul 2020-ci ildə "Vətən çağırır!", 14 iyul 2020-ci ildə "Tarixinə sahib çıx" mövzularında videomüsahibələr hazırlanmış və yutub internet platformasında yaylmlanmışdır.
104. 24 noyabr 2020-ci ildə Birliyin təşkilati dəstəyi ilə Milli Kimlik Araşdırmaları qrupunun üzvlərinin “Qarabağ Zəfəri və Azərbaycan Milli Kimliyinin inkişafındakı təsirlərinin tarixi-strateji dəyərləndirilməsi” adlı onlayn konfransı keçirilib. Konfransda mütəxəssislər 44 günlük Vətən Müharibəsinin nəticələri və bunun Azərbaycan Milli Kimlik düşüncəsinə təsirlərini müzakirə ediblər. Tədbirdə İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzi İH sədri Elçin Əsgərov; tarixçi, təhsil eksperti Aydın Allahverdiyev; araşdırmaçı Ceyhun Bayramlı; AMEA Tarix İnstitutunun şöbə müdiri, tarixçi alim Hacı Həsənov; tarixçi alim Əkbər Nəcəf; tarixçi alim Telman Nüsrətoğlu, Müasir İnkişaf Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü; AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Pərviz Paşaoğlu çıxış edərək yeni situasiyada elm adamlarının görəcəyi işlər, akademik və ideoloji sahədə atılmalı olan addımlarla bağlı təklif və suallarını səsləndirdilər. Qərara gəlinib ki, mövzu geniş və əhatəli olduğu üçün yaxın zamanlarda bir daha bu məsələyə qayıdıb müzakirələr davam etdirilsin.
2021-ci il
105. “Qardaşlığımız Əbədidir” QHT Koalisiyası ikinci dönəm fəaliyyətinə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Fəxri xiyabandakı məzarını ziyarət etməklə başlayıb. Koalisiya üzvləri olan təşkilatların rəhbərləri və təmsilçiləri 8 may 2021-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevi və akademik Zərifə Əliyevanı ziyarət etmiş, məzarları önünüə gül dəstələri qoymuş, ruhlarına fatihə oxumuşlar. Daha sonra II Fəxri Xiyabana gələn Koalisiya üzvləri Milli qəhrəman Mübariz İbrahimovu, mərhum Gənclər və idman naziri Azad Rəhimovu, Vətən uğrunda canından keçmiş şəhidləri də ziyarət etmişlər. Xatırladaq ki, “Qardaşlığımız Əbədidir” QHT Koalisiyası Azərbaycanın bir qrup QHT-ləri tərəfindən 2018-ci ilin fevral ayında Azərbaycan-Türkiyə münasibətlərinə ictimai dəstək vermək, iki dövlət arasındakı münasibətləri daha da sıxlaşdırmaq üçün yaradılıb. Koalisiya Müasir İnkişaf Birliyi, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyi, Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti, Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi, Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Könüllülük Fəaliyyətinin Təbliği gənclər birliyinin təsisçiliyi ilə yaranıb.
106. “Qardaşlığımız Əbədidir” QHT Koalisiyası 8 may 2021-ci il tarixdə Latviya Seyminin saxta erməni soyqırımını tanıyan qərarına etiraz bəyanatı qəbul etmişdir. Xatırladaq ki, “Qardaşlığımız Əbədidir” QHT Koalisiyası Azərbaycanın bir qrup QHT-ləri tərəfindən 2018-ci ilin fevral ayında Azərbaycan-Türkiyə münasibətlərinə ictimai dəstək vermək, iki dövlət arasındakı münasibətləri daha da sıxlaşdırmaq üçün yaradılıb. Koalisiya Müasir İnkişaf Birliyi, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyi, Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti, Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi, Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Könüllülük Fəaliyyətinin Təbliği gənclər birliyinin təsisçiliyi ilə yaranıb.
107. “Qardaşlığımız Əbədidir” QHT Koalisiyası 15 may 2021-ci il tarixdə Fransa prezidentinin ədalətsiz mövqeyinə etiraz Bəyanatı qəbul edib. Xatırladaq ki, “Qardaşlığımız Əbədidir” QHT Koalisiyası Azərbaycanın bir qrup QHT-ləri tərəfindən 2018-ci ilin fevral ayında Azərbaycan-Türkiyə münasibətlərinə ictimai dəstək vermək, iki dövlət arasındakı münasibətləri daha da sıxlaşdırmaq üçün yaradılıb. Koalisiya Müasir İnkişaf Birliyi, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyi, Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti, Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi, Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Könüllülük Fəaliyyətinin Təbliği gənclər birliyinin təsisçiliyi ilə yaranıb.
108. “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının üzvləri - Tərxis Olunmuş Gənclərin Hərbiçiləri Maarifləndirmə Birliyinin sədri Emin Həsənli, Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov 18 may 2021-ci ildə Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağçı, 20 may 2021-ci ildə Türkiyə Səfirliyinin hərbi attaşesi tuğgeneral İsmail Hakkı Köseali ilə görüşüblər.
109. “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının üzvləri Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 880 və Azərbaycan Demokratik Respublikasının 103 illiyi münasibətilə 3-4 iyun 2021-ci ildə Gəncə şəhərinə səfər ediblər. Səfər zamanı Koalisiya təmsilçiləri Gəncə şəhərindəki Şəhidlər Xiyabanını, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş konsulu Zeki Öztürkü, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Gəncə şəhərindəki ev muzeyini, ADR-in tanınmış simalarından olan Nağı Şeyxzamanlının nəvəsi Arifə Şeyxzamanlını ziyarət etmişlər. Eyni zamanda 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş şəhidlərimizin ailələrinə baş çəkib, onların durumu ilə maraqlanıb, ailələrə və azyaşlı uşaqlara yardımlar, hədiyyələr təqdim ediblər. Koalisiya təmsilçiləri Gəncəyə ermənilər tərəfindən atılan raketlər nəticəsində hər iki valideynini itirmiş balaca Nilayı da ziyarət edib, ona hədiyyələr veriblər.
110. "Qardaşlığımız Əbədidir" QHT Koalisiyası iyunun 4-də "Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun və Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda vəzifə borcunu yerinə yetirərkən minaya düşərək həlak olmaları barədə Bəyanat qəbul edib. Xatırladaq ki, “Qardaşlığımız Əbədidir” QHT Koalisiyası Azərbaycanın bir qrup QHT-ləri tərəfindən 2018-ci ilin fevral ayında Azərbaycan-Türkiyə münasibətlərinə ictimai dəstək vermək, iki dövlət arasındakı münasibətləri daha da sıxlaşdırmaq üçün yaradılıb. Koalisiya Müasir İnkişaf Birliyi, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyi, Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti, Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi, Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Könüllülük Fəaliyyətinin Təbliği gənclər birliyinin təsisçiliyi ilə yaranıb.
111. "Qardaşlığımız Əbədidir" QHT Koalisiyası iyulun 30-da Türkiyədəki təbiət terroruna qarşı etiraz Bəyanatı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək Müraciəti qəbul edib. Xatırladaq ki, “Qardaşlığımız Əbədidir” QHT Koalisiyası Azərbaycanın bir qrup QHT-ləri tərəfindən 2018-ci ilin fevral ayında Azərbaycan-Türkiyə münasibətlərinə ictimai dəstək vermək, iki dövlət arasındakı münasibətləri daha da sıxlaşdırmaq üçün yaradılıb. Koalisiya Müasir İnkişaf Birliyi, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyi, Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti, Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi, Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Könüllülük Fəaliyyətinin Təbliği gənclər birliyinin təsisçiliyi ilə yaranıb.
112. “Qardaşlığımız Əbədidir” QHT Koalisiyası 15 sentyabr 2021-ci ildə Bakının işğaldan azad olunmasının 103 illiyi münasibətilə “Qardaşlığımızın dünəni, bu günü və sabahı” adlı tədbir keçirib. Tədbirdə “Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə Birliyi”nin sədri Emin Həsənli, Millət vəkili, professor Anar İsgəndərov, Hərbi Akademiyanın müəllimi, general-leytenat Yaşar Aydəmirov, Xəzər Universitetinin müəllimi tarixçi alim Telman Nüsrətoğlu, Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edib.
113. “Qardaşlığımız Əbədidir” QHT Koalisiyası 2 oktyabr 2021-ci ildə II Qarabağ müharibəsinin başlanması və bu yolda canlarını fəda edən cəsur Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Şanlı Zəfərimiz” adlı anım tədbiri keçirib. Tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfiri Doç. Dr. Cahit Bağcı, millət vəkilləri Anar İsgəndərov və Ceyhun Məmmədov, ehtiyatda olan general-leytenat Yaşar Aydəmirov, Koalisiyanın həmtəsisçisi və sədri, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə Birliyinin sədri Emin Həsənli, Koalisiyanın həmtəsisçisi, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Koalisiyanın həmtəsisçisi, Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü, Koalisiyanın həmtəsisçisi, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin din müşaviri Zeki Yavuzyılmaz, Vətən müharibəsinin qaziləri XTQ-nin baş giziri Bani-Paşa Əvəz və baş gizir Məmmədov Mahir, media təmsilçiləri, müxtəlif dövlət qurumlarının nümayəndələri, ehtiyatda olan hərbiçilər, şəhid ailələri, qazilər, alimlər, QHT təmsilçiləri iştirak və çıxış edib. Tədbirin sonunda Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin din müşaviri Zeki Yavuzyılmaz tərəfindən şəhidlərimizin ruhuna dua oxunub və şəhidlərimiz üçün ehsan süfrəsi açılıb. Qeyd edək ki, “Qardaşlığımız Əbədidir” QHT Koalisiyası Azərbaycanın bir qrup QHT-ləri tərəfindən 2018-ci ilin fevral ayında Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına, iki dövlət arasındakı əlaqələrin sıxlaşdırılmasına ictimai dəstək vermək üçün yaradılıb. Koalisiya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyi, Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti, Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi, Müasir İnkişaf Birliyi, Türkiyə Universitetləri Məzunları Birliyi, Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Könüllülük Fəaliyyətinin Təbliği gənclər birliyinin təsisçiliyi ilə yaranıb.
