CƏMİYYƏT25.4.2024 13:50

MEK əməkdaşları üçün fövqəladə hallar zamanı hərəkət qaydalarına dair praktiki məşğələlər keçirilir

3447

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında əməkdaşlar üçün müvafiqqruplar üzrə fövqəladə hallar zamanı hərəkət qaydalarına dair praktiki məşğələlər keçirilir.

MEK əməkdaşları üçün nəzərdə tutulan məşğələ kitabxanada mövcud olan təxliyə planına əsasən fövqəladə hallar zamanı (yanğın və zəlzələ) binanın tərk edilməsi qaydaları və hərəkət ardıcıllığı, binanı tərk edən əməkdaşların müəyyən edilmiş toplanma məntəqəsində cəmləşməsi, kitabxana daxilində bədbəxt hadisələrin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi, fövqəladə hallara (FH) qarşı hazırlıqlı olmağın yolları, həmin müddət zamanı təhlükəsizliyin təmin edilməsi və təşvişin yaranmaması haqqında maarifləndirici məqsəd daşıyır.

Doqquz gün davam edəcək praktiki məşğələlər kitabxananın Mülki Müdafiə qərargahının rəisi Gülağa Cahangirov tərəfindən aparılır.

Məşğələlər zamanı kitabxananın bütün mərtəbələri üzrə təxliyə planı dəqiqləşdirilir, əsas və ehtiyat çıxışları göstərilir və digər bu kimi fövqaladə hallar zamanı hərəkət qaydalarına aydınlıq gətirilir.

YUXARI