ELM VƏ TƏHSİL28.3.2024 04:00

Şəhid bacısına yüksək vəzifə verildi

4041

Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Mehparə Murtuzəliyeva Balakən rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub. Oxu.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı İdarənin müdiri səlahiyyətlərini icra edən müdir müavini Günay Mahmudova müvafiq əmr imzalayıb.

Qeyd edək ki, “Tərəqqi” medallı Mehparə Murtuzəliyeva uzun illər şəhid qardaşının adını daşıdığı tam orta məktəbdə müəllim kimi çalışıb. 2022-ci ilin noyabr ayında isə elm və təhsil nazirinin əmri ilə həmin məktəbə direktor təyin edilib.

YUXARI