114. Müasir İnkişaf Birliyinin təşkilatçılığıyla 29 oktyabr 2021-ci ildə “Mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək” adlı layihə üzrə ilk tədbir keçirilib. Tədbirdə Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü, məruzəçi, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı, məruzəçi, AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Aygün Bağırlı, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov, ADPU-nun Tarix fakültəsinin tələbəsi Anar Salehoğlu çıxış ediblər. Qeyd edək ki, layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə icra edilir.
115. 9 noyabr 2021-ci il tarixdə Müasir İnkişaf Birliyinin təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə icra olunan “Mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək” layihəsinin növbəti tədbiri onlayn formatda keçirilib. Tədbir Azərbaycan Vətəndaş Hərəkatının (AVH) təşkilati dəstəyi ilə baş tutub və Zəfər gününə, Bayraq gününə həsr olunub. Tədbirdə AVH-nin icraçı direktoru, “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, ADNSU-nun kafedra müdiri, tarix elmləri doktoru, professor, “Şuşa. Pənahabad” kitabının müəllifi Camal Mustafayev, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Vüqar Səmədov, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Elmar Məhərrəmov, Türkiyədə fəaliyyət göstərən Antalya-Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Ceyran Səttarova, AVH-nin Məclis üzvü, dosent, t.ü.f.d. Mübariz Ağalarlı, ADPU-nun tələbəsi Anar Salehoğlu, AVH-nin İdarə Heyətinin üzvü, əməkdar müəllim Aydın Allahverdiyev, AVH-nin İdarə Heyətinin üzvü, tarixçi alim, dosent Hacı Həsənov çıxış ediblər.
116. 15 noyabr 2021-ci il tarixdə Müasir İnkişaf Birliyinin təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə icra olunan “Mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək” layihəsi üzrə “Milli-mənəvi dəyərlərimiz və müasir gənclik” adlı elmi seminar keçirilib. Tədbirdə “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü, ADPU-nun Tarix və Coğrafiya fakültəsinin “Azərbaycan tarixi” kafedrasının müdiri, dosent Naibə Əhmədova, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə doktoru Əhməd Niyazov, ADPU-nun Tarix və Coğrafiya fakültəsinin dosenti Mübariz Ağalarlı, ADPU-nun Tarix və Coğrafiya fakültəsinin tələbəsi Anar Qarayev çıxış ediblər. Sonda belə tədbirlərin QHT-lərin, alimlərin, gənclərin, ictimai xadimlərin, jurnalistlərin və s. iştirakı ilə müntəzəm keçirilməsinin vacibliyi vurğulanıb.
117. 23 noyabr 2021-ci ildə “Müasir İnkişaf” İctimai Birliyinin və S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə icra edilən “Mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək” layihəsi üzrə “Mənəvi dəyərlər və təhsil” adlı tədbir keçirilib. Tədbirdə “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru İlqar Talıbov, AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, dosent Sübhan Talıblı, AMEA Tarix İnstitutunun şöbə müdiri, dosent, Dövlət Mükafatı laureatı Hacı Həsənov, ADPU-nun Tarix və Coğrafiya fakültəsinin dosenti Mübariz Ağalarlı, AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı, dosent Aqil Eyvazov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev çıxış ediblər. Sonda məktəbin müəllim və şagirdləri 44 günlük Vətən müharibəsi haqqında danışmış və slaydlı təqdimatlar etmişlər.
2022-ci il
118. 12 yanvar 2022-ci ildə “Müasir İnkişaf” İctimai Birliyinin və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) dəstəyi ilə icra edilən “Mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək” layihəsi üzrə “Mənəvi dəyərlər və Milli kimlik” adlı tədbir keçirilib. Tədbirdə “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü, Aİİ rektoru, dosent Aqil Şirinov, MDTF-in icraçı direktoru Mehman İsmayılov, AMEA Tarix İnstitutunun şöbə müdiri, tarixçi alim Hacı Həsənov, ADPU-nun dosenti, AMEA Tarix İnstitutunun əməkdaşı Mübariz Ağalarlı, Aİİ-nin Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov, AMEA Ədəbiyyat İnstitutunun məsul katibi, dosent Aygün Bağırlı, AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri Məhəmməd Cəbrayılov, Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov, Aİİ-nin müəllimi, i.f.d. Vüqar Səmədov, ADPU-nun tələbəsi Anar Salehoğlu çıxış ediblər. Sonda belə tədbirlərin davamlı şəkildə keçirilməsinin, ziyalılarla birgə ictimai, ideoloji, tarixi, ədəbi, dini mövzuların müzakirəsinin təşkilinin zəruriliyi vurğulanıb.
119. 22 yanvar 2022-ci ildə “Müasir İnkişaf” İctimai Birliyinin və ADPU-nun Quba filialının təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) dəstəyi ilə icra edilən “Mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək” layihəsi üzrə “Milli-mənəvi dəyərlər dövlətçiliyimizin təməl prinsipi kimi” adlı tədbir keçirilib. Tədbirdə ADPU-nun Quba filialının direktoru, dosent Yusif Alıyev, “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü, AMEA Tarix İnstitutunun şöbə müdiri, dosent, Dövlət Mükafatı laureatı Hacı Həsənov, ADPU-nun Tarix və Coğrafiya fakültəsinin dosenti Mübariz Ağalarlı, AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, dosent Məhəmməd Cəbrayılov, ADPU-nun Quba filialının şöbə müdiri Yusif Abayev, ADPU-nun Quba filialının tələbəsi Hökməxəanım Nuriyeva, ADPU-nun Quba filialının direktor köməkçisi Mürvət Əliyev çıxış ediblər. Sonda bu cür tədbirlərin davamlı şəkildə keçirilməsi qərarlaşdırılıb.
120. 14 mart 2022-ci ildə “Müasir İnkişaf” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Oxuyaq, öyrənək, öyrədək” layihəsinin tədbiri Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində (UTECA) həyata keçirilib. Tədbirdə Müasir İnkişaf Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü, UTECA rektorunun elm və xarici əlaqələr üzrə müşaviri Mayıs Gülalıyev, Azərbaycan Texnologiya Universitetinin baş müəllimi Mətanət Mustafayeva, UTECA rektorununun tədris və sənaye üzrə müşaviri Aqil Eyvazov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələrin idarəedilməsi üzrə meneceri Xatirə Bəşirova çıxış ediblər.
121. 14 mart 2022-ci ildə “Müasir İnkişaf” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Oxuyaq, öyrənək, öyrədək” layihəsinin növbəti tədbiri Tovuz rayonunda yerləşən Tovuz Peşə Liseyində həyata keçirilib. Tədbirdə Müasir İnkişaf Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü, Tovuz Peşə Liseyinin direktor əvəzi Nicat Göyüşov, Tovuz Peşə Liseyinin direktor müavini Sərxan Musayev çıxış ediblər. Sonda bu formatda tədbirlərin davamlı şəkildə keçirilməsinin əhəmiyyəti qeyd olunub.
122. 1 aprel 2022-ci ildə “Müasir İnkişaf” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Oxuyaq, öyrənək, öyrədək” layihəsinin növbəti tədbiri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) keçirilib. BDU-nun, Azərbaycan İlahiyyat İnstitutunun müəllim və tələbələrinin, MEK əməkdaşlarının iştirak etdiyi tədbirdə Müasir İnkişaf Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü, AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev, AMEA Tarix İnstitutunun şöbə müdiri, dosent, Dövlət Mükafatı laureatı Hacı Həsənov, Əmək və Sosial Münasibətlər Akademiyasının kitabxanasının müdiri Maya Abdullayeva, MEK-in icraçı direktoru, fəlsəfə doktoru Şəhla Tahirqızı, çıxış ediblər. Sonda bu formatda tədbirlərin davamlı şəkildə keçirilməsinin əhəmiyyəti qeyd olunub.
123. 4 aprel 2022-ci il tarixdə “Müasir İnkişaf” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Oxuyaq, öyrənək, öyrədək” layihəsinin növbəti tədbiri Azərbaycan Dövlət Pedaqoji Universitetdə (ADPU) keçirilib. ADPU-nun Filologiya fakülətinin professor-müəllim heyətinin və tələbələrinin, AMEA əməkdaşlarının iştirak etdiyi tədbirdə ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, Müasir İnkişaf Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü, AMEA Tarix İnstitutunun şöbə müdiri, dosent, Dövlət Mükafatı laureatı Hacı Həsənov, ADPU-nun Filologiya fakültəsinin dosenti Yeganə Qəhrəmanova, AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri Məhəmməd Cəbrayılov, ADPU-nun Filologiya fakültəsinin müəllimi Gülnar Muxtarzadə, ADPU-nun Filologiya fakültəsinin dekan müavini, dosent Pəri Paşayeva, Filologiya fakültəsinin dosenti Elşad Abışov çıxış ediblər. Sonda bu formatda tədbirlərin davamlı şəkildə keçirilməsinin əhəmiyyəti qeyd olunub.
124. 8 aprel 2022-ci ildə “Müasir İnkişaf” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Oxuyaq, öyrənək, öyrədək” layihəsinin növbəti tədbiri Şamaxı rayonundakı Mədəniyyət Mərkəzində keçirilib. ADPU-nun Şamaxı filialının professor-müəllim heyətinin və tələbələrinin, kitabxana və mədəniyyət müəssisəsi əməkdaşlarının iştirak etdiyi tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə, Müasir İnkişaf Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü, ADPU-nun Şamaxı filialının müəllimi Çingiz Dadaşov, Şamaxı Dövlət Regional Kollecinin müəllimi, şair Teymur Padar Aydınoğlu çıxış ediblər. Sonda bu formatda tədbirlərin davamlı şəkildə keçirilməsinin əhəmiyyəti qeyd olunub.
125. “Müasir İnkişaf” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Oxuyaq, öyrənək, öyrədək” layihəsinin sonunda "Oxu mədəniyyət: keçmişdən bugünə" adlı kitab çap olunub.
