CƏMİYYƏT30.7.2021 20:40

Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək

113

2040-cı ilə qədər Şuşanın əhalisinin sayının 25 min nəfərə çatdırılması nəzərdə tutulur. Report xəbər verir ki, bu barədə şəhərin ərazi planlaşdırılma layihələrinin təqdimatında bildirilib.

Qeyd olunub ki, Şuşada mənzil fondunun 750 000 kvadratmetr olması planlaşdırılır. Məktəbəqədər təhsil müəssisələri 2 250 nəfərlik, ümumi və orta təhsil müəssisələri üçün 4 500 nəfərlik, poliknika 750 nəfərlik, xəstəxana isə 86 nəfərlik olacaq.

YUXARI