DÜNYA25.4.2024 04:00

SOLOTÜRK Çanaqqala üzərində nümayiş uçuşu keçirib

4828

Türkiyə Hərbi Hava Qüvvələrinin nümayiş komandası SOLOTÜRK-ün Çanaqqala üzərindəki nümayiş uçuşunun təyyarədəki görüntüsünü paylaşıb.

TurkicWorld xəbər verir ki, Çanaqqala Quru Döyüşlərinin 109-cu ildönümü münasibəti ilə Türkiyə ilə yanaşı bir çox ölkə nümayəndələrinin də iştirakı ilə Şəhidlər Abidəsində anım mərasimi keçirilib.

“Başda Anafartalar Qəhrəmanı Qazi Mustafa Kamal Atatürk olmaqla bu torpağı bizim üçün vətənimiz edən bütün silahdaşlarımızı rəhmət, hörmət və minnətlə yad edirik”, – deyə paylaşımda bildirilib.

YUXARI