CƏMİYYƏT25.4.2024 08:00

Macarıstanın xarici işlər naziri Azərbaycana gəlib

2991

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana gəlib. Nazir bununla bağlı "Facebook" sosial şəbəkəsində paylaşım edib.

Məlumata görə, o, Bakıda keçiriləcək Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında iştirak edəcək.

Qeyd edək ki, ötən ilin fevral ayının 17-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclası keçirilib.

YUXARI