126. 29 sentyabr 2022-ci il tarixdə “Müasir İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi və iki aylıq (sentyabr-oktayrb) müddəti əhatə edən "Azərbaycanın multikulturalizm modelinin mənəvi-mədəni irsin qorunmasında rolu" adlı layihə çərçivəsində Bakı şəhərində ilk tədbirini keçirib. Tədbirdə Müasir İnkişaf Birliyinin sədri, layihənin rəhbəri Mübariz Göyüşlü, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Məhəmməd Cəbrayılov, Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Qüdrət Cəfərov, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Aqşin Dərvişov, Cəlal Əliyev çıxış ediblər.
127. 07 oktyabr 2022-ci il tarixdə “Müasir İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi və iki aylıq (sentyabr-oktayrb) müddəti əhatə edən "Azərbaycanın multikulturalizm modelinin mənəvi-mədəni irsin qorunmasında rolu" adlı layihə çərçivəsində Bakı şəhərində növbəti tədbirini keçirib. Tədbirdə Müasir İnkişaf Birliyinin sədri, layihənin rəhbəri Mübariz Göyüşlü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi, ictimai fəal Anar Salehoğlu, Müstəqil Mətbuat Mərkəzinin sədri, politoloq Elçin Xalidbəyli çıxış ediblər.
128. 15 oktyabr 2022-ci il tarixdə “Müasir İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi və iki aylıq (sentyabr-oktayrb) müddəti əhatə edən "Azərbaycanın multikulturalizm modelinin mənəvi-mədəni irsin qorunmasında rolu" adlı layihə çərçivəsində Lənkəran rayonunda növbəti tədbirini keçirib. Tədbirdə Tədbirdə Müasir İnkişaf Birliyinin sədri, layihənin rəhbəri Mübariz Göyüşlü, ADPU-nun tələbəsi, ictimai fəal Anar Salehoğlu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran regional şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran rayon Gənclər və İdman İdarəsinin rəis müavini Yusif Xamiyev çıxış ediblər.
2023-cü il
129. “Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 01 iyul – 31 avqust 2023-cü il tarixlərində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq – dünya azərbaycanlılarını birləşdirən ideologiya” adlı layihə həyata keçirilib. Layihə çərçivəsində ilk tədbir Milli QHT Forumunun konfrans zalında ilə "Azərbaycançılıq - dünya azərbaycanlılarını birləşdirən ideologiyadır" başlığı altında keçirilib. Tədbirdə “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, araşdırmaçı-jurnalist Elman Cəfərli, hüquqşunas Fərman Salmanlı, AMEA Mərkəzi Elmi Kitabxananın əməkdaşı Pərvanə Bayramqızı, AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Əliyeva çıxış edərək azərbaycançılıq ideologiyasının əhəmiyyətindən, onun xalqımızı bir arada saxlayan mühüm bir ideya olmasından, bu istiqamətdə görülən işlərin faydasından bəhs ediblər.
130. “Müasir İnkişaf” İctimai Birliyi 01 iyul – 31 avqust 2023-cü il tarixlərində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq – dünya azərbaycanlılarını birləşdirən ideologiya” adlı layihə həyata keçirib. Layihə çərçivəsində növbəti - ikinci tədbir Xırdalan şəhərində, Abşeron rayonundakı orta məktəblərin müəllimlərinin iştirakı ilə keçirilib. Tədbirdə “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA-nın şöbə müdiri, BDU-nun müəllimi Mübariz Göyüşlü, Xırdalan şəhəri 2 nömrəli orta məktəbin müəllimi Sevinc Abdullayeva çıxış ediblər. Sonda bu cür tədbirlərin regionlarda müntəzəm şəkildə keçirilməsinin vacibliyi vurğulanıb.
131. “Müasir İnkişaf” İctimai Birliyi 01 iyul – 31 avqust 2023-cü il tarixlərində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq – dünya azərbaycanlılarını birləşdirən ideologiya” adlı layihə həyata keçirib. Layihə çərçivəsində növbəti - üçüncü tədbir Xaçmaz rayonundakı Heydər Əliyev Mərkəzində şəhid ailələri, Qarabağ müharibəsi qaziləri, hərbiçilər, müəllimlər, mədəniyyət işçilərinin iştirakı ilə keçirilib. Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyətinin əməkdaşı Tariyel Didarov, şəhid Kərəm Veysovun anası Nərgiz Veysova, “N” saylı hərbi hissənin zabiti mayor Taleh Balabəyov, Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova, “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA Mərkəzi Elmi Kitabxananın şöbə müdiri, BDU-nun müəllimi Mübariz Göyüşlü azərbaycançılıq ideologiyasının yaranması və inkişafı haqqında danışıb.
132. “Müasir İnkişaf” İctimai Birliyi 01 iyul – 31 avqust 2023-cü il tarixlərində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq – dünya azərbaycanlılarını birləşdirən ideologiya” adlı layihə həyata keçirib. Layihə çərçivəsində sonuncu - dördüncü tədbir Şamaxı rayonunda keçirilib. Tədbirdə “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA Mərkəzi Elmi Kitabxananın şöbə müdiri, BDU-nun müəllimi Mübariz Göyüşlü azərbaycançılıq ideologiyasının formalaşmasında və inkişafında başda Məhəmməd Əmin Rəsulzadə olmaqla ziyalılarımızın çox böyük rolunun olduğunu qeyd edib. Onun sözlərinə görə azərbaycançılıq ideologiyası XIX əsrin sonlarından etibarən mətbuatda aparılan müzakirələr nəticəsində daha tez-tez gündəmə gəldi. O, bildirib ki, azərbaycançılıq ideologiyasının inkişafı, onun siyasi proseslərə sirayət etməsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin qurulması tarixi bir proses idi. Təşkilat sədri vurğulayıb ki, Azərbaycan Respublikası müstəqilliyini elan etdikdə və dövlət quruculuğu prosesi başladığı vaxtlarda ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi azərbaycançılıq ideyasına yeni bir nəfəs gətirmiş oldu. Onun sözlərinə görə prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə qazanılan qələbə həm azərbaycançılıq ideologiyasının təntənəsi, həm yeni dönəmə qədəm qoyması, həm də böyük Ermənistan ideyasının darmadağın edilməsi demək idi. Sonda bu cür tədbirlərin regionlarda davamlı şəkildə keçirilməsinin vacibliyi vurğulanıb.
2024-cü il
133. “Müasir İnkişaf” İctimai Birliyi 01 iyun – 30 iyul 2024-cü il tarixlərində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dövlətləri Təşkilatının formalaşmasında, inkişafında Azərbaycanın rolu” adlı layihə həyata keçirib. Təşkilat layihə cərçivəsində Bakı İstanbul Liseyində tədbir keçirib. Tədbirdə “Müasir İnkişaf” İctimai Birliyinin sədri, layihənin rəhbəri, siyasi şərhçi Mübariz Göyüşlü, “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus, “Diaspor fəaliyyətinə jurnalistlərin dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadə, Bakı İstanbul Liseyinin təmsilçisi Tural Abasquliyev türk dünyasının birliyinin əhəmiyyəti barədə danışıb. Qeyd edək ki, son illər türk dövlətləri təşkilatının birliyi istiqamətində çalışmalar genişlənməkdədir. Bu fəaliyyətlərin genişlənməsində Azərbaycan Respublikasının, onun siyasi rəhbərliyinin, ictimai-siyasi şəxslərinin əvəzsiz xidmətləri var. Layihəni həyata keçirməklə Müasir İnkişaf Birliyi TDT-nin missiyası, onun Azərbaycana faydaları, Azərbaycanın bu təşkilatın formalaşmasında, inkişafında oynadığı rolu araşdırmağı, təbliğ etməyi qarşıya məqsəd qoyub.
Birliyin tərkibində fəaliyyət göstərən
“Vətənpərvər Gənclər” Klubu
134. Təşkilatın tərkibində tələbələrin fəaliyyətini əlaqələndirən 7 may 2005-ci il – 2 mart 2007-ci il tarixlərində «Xəzər» Diskussiya Klubu; 2 mart 2007-ci il – 30 may 2010-cu il tarixlərində «Türk-İslam Dünyası» Diskussiya Klubu, 16 sentyabr 2012-ci il tarixdən “Vətənpərvər Gənclər” Klubu fəaliyyət göstərməkdədir. 16 sentyabr 2015-ci il tarixə qədər fəaliyyət göstərən “Vətənpərvər Gənclər” Klubu 11 mart 2017-ci il tarixdən yenidən bərpa edilmişdir.
