ELM VƏ TƏHSİL16.5.2021 11:30

DİM-də növbəti TOEFL iBT imtahanları keçirilib

5

Dövlət İmtahan Mərkəzində (DİM) növbəti TOEFL iBT imtahanları keçirilib.

DİM-dən bildirilib ki, imtahanlar iki növbədə Mərkəzin Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub. Koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin edilib.

Günün birinci yarısında keçirilən imtahanda 8, ikinci yarısında keçirilən imtahanda isə 12 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti TOEFL iBT imtahanının mayın 22-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı DİM-in saytında verilmiş linkdən əldə etmək mümkündür.

YUXARI