DÜNYA17.5.2021 16:30

Rusiyada COVİD-dən ölənlərin sayı 116 mini ötdü

989

Rusiyada son sutka ərzində koronavirusa 9328 yeni yoluxma halı qeydə alınıb. Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 949 573 nəfərə çatıb.

Rusiyada son bir gündə 340 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 116 211 nəfərdir. İndiyədək 4 563 254 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.
 

YUXARI