“Xəzər” Diskussiya Klubunun təşkilatçılığı ilə tələbə gənclərlə birlikdə 8 may 2005-ci il tarixdə «Azərbaycançılıq nədir?»; 10 dekabr 2005-ci il tarixdə «Dövlətçiliyin təməllərinin qorunmasında İslamın rolu» (məruzəçi kimi AMEA-nın Fəlsəfə İnstitutunun elmi işçisi Elşən Mustafaoğlu çıxış edib); 26 may 2006-cı il tarixdə «Milli İdeologiyanı necə hazırlamalı» (məruzəçi kimi tarixçi professor, millət vəkili Fəzail İbrahimli çıxış edib); 24 fevral 2007-ci il tarixdə «Milli İdeologiya nədir?» (məruzəçi kimi fəlsəfə doktoru, sosioloq Əhməd Qəşəmoğlu çıxış edib); 28 aprel 2007-ci il tarixdə «Türk Dünyası və jurnalistika» (məruzəçi kimi TRT-nin Bakı ofisinin müdiri Əbdülhəmid Əfşar çıxış edib);
«Türk-İslam Dünyası» Diskussiya Klubunun təşkilatçılığı ilə 26 may 2007-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasında «Azərbaycan-Türkiyə əlaqələrini inkişaf etdirməyin yolları» (məruzəçi kimi Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Fəthi Gədikli çıxış edib, eyni zamanda tədbirdə TRT-nin Qafqaz İslam Ordusu ilə bağlı çəkdiyi «Qalanların hekayəsi» sənədli filmi nümayiş olunub); 24 noyabr 2007-ci il tarixdə «İslam dinində elmə verilən qiymət» (məruzəçi kimi BDU-nun İlahiyyat fakültəsinin dekan müavini, professor Ömər Aslan çıxış edib); 1 mart 2008-ci il tarixdə «Azərbaycan gənci bu gün» (məruzəçi kimi ilahiyyat elmləri doktoru Şahin Əhmədoğlu çıxış edib); 15 mart 2008-ci il tarixdə «Müasir dünya və türkçülük» (məruzəçi kimi tarixçi professor, millət vəkili Fəzail İbrahimli çıxış edib); 26 aprel 2008-ci il tarixdə «Qondarma «erməni soyqırımı» (məruzəçi kimi Birliyin Araşdırma Şöbəsinin sədri Pərviz Ağalarov çıxış edib); 27 sentyabr 2008-ci il tarixdə «Dünyəvi dövlətdə dinin cəmiyyətdəki yeri və rolu» (məruzəçi kimi BDU-nun Tarix fakültəsinin müəllimi Saleh Kazımov çıxış edib); 12 noyabr 2008-ci il tarixdə «Dünyəvi dövlət və din» (məruzəçi kimi ilahiyyat elmləri doktoru Şahin Əhmədoğlu çıxış edib); 20 noyabr 2008-ci il tarixdə Bakı Slavyan Universitetində «İlahiyyat elmləri ilə dünyəvi elmlər arasında qarşıdurmanın aradan götürülməsi zərurəti» (məruzəçi kimi fəlsəfə doktoru Əhməd Qəşəmoğlu çıxış edib); 6 dekabr 2008-ci il tarixdə “Qloballaşmada tolerantlıq” (məruzəçi kimi türkoloq professor Firudin Ağasıoğlu çıxış edib); 24 yanvar 2009-cu il tarixdə “Azərbaycan Respublikasının Konstitusiyası və Milli İdeologiya problemi” (məruzəçi kimi Birliyin “Türk-İslam” Araşdırma Mərkəzinin Hüquq Şöbəsinin sədri, hüquqşunas Aqşin Atalızadə çıxış edib); 28 fevral 2009-cu il tarixdə “Erməni terrorizmi və ona qarşı mübarizə yolları” (məruzəçi kimi yazıçı-dramaturq, filologiya elmləri namizədi Aygün Həsənoğlu çıxış edib); 6 mart 2009-cu il tarixdə Bakı Dövlət Universitetində “Bir millət iki dövlət vəhdəti: dünən, bu gün, sabah” (məruzəçi kimi yazıçı-publisist, filologiya elmləri namizədi Akif Əli çıxış edib); 14 mart 2009-cu il tarixdə “Azərbaycan gəncinin mənəvi-əxlaqi vəziyyəti” (məruzəçi kimi ilahiyyat elmləri doktoru Şahin Əhmədoğlu çıxış edib); 11 aprel 2009-cu il tarixdə “Azərbaycan etnoqrafiya elmi: dünən və bu gün” (məruzəçi kimi tarix elmləri namizədi Bəhmən Əliyev çıxış edib); 25 aprel 2009-cu il tarixdə “ABŞ-Türkiyə münasibətləri” (məruzəçi kimi filologiya elmləri namizədi Vüqar Zifəroğlu çıxış edib); 9 may 2009-cu il tarixdə “Terrora və terrorçulara “Yox” deyək” (məruzəçi kimi yazıçı-dramaturq, filologiya elmləri namizədi Aygün Həsənoğlu çıxış edib); 7 oktyabr 2009-cu il tarixdə “Hər bir Azərbaycan gənci vətənpərvər olmalıdır” (məruzəçi kimi yazıçı-dramaturq, filologiya elmləri namizədi Aygün Həsənoğlu çıxış edib); 12 dekabr 2009-cu il tarixdə “Dinin ictimai əhəmiyyəti” (məruzəçi kimi dinşünas Saleh Kazımov çıxış edib); 4 mart 2010-cu il tarixdə Təfəkkür Universitetində “Təhsildə vətənpərvərlik” (məruzəçi kimi professor Şahlar Əsgərov çıxış edib); 13 mart 2010-cu il tarixdə “ABŞ-ın “erməni soyqırımı” siyasəti” (məruzəçi kimi geopolitik şərhçi Elçin Xalidbəyli çıxış edib); 3 aprel 2010-cu il tarixdə “Türk Dünyasının bu günü. Uyğur Türkləri” (məruzəçi kimi ekspert Ramil Cəfərov çıxış edib); 10 aprel 2010-cu il tarixdə “Türk Dünyası və gənclər platforması” (məruzəçi kimi Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı çıxış edib); 16 aprel 2010-cu il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universitetində “Gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi” (məruzəçi kimi Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı çıxış edib); 8 may 2010-cu il tarixdə “Ermənistan əsir-girovları qaytar” (məruzəçi kimi “BESAM” Beynəlxalq Elmi Araşdırmalar Mərkəzinin sədri Aygün Həsənoğlu çıxış edib);
“Vətənpərvər Gənclər” Klubunun təşkilatçılığı ilə 21 oktyabr 2012-ci il tarixdə "Azərbaycanda milli kimlik və Milli İdeologiya probleminə yanaşma" (məruzəçi kimi "Müasir İnkişaf" İctimai Birliyinin İdarə Heyətinin üzvü Aqşin Atalızadə çıxış edib); 28 oktyabr 2012-ci il tarixdə “Qloballaşma və milli şüur” (məruzəçi kimi Qlobal İnteqrasiya və Dialoq Mərkəzinin sədri, AMEA Fəlsəfə, Hüquq, Sosiologiya İnstitutunun əməkdaşı Yasəmən Qaraqoyunlu çıxış edib); 3 noyabr 2012-ci ildə “Milli təfəkkürün inkişafında Türk xalqları ədəbiyyatının rolu” (məruzəçi kimi Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin əməkdaşı Xalidə Xalid çıxış edib); 12 noyabr 2012-ci ildə Bakı Dövlət Universitetində “Qloballaşma dövründə milli kimliyin qorunması problemi” (məruzəçi kimi “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun sədri Vüqar Zifəroğlu çıxış edib); 21 noyabr 2012-ci ildə Turizm İnstitutunda “Azərbaycan-İraq münasibətlərində İraq türkmənlərinin rolu” (məruzəçi kimi İraq parlamentinin təqaüdçü millət vəkili, Türkman Ədəbiyyatçı və Yazarlar Biliyinin sədri Əsəd Ərbil və İraq Türkman Reform radiosunun direktoru, TƏYB-nin təşkilatçısı Riyaz Demirçi çıxış ediblər); 15 dekabr 2012-ci ildə “İran türklərinin durumu” (məruzəçi kimi Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin sədri Sayman Aruz çıxış edib); 7 aprel 2013-cü ildə “Müasir cəmiyyətdə gənclərin yeri və rolu” (Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin müəllimi Dürdanə Tahirova); 14 aprel 2013-cü ildə "Hara gedir bu dünya?" (məruzəçi kimi professor Şahlar Əsgərov çıxış edib); 3 noyabr 2013-cü il tarixdə professor Atamoğlan Məmmədli ilə görüş; 16 noyabr 2013-cü il tarixdə QAT sədri Akif Nağı ilə görüş; 8 dekabr 2013-cü il tarixdə “Elmi düşüncə və onun müasir cəmiyyətdə rolu” müzakirəsi; 21 dekabr 2013-cü ildə “Qarabağ müharibəsi və hərbi vətənpərvərlik” (Qarabağ döyüşçüsü Əlövsət Qasımovla); 18 yanvar 2014-cü ildə 20 Yanvar hadisələri ilə bağlı (bu hadisələr zamanı gəmi kapitanı olmuş, “Mən tarana gedirəm” kitabının müəllifi Kərəm Məmmədov çıxış edib); 20 aprel 2014-cü ildə “Unutmadıq, Unutdurmadıq!” (məruzəçi kimi “Xocalı Soyqırımını Tanıtma” təşkilatının sədri, jurnalist Şamil Sabiroğlu çıxış edib); 3 may 2014-cü ildə “Milli İdeologiyaya yeni baxış” (AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Faiq Ələkbərov çıxış edib); 28 sentyabr 2014-cü ildə “Liderlik təlimi”; 9 noyabr 2014-cü ildə “Bayraq günü”; 14 dekabr 2014-cü il tarixdə “Azərbaycanda distant təhsil: problemlər və perspektivlər” (məruzəçi kimi “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Göyüşlü çıxış edib) mövzularında diskussiyalar keçirilmişdir. 20 aprel 2013-cü ildə Klub üzvləri Qubaya səfər etmişlər, burda Quba kütləvi soyqırım məzarlığı ziyarət edilmiş və soyqırım münasibətilə Quba şəhərində tədbir keçirilmişdir; 25 may 2014-cü il tarixdə Klub üzvləri Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət etmişlər. “Vətənpərvər Gənclər” Klubunun təşkilatçığıyla 22 yanvar 2010-cu il tarixdə Bakı şəhərindəki 45 saylı orta məktəbdə; 4 fevral 2010-cu il tarixdə 212 saylı orta məktəbdə; 12 fevral 2010-cu il tarixdə 34 saylı orta məktəbdə; 23 fevral 2010-cu il tarixdə 82 saylı orta məktəbdə; 11 mart 2010-cu il tarixdə 45 saylı orta məktəbdə; 26 aprel 2013-cü ildə Binəqədi rayonundakı 314 saylı orta məktəbdə; 10 may 2013-cü il tarixdə Binəqədi rayonundakı 313 saylı orta məktəbdə, 17 may 2013-cü il tarixdə Binəqədi rayonundakı 299 saylı orta məktəbdə milli-mənəvi dəyərlərlə bağlı tədbirlər keçirilmişdir. “Vətənpərvər Gənclər” Klubunun təşkilatçığıyla 27 may 2017-ci il tarixdə AXC-nin 99 illiyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti (AXC) müasir gəncliyin gözü ilə” tədbirində Klubun üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Bahadur Rəşidli “AXC-nin yaranması zamanı bölgədə və Qafqazda vəziyyət” mövzusunda, Klubun üzvü, Bakı Dövlət Universitetinin tələbəsi Röyal Çobanov “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması” mövzusunda, Klubun üzvü, Azərbaycan Texniki Universitetinin tələbəsi Nurlan İbrahimli “Azərbaycan Xalq Cümhuriyyətinin liderləri” mövzusunda, Klubun üzvü, Bakı Dövlət Universitetinin tələbəsi Rəfayıl Kərimov “Azərbaycan Xalq Cümhuriyyətinin süqutu” mövzusunda çıxış ediblər. Daha sonra “Milli Kimlik” Araşdırma Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Aqil Eyvazov, “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA-nın əməkdaşı Mübariz Göyüşlü, “Müasir İnkişaf” İctimai Birliyinin icraçı direktoru, iqtisad üzrə fəlsəfə doktoru Fərid Eyvazov, təşkilatın üzvləri Yaşar Qaçabəyov, Fuad Əliyev, Amil Eyvazov, tələbələr Şərif Eyvazov, Nurlan Heydanov da çıxış ediblər.
