MƏDƏNİYYƏT16.5.2021 10:30

Şəki Uşaq Musiqi Məktəbinin şagirdi beynəlxalq müsabiqədə uğur qazanıb

9

Şəkidə fəaliyyət göstərən Uşaq Musiqi məktəblərinin şagirdləri xarici ölkələrdə keçirilən beynəlxalq onlayn müsabiqə və festivallarda uğurlu çıxışlarını davam etdirirlər.

Şəki Regional Mədəniyyət İdarəsindən bildirilib ki, şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə 3-cü sinif şagirdi Nübar Əbdürrəhmanova İtaliyada keçirilən “Gələcəyin ulduzları” adlı Beynəlxalq onlayn müsabiqədə uğurla çıxış edərək, öz yaş qrupu üzrə müsabiqənin 1-ci dərəcəli laureatı adına layiq görülüb.

AZƏRTAC

YUXARI