MƏDƏNİYYƏT28.9.2022 18:15

Tarix Muzeyində iraqlı alimlə görüş olub

1492

Milli Azərbaycan Tarixi Muzeyində İraq–Azərbaycan Dostluq Cəmiyyətinin sədri, İraq Respublikası Strateji Araşdırmalar Mərkəzinin direktoru, Bağdad Universitetinin təhlükəsizlik və informasiya elmləri üzrə doktoru Mutəzz Muhy Əbdülhəmid ilə görüş olub.

Bu barədə muzeydən məlumat verilib. Görüşdə muzeyin baş direktoru akademik Nailə Vəlixanlı iraqlı alim Mutəzz Muhy Əbdülhəmidin həyat və yaradıcılığı haqqında məlumat verib.

Sonra Mutəzz Muhy Əbdülhəmid İraq-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən, baş redaktoru olduğu “Dostluq” qəzetinin Azərbaycana həsr edilmiş məqalələrindən, özünün müəllifi olduğu kitablardan danışıb. O, “Qarabağ: münaqişənin tarixi” (Bağdad, 2021, 381 s. ərəb dilində) kitabı haqqında da məlumat verib. İraqlı alim “Azərbaycan Vətən müharibəsində” və “Şuşa– Azərbaycanın mirvarisidir” adlı kitablarının da yaxın vaxtlarda nəşr ediləcəyini bildirib.

Görüşdə M.Əbdülhəmid öz kitablarını muzeyə hədiyyə edib. Muzeyin nəfis tərtibatlı nəşrləri də qonağa təqdim olunub.

Sonra iraqlı alim görüş iştirakçılarının suallarını cavablandırıb.

YUXARI