GÜNDƏM23.4.2024 03:00

COP29-un prezidenti Antonio Quterreşlə görüşüb

3321

COP-29-un prezidenti Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb. Bu barədə COP29-un sosial şəbəkə hesabında bildirilib.

“Prezident Muxtar Babayev və COP29 komandası BMT-də Yer Günündə Baş katib Antonio Quterreşlə görüşüb. Biz tərəfləri bir araya gətirmək və keçmiş vədlərin hamısının yerinə yetirilməsini təmin etmək məqsədilə hərəkətə keçmək üçün birlikdə işləmək əzmindəyik”, – paylaşımda qeyd olunub.

YUXARI