CƏMİYYƏT16.6.2021 17:15

Xəzər dənizini çirkləndirən amil açıqlandı

69

Bakı şəhərinin 12 məntəqəsindən məişət tullantıları təmizlənmədən Xəzər dənizinə axıdılır və bu da sonda Xəzər dənizinin çirklənməsinə səbəb olur.

Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib. O bildirib ki, dəniz suyunda bağırsaq çöplərinin həddə uyğun olub-olmaması vacibdir.

“Dəniz suyunda bağırsaq çöplərinin normaya uyğun olmaması insanlar arasında kəskin mədə-bağırsaq xəstəliklərinin yayılmasına səbəb ola bilər. Çimərlik mövsümü başlamamışdan öncə ərazidən dəniz suyu nümunələr götürülür, laboratoriyada müayinələr aparılır”.

Z.Kazımov qeyd edib ki, Abşeron yarımadasında, Xəzər rayonunda, Binəqədi rayonu ərazisində olan çimərliklərdən istifadə məqsədəuyğundur.
 

YUXARI