“Vətənpərvər Gənclər” Klubunun tərkibində 1 may 2014-cü il - 30 iyun 2015-ci il tarixlərində azərbaycanlı-türkiyəli tələbələri bir araya gətirməyi qarşıya məqsəd qoymuş “Türk Evi” fəaliyyət göstərmişdir.
Fəaliyyəti dövründə Türk Evi tələbələr üçün iftar süfrəsi açmış, qurbanlıq paylamış, imkansız tələbə və şagirdlər üçün pulsuz kurslar təşkil etmiş, Azərbaycandan, Türkiyədən, Gürcüstandan, Rusiyadan gələn çoxsaylı qonaqların görüşlərini təşkil etmişdir. 19 oktyabr, 2 noyabr 2014-cü ildə Mərdəkandakı yetimxana ziyarət edilmişdir. 29 oktyabr 2014-cü ildə Türkiyənin “Cümhuriyyət günü” münasibətilə tədbir keçirilmişdir. 10 noyabr 2014-cü il tarixdə Atatürkün vəfatı münasibətilə anım tədbiri keçirilmişdir. 13 dekabr 2014-cü il tarixdə Heydər Əliyevin anım tədbiri keçirilmişdir. 14 mart 2015-ci ildə Atatürk Liseyində Hindistanın Holi bayramı münasibətilə Hindistan Səfirliyi ilə birlikdə bayram tədbiri keçirilmişdir. Mart-Aprel 2015-ci illərdə Türkiyəyə və Azərbaycana tələbələrin səfərini təşkil etmişdir. “Vətənpərvər Gənclər” Klubunun tərkibində 1 iyul 2015-ci il tarixdən Azərbaycan-Türkiyə Gənclər Mərkzi fəaliyyətə başlayıb. 5 avqust 2015-ci il tarixdə Mərkəzdə Rusiyada fəaliyyət göstərən Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyatı Təşkilatının üzvləri və rus qonaqlarla görüş keçirilmişdir.
Birliyin tərkibində fəaliyyət göstərən
«Milli Kimlik» Araşdırma Mərkəzi
134. Təşkilatın Araşdırma Şöbəsinin bazasında 6 sentyabr 2008-ci ildə “Türk-İslam” Araşdırma Mərkəzi yaradılmış, 9 dekabr 2012-ci ildə adı dəyişdirilərək “Avrasiya Dünyası” Araşdırma Mərkəzi, 11 mart 2017-ci il tarixdə “Milli Kimlik” Araşdırma Mərkəzi adlandırılmış, Əsasnaməsi qəbul edilmiş, strukturu müəyyən edilmişdir. Araşdırma Şöbəsinin təşkilatçılığıyla - 13 iyun 2009-cu il tarixdə Azərbaycanda, Qafqazda, dünyada gedən geosiyasi proseslər; “Türk-İslam” Araşdırma Mərkəzinin təşkilatçılığıyla - 12 sentyabr 2009-cu il tarixdə “Beynəlxalq iqtisadi krizisdən sonra yaranmış situasiyada Türk və İslam dövlətlərinin geosiyasi durumu”; 17 oktyabr 2009-cu il tarixdə “Türkiyə və Ermənistan arasında imzalanmış protokol”; 14 noyabr 2009-cu il tarixdə “İrana münasibət: Türklərin milli oyanışı, yoxsa Güney Azərbaycanın istiqlalı”; 5 dekabr 2009-cu il tarixdə “Milli kimliyimizə daha bir baxış” (məruzəçi kimi Mərkəzin eksperti Ceyhun Bayramlı çıxış edib); 16 yanvar 2010-cu il tarixdə “Uyğur Türkləri” (məruzəçi kimi “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Taryel Faziloğlu çıxış edib); 20 fevral 2010-cu il tarixdə “Azərbaycanda yeni kommunizm təhlükəsi” (məruzəçi kimi Mərkəzin eksperti Vüqar Zifəroğlu çıxış edib); 15 may 2010-cu il tarixdə “Azərbaycan Xalq Cümhuriyyətinin dövlət qurluşu və idarəçilik problemləri” (məruzəçi kimi “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin üzvü Aqşin Atalızadə çıxış edib); 25 sentyabr 2010-cu il tarixdə “Türkiyə Cümhuriyyətində Konstitusiya dəyişikliyi və onun nəticələri” (məruzəçi kimi beynəlxalq hüquq üzrə mütəxəssis Fərman Salmanlı çıxış edib); 16 oktyabr 2010-cu il tarixdə “Din və ya dünyəvilik”; 18 dekabr 2010-cu il tarixdə “Qərbin inkişafının səbəbləri və nəticələri” (məruzəçi kimi professor Şahlar Əsgərov çıxış edib); 15 yanvar 2011-ci il tarixdə “İdeoloji mübarizədə Kütləvi İnformaiya Vasitələrinin rolu” (məruzəçi kimi “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun sədri, BDU-nun müəllimi Vüqar Zifəroğlu çıxış edib); 12 mart 2011-ci il tarixdə “İslamda müxtəlif cərəyanlar və onun Azərbaycan cəmiyyətinə təsiri” (məruzəçi kimi BDU-nun müəllimi, dinşünas Saleh Kazımov çıxış edib); 7 may 2011-ci il tarixdə “Modernizm və çağdaş Azərbaycan cəmiyyəti” (məruzəçi kimi fəlsəfə elmləri doktoru Aydın Əlizadə çıxış edib); 23 oktyabr 2011-ci il tarixdə “Azərbaycan-Türkiyə-İran Türklərinin Birliyi”; 19 noyabr 2011-ci il tarixdə “Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (Türk Konseyinin) inteqrasiya imkanları” (məruzəçi kimi “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Göyüşlü çıxış edib); 17 dekabr 2011-ci ildə “Milli kimliyin dərki: yanlışlar və doğrular” (məruzəçi kimi “Azərbaycan Tarix Müəllimləri” İctimai Birliyinin İdarə Heyətinin üzvü Aydın Allahverdiyev çıxış edib); 14 yanvar 2012-ci ildə “Erməni diasporasının formalaşması və Türk Dünyasına qarşı fəaliyyəti” (məruzəçi kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Taleh Cəfərov çıxış edib); 18 aprel 2012-ci il tarixdə “Azərbaycanda beyin axını”; “Milli Kimlik” Araşdırma Mərkəzinin təşkilatçılığıyla - 25 fevral 2017-ci il tarixdə “Sosial şəbəkələr və cəmiyyət” (Aqil Eyvazov, AMEA Fəlsəfə İnstitutundan Rauf Məmmədov, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, gənc araşdırmaçı Fuad Əliyev, həkim Anar Həsənli, QHT təmsilçisi Amin Məmmədov, “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA-nın əməkdaşı Mübariz Göyüşlü, “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin üzvü, hüquqşunas Fərman Salmanlı); 11 mart 2017-ci il tarixdə “Gənclərin radikal qruplaşmalara qoşulma təhlükəsi”; 1 aprel 2017-ci il tarixdə “Milli kimliyimizə real təhlükə: radikal qruplar” (“Müasir İnkişaf” İctimai Birliyinin sədr müavini, AMEA-nın əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Aqil Eyvazov; “Müasir İnkişaf” İctimai Birliyinin sədr müavini, hüquqşunas Aqşin Atalızadə; “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA-nın əməkdaşı Mübariz Göyüşlü; AMEA-nın əməkdaşı, sosioloq alim Əhməd Qəşəmoğlu; Araşdırmaçı Taleh Həsənov; araşdırmaçı Fəqan İbrahim; “Müasir İnkişaf” İctimai Birliyinin üzvü, iqtisad üzrə fəlsəfə doktoru Fərid Eyvazov; Araşdırmaçı Şahmar Nəbiyev; Araşdırmaçı Yusif Ədilov); 29 aprel 2017-ci il tarixdə “Milli kimlik və ailə” (tədbirdə “Milli Kimlik” Araşdırma Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı Aqil Eyvazov; “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA-nın əməkdaşı Mübariz Göyüşlü; məruzəçi qismində, AMEA Fəlsəfə İnstitunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Rauf Məmmədov; Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təmsilçisi Rafiq Mahmudov; Bakı şəhəri 72 saylı orta məktəbin tarix müəllimi Aydın Allahverdiyev; məruzəçi, tibb üzrə fəlsəfə doktoru, həkim Azər Əliyev; Bakı şəhəri Baş Təhsil İdarəsinin əməkdaşı Rövşən Əliyev; Ombudsman Aparatının təmsilçisi Lamiyə Zeynalova; AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Aytək Zakirqızı; Bakı Slavyan Universitetinin müəllimi Kəmalə Umudova; Bakı Slavyan Universitetinin dosenti Dürdanə Tahirli; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Güney Namazova; Ədliyyə Nazirliyinin təmsilçisi Liza Xanməmmədova çıxış ediblər. Tədbirin sonunda müzakirələrin davam etdiirlməsi, əldə edilən nəticələrin müvafiq qurumlara göndərilməsi, problemlərin həlli üçün təkliflərin sistemləşdirilməsi, layihələr hazırlanması və icra edilməsi qərarlaşdırıldı) mövzusunda ekspertlərin, mütəxəssislərin, alimlərin iştirakı ilə müzakirələr aparılmışdır. Müzakirələrin sonunda müvafiq tövsiyyələr qəbul edilmiş və cəmiyyətə çatdırılmışdır.
