CƏMİYYƏT25.4.2024 23:00

İnsan haqlarına dair hesabatlarda subyektiv məqamlara yer verilir

2313

"Amerika dövlətinin müvafiq qurumları çox təəssüf ki, bəzən insan haqlarına dair hesabatları obyektiv faktlara, məqamlara əsaslanaraq deyil, subyektiv yanaşmalar əsasında tərtib, təqdim edirlər".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Mübariz Göyüşlü deyib.

"Din azadlığı və s. istiqamətlərində olan məqamlarla bağlı məsələləri təhlil edərkən görürsən ki, burada subyektiv məqamlara, qərəzli yanaşmalara yer verilib və bu, təbii ki, bizim tərəfimizdə təəssüf doğurur. Belə məsələlər də Amerika dövlətinin aidiyyatı qurumlarının bu cür davranışlarını və çalışmalarını şübhə altına alır. Düşünürəm ki, onlar belə məsələlərdən çəkinsələr daha yaxşı olar. Obyektiv olaraq məqamları təqdim etmək daha faydalı olar, nəinki bu şəkildə olan məsələlər". 

YUXARI