DÜNYA10.7.2024 12:14

Pezeşkianın andiçmə mərasiminin keçiriləcəyi tarixlə bağlı AÇIQLAMA

1560

Trend-in məlumatına görə, bunu İranın daxili işlər naziri Əhməd Vəhidi bu gün (10 iyul) Tehranda Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında ölümündən sonra 50 gün ərzində ölkədə prezident seçkiləri keçirilməli və prezident müəyyənləşməli idi:

"Bu proses artıq başa çatıb. Hazırda andiçmə mərasiminin keçirilməsi ilə əlaqədar hazırlıq işləri görülür".

Qeyd edək ki, İranda 5 iyulda keçirilən növbədənkənar prezident seçkilərinin 2-ci turunda “İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian təxminən 16,4 milyon səslə qalib gəlib. Onun rəqibi “Mühafizəkarlar” düşərgəsinin nümayəndəsi Səid Cəlili isə 13,5 milyon səs toplayıb.

Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

YUXARI