Birliyin təşəbbüsü və təsisçiliyilə yaradılmış
Azərbaycan Vətəndaş Hərəkatı
135. Azərbaycan Vətəndaş Hərəkatının yaradılması ilə bağlı ilk təşəbbüslər 2009 və 2010-cu il tarixlərində olub. Qurumun fəaliyyəti 2017-ci ildən aktivləşib. 14 aprel 2019-cu ildə Hərəkatın Təşəbbüs Qrupu yaradılıb. 11 yanvar 2020-ci ildə Hərəkat iki qeyri-hökumət təşkilatı (onlardan biri "Müasir İnkişaf" İctimai Birliyidir) və bir nəfər alim tərəfindən təsis edilib və Məclisin ilk toplantısı keçirilib, İdarə Heyəti üzvləri (Hacı Həsənov, Azər Həsənsoy, Mübariz Göyüşlü, Anar Turan, Vüsal Hətəmov, Aydın Allahverdiyev, Anar Nəsibov) seçilib. İdarə Heyətinin ilk iclasında İcraçı Direktor (Mübariz Göyüşlü) seçilib. Hərəkatın məqsədi Azərbaycan vətəndaşlarının ictimai tərəqqiyə, dövlətçiliyin möhkəmlənməsinə, qanunun aliliyinin təmin edilməsinə yönəlmiş fəallığını dəstəkləmək, onu daha da artırmaq, Azərbaycan dövlətinin siyasətini təbliğ etmək, milli-mənəvi və ümumbəşəri dəyərləri qorumaq, həmçinin vətəndaş cəmiyyətinin inkişafına nail olmaqdır. Məqsədə nail olmaq üçün Hərəkat ümummilli məsələlərlə bağlı müxtəlif sorğular, müşahidələr və təhlillər aparmağı, mütəxəssislərin rəy və təkliflərini toplamağı, müvafiq məlumat bazası yaratmağı, Hərəkatın məqsəd və prinsiplərini dəstəkləyən fərd, qrup və təşkilatlarla ortaq mövqedən çıxış edərək birgə layihələr həyata keçirməyi, elmi-praktik konfranslar, simpoziumlar, forumlar, dəyirmi masalar təşkil etməyi, təkliflər hazırlayaraq aidiyyatı qurumlara təqdim etmək vəzifəsini öhdəsinə götürür. 2 oktyabr 2019-cu il tarixdə Hərəkat üzvləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla (Türkiyə Prezidenti Ərdoğanın BMT-də Qarabağala bağlı çıxışına görə təşəkkür məktubu təqdim etmək üçün); 24 oktyabr 2019-cu ildə AMEA Tarix İnstitutunun direktoru, akademik, millət vəkili Yaqub Mahmudovla (qarşılıqlı əməkdaşlıq üçün); 19 dekabr 2019-cu ildə Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərovla və üzvlərilə (təhsillə bağlı təkliflər paketini təqdim etmək üçün); 5 mart 2020-ci ildə Azərbaycan-Türkiyə İşadamları Birliyinin sədri Cemal Yanğınla (qarşlıqlı əməkdaşlıq üçün); 17 iyun 2020-ci il tarixdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovla (qarşılıqlı əməkdaşlıq üçün) görüşlər keçirib. Hərəkatın məqsədi Azərbaycan vətəndaşlarının ictimai tərəqqiyə, dövlətçiliyin möhkəmlənməsinə, qanunun aliliyinin təmin edilməsinə yönəlmiş fəallığını dəstəkləmək, onu daha da artırmaq, Azərbaycan dövlətinin siyasətini təbliğ etmək, milli-mənəvi və ümumbəşəri dəyərləri qorumaq, həmçinin vətəndaş cəmiyyətinin inkişafına nail olmaqdır. Məqsədə nail olmaq üçün Hərəkat ümummilli məsələlərlə bağlı müxtəlif sorğular, müşahidələr və təhlillər aparmağı, mütəxəssislərin rəy və təkliflərini toplamağı, müvafiq məlumat bazası yaratmağı, Hərəkatın məqsəd və prinsiplərini dəstəkləyən fərd, qrup və təşkilatlarla ortaq mövqedən çıxış edərək birgə layihələr həyata keçirməyi, elmi-praktik konfranslar, simpoziumlar, forumlar, dəyirmi masalar təşkil etməyi, təkliflər hazırlayaraq aidiyyatı qurumlara təqdim etmək vəzifəsini öhdəsinə götürür.
Görülmüş digər işlər:
1. 7 sentyabr 2017-ci il. Hərəkatın üzvü olan QHT-lər tərəfindən “Qida təhlükəsizliyi üzrə İşçi Qrupu” yaradılıb.
2. 2 oktyabr 2017-ci il. 22 sentyabr tarixində bir qrup Türkiyə vətəndaşının Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərinə qarşı Hərəkatın üzvü olan QHT-lərin təşəbbüsü ilə 14 ictimai birlik tərəfindən etiraz Bəyanatı qəbul edilib.
3. 25 noyabr 2017-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşəbbüsü və təşkilatçılığı ilə bir qrup QHT təmsilçisinin, media nümayəndəsinin Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunub.
4. 17 fevral 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşəbbüsü və təşkilatçılığı ilə Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın Afrin bölgəsinə 20 yanvar 2018-ci il tarixində başladılmış “Zeytun Budağı” hərəkatına dəstək Bəyanatı qəbul edilib.
5. 15 sentyabr 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşəbbüsü ilə 15 sentyabr 1918-ci il tarixində Bakı şəhərinin erməni daşnak-rus bolşevik qüvvələrindən azad etməsinin 100-cü ildönümü münasibətilə Bəyanat qəbul edilib.
6. 3 oktyabr 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı ilə Türk Dövlətlərinin Birliyi Günü – Dünya Türklərinin Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
7. 6 oktyabr 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı ilə Qazax rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə tədbir keçirilib. 8. 9 noyabr 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı və Dialoq TV-nin informasiya dəstəyi ilə 9 Noyabr Dövlət Bayrağı günü münasibətilə günün birinci yarısında Yasamal parkında, günün ikinci yarısında isə Park Bulvarda flaşmob aksiya təşkil olunub.
9. 6 dekabr 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı ilə Azərbaycanda Atatürk Mərkəzində “Qloballaşan dünya və Azərbaycan dili” mövzusunda konfrans keçirilib.
10. 18 dekabr 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı, ADPU-nun təşkilati dəstəyilə “Qloballaşan dünya və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans keçirilib.
11. 22 dekabr 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı ilə Astara rayonunda Aprel şəhidi Pəncəli Teymurovun məzarı ziyarət olunub.
12. 27 dekabr 2018-ci il. Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı ilə ölkənin 30-a yaxın aparıcı QHT-ləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Bəyanat ünvanlayıblar.
13. 26 yanvar 2019-cu il. Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı ilə Qusar rayonunda Milli qəhrəman Çingiz Qurbanovun məzarı ziyarət olunub.
14. 9 mart 2019-cu ildə Hərəkatın üzvləri olan QHT-lərin təşkilatçılığı ilə Gürcüstanın Tiflis şəhərində “Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında ictimai təşkilatların rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
15. 27 aprel 2019-cu ildə Hərəkatın üzvü olan QHT-lərin təşkilatçılığı ilə "İslam qardaşlıq dinidir" mövzusunda konfrans keçirilib.
16. 11 may 2019-cu il tarixdə Hərəkat üzvləri Ağstafa rayonu ərzisində, Azərbaycanla-Gürcüstan arasındakı Keşikçidağ dövlət tarixi mədəni qoruğuna yürüş ediblər.
17. 4 iyun 2019-cu il tarixdə Hərəkatın qzvü olan QHT-lərin təşkilatçılığı ilə "Ölkədə həyata keçirilən islahatlar: çətinliklər və perspektivlər" mövzusunda konfrans keçirilib. 18. 12-13 oktyabr 2019-cu ildə Hərəkat üzvləri Dağıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təmsilçiləri ilə görüşüblər. Görüşdə Cəmiyyətin sədri Tacəddin Sultanov, İdarə Heyətinin sədri Muradxan Rabadanov, üzvləri - Dünya İqtisadiyyatı İnstitutunun rektoru Sevil Sadıqova, Dağıstanın sabiq iqtisadiyyat naziri Sergey Pepxayev, Dərbənd şəhərinin deputatı Süsən Mirzəxanova, Dərbənd şəhər admnistrasiyasının katibi Zümriyə Salehova, professor Gülçöhrə Seyidova, Dərbənd şəhər kollecinin direktoru Həmzəbəy Sadıqov, Dərbənd şəhərinin sabiq başçısı Hüseynbala Hüseynov iştirak ediblər. Hərəkat üzvləri eyni zamanda Dağıstan Dövlət Universitetinin Dərbənd filialında elmi katib Ramis Həşimovla da görüşüblər.
19. 16 noyabr 2019-cu il tarixdə Hərəkat "Dərbənd" xeyriyyə ictimai birliyi ilə əməkdaşlıq haqqında Memorandum imzalayıb.
20. 3 fevral 2020-ci il tarixdə Hərəkat 9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərlə bağlı BƏYANAT vermişdir.
21. 4 mart 2020-ci il tarixdə Hərəkat Suriyadakı son durum haqqında, Türkiyənin keçirdiyi "Bahar qalxanı" əməliyyatına dəstək olaraq BƏYANAT vermişdir.
22. 18 iyun 2020-ci il tarixdə Hərəkat 15 iyun 2020-ci ildə axşam saatlarında Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə sərhədinin Dağıstanın Qullar qəsəbəsi ərazisinə düşən hissəsində Azərbaycan vətəndaşları ilə yerli polis və güc strukturları arasında baş vermiş xoşagəlməz insidentlə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın rəhbərliyinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinə Müraciət eqəbul etmişdir.
