CƏMİYYƏT27.3.2024 22:54

Azərbaycanla sülh sazişinin prinsipləri 2022-ci ildə razılaşdırılıb - Paşinyan

2230

Ermənistan və Azərbaycan arasında sülh sazişinin prinsipləri 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş çərçivəsində qəbul edilən bəyanatda razılaşdırılıb.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Görüşdə Fransa-Ermənistan əlaqələri ilə yanaşı, regional infrastrukturun açılması imkanları da müzakirə olunub.

Qeyd edək ki, bu ilin fevral ayında Ermənistan tərəfi Azərbaycandan sülh sazişi üzrə növbəti təkliflər paketini aldığını təsdiqləyib.

Xatırladaq ki, cari ilin 28 fevral tarixində Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş”in müzakirəsi istiqamətində baş tutub.

YUXARI