DÜNYA16.5.2021 21:00

Nikol “Qarabağ Ermənistandır” bəyanatı ilə hər şeyi məhv etdi

7

Ermənistandakı hazırkı situasiya milli faciədir.

Axar.az xəbər verir ki, bunu Erməni Milli Konqresi Partiyasının sədr müavini, Paşinyanın keçmiş mətbuat katibi Levon Zurabyan deyib.

“Bizim dövlətin hansı ölümcül təhdidlə üz-üzə qaldığını anlamaq üçün çox ağıl lazım deyil. Dövlətin zəifləməsi öz ardınca xarici aqressiyanı gətirir”, – deyə o bildirib.

Zurabyan Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı, eləcə də Minsk Qrupu həmsədrləri formatında danışıqlardan imtina sayəsində bütün dünyanı Ermənistana qarşı qoyduğunu söyləyib.

YUXARI