23. 24 iyun 2020-ci ildə Hərəkatın təşkilatçılığı ilə "Ordumuz qürurumuzdur" başlıqlı onlayn formatda beynəlxalq videokonfrans keçirilib. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Ukrayna, Gürcüstandan da ehtiyatda olan azərbaycanlı hərbiçilər, alimlər, jurnalistlər, ictimai xadimlər, diaspor təşkilatı rəhbərləri, gənc fəallar və digər şəxslər iştirak etmişlər. Tədbirdə AVH İdarə Heyətinin üzvü, AMEA Tarix İnstitutunun şöbə müdiri Hacı Həsənov; tarix elmləri doktoru, hərb tarixinin araşdırıcısı Mehman Süleymanov; ADPU-nun müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov; Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, istefada olan polkovnik Əzizağa Qənizadə; ABŞ-dan tarixçi-alim, Azrəbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş Saleh Kazımov; Heydər Əliyev adına Ali Hərbi Məktəbin müəllimi, ehtiyatda olan polkovnik-leytenant Vüqar Əliyev; Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Əfqan Vəliyev; Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı; Qarabağ Qazisi Ədalət Məhərrəmov; Azərbaycan Hərb Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Gülşən Hüseynova; Milli QHT Forumunun prezidenti Rauf Zeyni; Ukraynanın Krivoy-Roq şəhərindəki Azərbaycan disapor təşkilatının sədri Kəmaləddin Ağayev, Qazi İslam Əzimov, AVH-nin İdarə Heyətinin üzvləri Aydın Allahverdiyev, Mübariz Göyüşlü, Vüsal Hətəmov, Məclis üzvü Ceyhun Bayramlı, Qarabağ Qazisi, ehtiyatda olan zabit, Tarix Araşdırmaları Qurumunun həmtəsisçisi Bəşir Əliz, ekoloq-yazar Vüsal İbrahimli, AVH təmsilçiləri Asim Kazımlı, Anar Atakişiyev və başqaları mövzuyla bağlı çıxışlar etmiş, maraqlı təkliflər səsləndirmişlər. Sonda konfrans iştirakçıları bu cür tədbirlərin müntəzəm keçirilməsinin, Orduya ictimai dəstəyin gücləndirilməsinin vacibliyini bir daha vurğulamışlar.
24. 18 iyul 2020-ci ildə Hərəkatın təşkilatçılığı ilə "Mövcud ictimai-siyasi vəziyyətdə vətəndaş cəmiyyətinin vəzifəsi" mövzusunda onlayn beynəlxalq konfrans keçirib. Toplantıya Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Gürcüstan, Macarıstan, Almaniya, Ukrayna kimi ölkələrdən də alimlər, ictimai xadimlər, müəllimlər, jurnalistlər, araşdırmaçılar, gənclər, idmançılar və digər şəxslər qatılıb. Tədbirdə AVH-nin İdarə Heyətinin üzvü Mübariz Göyüşlü; AVH-in İdarə Heyətinin üzvü, əməkdar idman ustası Azər Həsənsoy; İstanbul Üsküdar Universitetinin professoru, sosioloq Əbülfəz Süleymanlı; tanınmış təhsil eksperti, Əməkdar müəllim Almaz Həsrət; ABŞ-ın Texas Universitetinin doktorantı Hüseyn Abdulla; Türkiyədən Kocaeli Türk Ocaqlarının başqanı Yücel Alpay Demir; fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli; Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Əfqan Vəliyev; AVH İdarə Heyətinin üzvü, tarixçi alim Hacı Həsənov; Ukraynanın Krivoy Roq şəhərindəki Azərbaycan diaspor təşkilatının sədri Kəmaləddin Ağayev; Bakı şəhəri 126 saylı orta məktəbin tarix müəllimi, "Tərəqqi" medalı mükafatçısı Şirincan Məmmədli; "Birlik" jurnalının baş redaktoru İlqar İlkin; Gürcüstandan tədbirə qoşulan "Uğur" jurnalının baş redaktoru, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyinin təmsilçisi Hacı Bəkiroğlu; Macarıstandan edumap.az saytının baş redaktoru Rasim Abdurahmanov; AVH-nin Məclis üzvü, tarixçi alim Taleh Cəfərov; Almaniyadan Səddam Türksoy; AVH İdarə Heyətinin üzvü, araşdırmaçı-jurnalist Anar Turan; AVH İdarə Heyətinin üzvü, təhsil eksperti Aydın Allahverdiyev; AVH İdarə Heyətinin üzvü, şərqşünas-politoloq Vüsal Hətəmov; AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı, gənc alim Emin Bağırov; AVH-nin Məclis üzvü, hüquqşunas Fərman Salmanlı; AVH-nin Məclis üzvləri Bəşir Ələz; Asim Kazımlı; ekoloq-jurnalist Vüsal İbrahimli çıxış ediblər. Sonda bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyi bir daha vurğulanıb və gələcəkdə görülməsi mümkün olan birgə fəaliyyətlərin istiqamətləri müəyyən edilib.
25. 31 iyul 2020-ci ildə Hərəkat Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda Ermənistanın təcavüzü nəticəsində yaşanan hərbi gərginliklə bağlı İran İslam Respublikasının birmənalı mövqe göstərməsini, Azərbaycanı dəstəkləməsini tələb edən Bəyanat qəbul etmişdir.
26. 24 oktyabr 2020-ci il tarixdə Hərəkat 27 sentyabr 2020-ci ildə başlayan, 44 gün davam edən II Qarabağ müharibəsi ilə bağlı Orduya və Ali Baş Komandana dəstək bəyanatı vermişdir.
27. 6 dekabr 2020-ci ildə Hərəkat Kəlbəcər rayonundakı Xudavəng monastırında erməni keşişlərinin törəydiyi təxribatla bağlı Bəyanat qəbul etmişdir.
28. 20 dekabr 2020-ci ildə Azərbaycan Vətəndaş Hərəkatı (AVH) “Azərbaycan diasporunun bu günü və sabahı” mövzusunda zoom proqramı üzərindən onlayn beynəlxalq konfrans keçirib. AVH İdarə Heyətinin üzvü Azər Həsənsoy; AVH İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü; Ukrayna Azərbaycanlıları Radasının Dnepr təşkilatının sədri Eldar Tağıyev; QALA Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov; Türkiyədə Çağdaş Azərbaycan Dərnəyinin sədr müavini Mürtəza Karaçanta; Antalya-Azərbaycan Mədəniyyət və Həmrəylik Mərkəzinin sədr müavini Ceyran Səttarova; Qazaxıstanın Nursultan şəhərindən tələbələr Raya Salahlı və Nihal Kərəmova; ABŞ-da fəaliyyət göstərən Azərbaycan Birliyi təşkilatının prezidenti Fərhad Ələkbərzadə; ABŞ-da San-Fransisko şəhərində yaşayan Saleh Kazımov; Hollandiya Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli; Türkiyədə yaşayan jurnalist Oktay Hacımusalı; Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi ictimai birliyinin sədri Fuad Hüseynzadə; Rusiyada, Moskva vilayətində fəaliyyət göstərən Nicat İlyas; Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının sədri Emin Rüstəmov; Polşadakı Azərbaycan diasporunun rəhbərlərindən olan Saleh Sabili; Ukraynanın Krivoy-Roq şəhərindəki Azərbaycan diaspor rəhbəri Kəmaləddin Ağayev; AMEA-nın əməkdaşı Pərviz Qasımov; AVH-nin Məclis üzvü, tarixçi alim Taleh Cəfərov; Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı İlqar Məcidli; AVH-nin İdarə Heyətinin üzvü, tarixçi alim Hacı Həsənov; Antalya-Azərbaycan Mədəniyyət və Həmrəylik Mərkəzinin üzvü, Kanal B-nin “Sizə salam gətirmişəm” proqramının rejissoru və aparıcısı Sevil Çakar; Mərkəzin baş katibi Yusif Sadıqov; Mərkəzin üzvü, sənətçi Vüsalə Alıçı; Türkiyədən tələbələr Sürəyya Qasimi, Əli Həmzəzadə; Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyinin sədri Musa Hacıyev; AVH-nin İdarə Heyətinin üzvü Aydın Allahverdiyev; Məclis üzvləri Fərman Salmanlı, Elçin Xalidbəyli, Ceyhun Bayramlı, Azər Sərxanoğlu, Asim Kazımlı, Türkiyənin Sakarya Universitetinin doktorantı Allahverdi Mehdiyev; İstanbuldan Adil Hüseynov; Polşanın Varşava şəhərindən Kamal Babayev iştrak və çıxış ediblər. Yekunda bu cür tədbirlərin davamlı olaraq keçirilməsi, müxtəlif problemlərin və məsələlərin müntəzəm şəkildə müzakirəyə çıxarılması, gələcəkdə fəaliyyətlərin koordinasiyasının həyata keçirilməsi qərarlaşdırılıb.
29. 03 mart 2021-ci ildə Hərəkat Ermənistandan Xankəndinə qeyri-qanuni və gizlin yollarla hərbiçilər göndərilməsini pisləyən Bəyanat yayıb.
30. Hərəkat 15 iyul 2021-ci ildə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanından irəli gələn məsələlərlə bağlı müzakirə keçirib. Onlayn formatda keçirilən müzakirədə Azərbaycanda yeni iqtisadi rayonların – Şərqi Zəngəzur və Qarabağın yaradılması ilə bağlı məsələlər barədə danışılıb. Müzakirədə AVH-nin İcraçı direktoru Mübariz Göyüşlü, AMEA Tarix İnstitutunun İcraçı direktoru, tarixçi alim Cəbi Bəhramov, AVH-nin İdarə Heyətinin üzvü, təhsil eksperti Aydın Allahverdiyev, Antalya Azərbaycan Kültür və Həmrəylik Təşkilatının sədri Ceyran Səttarova, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi təşkilatının sədri Fuad Hüseynzadə, AVH-nin Məclis üzvü, tarixçi alim Taleh Cəfərov çıxış ediblər. Sonda Azərbaycan Vətəndaş Hərəkatının bu cür diskussiyaları davamlı şəkildə keçirməsi qərarlaşdırıldı.
