ELM VƏ TƏHSİL28.3.2024 14:30

Bağça müdiri vəzifəsinə qəbul üçün imtahan keçiriləcək

2078

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, martın 30-da keçiriləcək test imtahanı mərhələsində ümumilikdə 565 namizəd iştirak edəcək.

YUXARI