CƏMİYYƏT25.9.2021 22:30

Yeni nazir Amreyevlə bir arada

118

Gənclər və idman naziri Fərid Qayıbov İstanbulda Türk Şurasının mənzil-qərargahını ziyarət edib və Baş katib Bağdad Amreyevlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı Özbəkistanda keçirilmiş Türk Şurası gənclər və idman nazirlərinin beşinci iclasında qəbul edilmiş qərarların icrası müzakirə olunub. Gənclər və idman sahəsində əməkdaşlığı genişləndirməyin əhəmiyyətini vurğulayan nazir birgə layihələrin həyata keçirilməsinin önəmini qeyd edib.

Görüşdə Türk Şurası baş katibinin müavini Qismət Gözəlov, layihə əlaqələndiricisi Əli Çivilər, Gənclər və İdman Nazirliyinin sektor müdirləri Fuad Babayev və Kənan Kərimov iştirak ediblər.

YUXARI