31. Hərəkat 7 oktyabr 2021-ci ildə "Nizami Gəncəvi və ümumbəşəri dəyərlər" mövzusunda beynəlxalq elmi konfrans keçirib. AVH-nin İdarə Heyətinin üzvü Mübariz Göyüşlü, Millət vəkili Jalə Əhmədova, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, ADPU-nun prorektoru, filologiya elmləri doktoru Mahirə Nağıqızı, AVH-nin Məclis üzvü, AMEA Tarix İnstitutunun əməkdaşı, ADPU-nun dosenti Mübariz Ağalarlı (“Nizami Gəncəvinin əsərlərində Azərbaycan tarixi məsələləri”), Norveçdən Ragnhild Thori və Can diaspor təşkilatının sədri Şervin Necefpur ("Nizami Gəncəvi əsərlərində tolerantlıq"), AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva (“Nizami Gəncəvinin nəsil şəcərəsi”), Türkiyədən Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin başqanı Ceyran Səttarova (“Ümumbəşəri mahiyyət daşıyan sənətkar Nizami Gəncəvi"), Almaniyadan Nürnberg Türk Tarixi və Mədəniyyətləri Muzeyinin müdiri Cemalettin Özdemir (“Almanyada Azerbaycan tarixi ve kültürünü tanıtım bağlamında Nizami Gəncəviyi də tanıtmaq”), AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova (“Nizami Gəncəvi "Məxzənül-əsrar" məsnəvisində şair özü, müasirləri, sənəti və görüşləri haqqında"), Türkiyədən Üsküdar Universitetinin professoru Əbülfəz Süleymanlı, Şimail Kipr Türk Cümhuriyyətindəki Girne Amerikan Üniversitetinin müəllimi Orxan Həsənoğlu, QALA Yunanıstan Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov, Bakı şəhəri 221 saylı məktəbin müəllimi Lalə Məmmədli (“Ümumtəhsil məktəblərində Nizami Gəncəvi irsindən istifadə işinin sistemi”) iştirak və çıxış ediblər. Azərbaycanla yanaşı müxtəlif ölkələrdən tədbirə qatılan alimlər, araşdırmaçılar, ictimai-siyasi xadimlər, media təmsilçiləri, qadınlar və gənclər dahi Azərbaycan mütəfəkkiri haqqında maraqlı çıxışlar ediblər. Xüsusilə də məruzəçilərin Nizami Gəncəvi haqqında fikirləri böyük maraqla qarşılanıb. Çıxışlarda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamdan, dahi müətfəkkirin həyat və yaradıcılığından, ona və əsərlərinə olan maraqdan, aparılan araşdırma və təhlillərdən, Nizami irsinin dünyaya tanıtdırılmasından, şairin Azərbaycan ədəbiyyatına, mədəniyyətinə verdiyi töhfələrdən ətraflı bəhs olunub. Azərbaycan Vətəndaş Hərəkatının keçirdiyi beynəlxalq konfransın da “Nizami Gəncəvi İli”nə töhfə olduğu toplantıda vurğulanmış və gələcəkdə də ziyalıların bu cür tədbirləri davam etdirməsi qərarlaşdırılmışdır.
32. 26 noyabr 2022-ci il tarixdə Hərəkatın (AVH) təşkilatçılığı ilə “Ümumtürk mədəniyyətinin inkişafında Şuşa şəhərinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, dosent Hacı Həsənov, Millət vəkili Ceyhun Məmmədov, Millət vəkili Vüqar Bayramov, Millət vəkili Jalə Əhmədova, Azərbaycan Vətəndaş Hərəkatının İcraçı direktoru, Müasir İnkişaf Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü, Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti Azər Həsənsoy, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, dosent, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə doktoru Əhməd Niyazov, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi təşkilatının sədri Fuad Hüseynzadə, ADNSU-nun professoru, tarix elmləri doktoru, professor Camal Mustafayev, Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Mübariz Ağalarlı, Türkiyənin Kastamonu Universitetindən prof.dr. Namiq Musalı, Azərbaycan Vətəndaş Hərəkatının Məclis üzvü, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Məhəmməd Cəbrayılov, Azərbaycan Vətəndaş Hərəkatının Məclis üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov, Azərbaycan Vətəndaş Hərəkatının Məclis üzvü, ADPU-nun Ümumi tarix kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmiişçisi, fəlsəfə üzrə fəlsəf doktoru, dosent Faiq Ələkbərli, Albaniya Azərbaycan Dostluq, Elm və Mədəniyyət Dərnəyinin rəhbəri, Türkiyə tarixi üzrə araşdırmaçı, doktor Entela Muço, Estoniyada fəaliyyət göstərən "Karyera" Təhsil Akademiyasının rəhbəri Sənəm Əli, Azərbaycan Vətəndaş Hərəkatının İctimaiyyətlə əlaqələr üzrə kordinatoru Anar Salehoğlu, Professor, Rusiyanın Məhkəmə Tikinti və Texniki Ekspertiza İnstitutu, texniki elmlər doktoru, Türk Kültür Platformasının sədr müavini Rafail Qəribli, Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta, Hollandiyadan Benilüks Azərbaycanlıları Konqresinin mətbuat katibi, türkoloq Gülnarə Əliyeva, Pakistanın Kəşmir Gənclər Forumunun icraçı direktoru, tanınmış jurnalist Zaman Bajva çıxış ediblər.Tədbirin sonunda məruzəçilərə və çıxışçılara sertifikarlar verilib, xatirə şəkli çəkilib, konfransın materiallarının çap olunacağı, gələcəkdə də bu kimi tədbirlərin davam etdiriləcəyi bildirilib.
Nəticə
136. Təşkilatın 18 illik fəaliyyəti boyunca gördüyü işlər nəticəsində Azərbaycan Milli Kimliyinin formaşalaşmasında mühüm rol oynayan ideoloji məsələlərlə bağlı aparılan araşdırmalar sürətlənmiş, ictimai müstəvidə Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarının formalaşdırılması işində ciddi nəticələr əldə edilmişdir. Bundan başqa Türk-İslam ideoloji prinsiplərinin bir-birinə zidd olmaması, əksinə bir-birini tamamlaması fikri cəmiyyətə uğurla çatdırılmışdır. XX əsrin əvvəllərində fəaliyyət göstərən Azərbaycan ziyalılarının Türk-İslam ideoloji platformasında və ideoloji sahədə gördükləri fəaliyyət araşdırılaraq təqdim edilmişdir. Ən mühüm məqamlardan biri 2009-cu ildə türk dövlət başçılarının Zirvə Sammitində Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının – Türk Konseyinin – Türk Keneşinin qurulmasıdır. Uzun müddət Türklük ideyasını təbliğ edən şəxslər, təşkilatlar TURAN qurulması üçün xeyli cəhd göstəriblər. Bu sırada Təşkilatın da kiçik bir töhfəsi var. Məhz bu səbəbdən Türk Keneşinin, başqa adla desək TURAN-ın qurulması böyük uğurdur. Təşkilatın bundan sonrakı fəaliyyətində əsas hədəfi Türk Dövlətləri Təşkilatının (əvvəlki adı 2009-2021-ci illərdə Türk Dövlətlərinin Əməkdaşlıq Şurası) və Azərbaycan dövlətinin bu sahədə gördüyü işlərin təbliğ edilməsi, cəmiyyətdə bu qurumun fəaliyyətinə geniş dəstək qazandırılmasıdır.Azərbaycan-Türkiyə-İran Türklərinin Birliyi ideyası yeni bir ideya kimi cəmiyyətə təqdim edilmişdir. Bununla yanaşı bu Birliyin qurulması üçün hər üç ölkənin dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin keçirdikləri görüşlər və qəbul etdikləri bəyannamələr dəstəklənmiş, konkret mexanizmlər (Azərbaycan-Türkiyə-İran Komissiyasının yaradılması) hazırlanaraq müvafiq qurumlara təqdim edilmişdir.İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin hərbi birliyinin yaradılması zərurəti, Azərbaycanın İslam dini modeli, Türk Dünyasının Vahid Media qurumunun, İnformasiya Agentliyinin, Jurnalının, Saytının, Radiosunun, Ortaq Tarix və Ədəbiyyat Kitablarının, Dil Birliyinə Aparan Terminlər Lüğətinin yaradılması kimi təkliflər irəli sürülmüş, Azərbaycan tarixinin bir sıra mühüm və ziddiyyətli məqamları doğru bir şəkildə cəmiyyətə çatdırılmışdır.Türk Dövlətlərinin Birliyi Günü – Dünya Türklərinin Həmrəylik Günü (3 oktyabr tarixi) kimi mühüm bir razılaşmanın əldə olunmasında, Türk Dövlətlərinin Parlament Assambleyasının, Türk Dünyasının ortaq televiziyası olan TRT AVAZ-ın yaradılmasında təşkilatın apardığı təbliğatın, gördüyü işlərin az da olsa faydası olmuşdur.Təşkilatın təşəbbüsü ilə Azərbaycanda milli-mənəvi dəyərləri təbliğ edən bir qrup ictimai təşkilat, alim, ictimai fəal, gənc vahid Hərəkat daxilində birləşmiş, Təşkilatın Araşdırma Mərkəzinin keçirdiyi tədbirlərdən əldə olunan təkliflərdən geniş ictimaiyyət yararlanmış, xəbərləri hər gün yenilənən sayt, youtube internet kanalı istifadəyə verilmiş, Gürcüstan, Türkiyə, Rusiya, İran alimləri ilə birgə ermənilərə qarşı mübarizə aparılması barədə razılıq əldə edilmiş, minlərlər tələbə gəncin ideoloji, vətənpərvərlik istiqamətində marifləndirməsi həyata keçirilmişdir.“Tarix unudulmaz, millət bölünməz, torpaqdan pay olmaz” fikrini əldə rəhbər tutan təşkilat 18 illik fəaliyyəti dönəmində geniş ictimaiyyətə Azərbaycanın tərəqqisinin Türk-İslam Dünyasında, Türk-İslam Dünyasının inkişafının da Azərbaycansız mümkün olmaması fikrini çatdıra bilmişdir.