DÜNYA6.12.2021 19:40

Putin Hindistanda səfərdədir

123

Rusiya Prezidenti Vladimir Putinin Hindistana rəsmi səfəri başlayıb.

Axar.az xəbər verir ki, Putin səfər çərçivəsində Hindistan Baş naziri Narendra Modi ilə görüşəcək.

Danışıqlar zamanı tərəflərin beynəlxalq gündəmdəki aktual məsələləri, o cümlədən G20, BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə fəaliyyətə dair fikir mübadiləsi aparacaqları, həmçinin strateji sabitlik, terrorizmlə mübarizə, Asiya-Sakit okean regionu və Əfqanıstandakı vəziyyəti müzakirə edəcəkləri gözlənilir.

YUXARI