ELM VƏ TƏHSİL14.5.2021 15:12

MEK Yaponiyanın Riyaziyyat Cəmiyyəti ilə əməkdaşlığı genişləndirir

258

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) beynəlxalq əlaqələri intensiv olaraq davam etdirilir. Növbəti beynəlxalq mübadilə çərçivəsində Yaponiyanın Riyaziyyat Cəmiyyətindən “Hiroshima Mathematical Journal” (Hiroşima Riyaziyyat Jurnalı) və “Mathematics Initiative from Japan” (Yaponiyadan Riyaziyyata dair təşəbbüs), “Mathematical Society of Japan” (Yaponiya Riyaziyyat Cəmiyyəti) broşür və bukletləri daxil olmuşdur. Təqdim edilən broşür və bukletlərdə sözügedən cəmiyyətin nəşr etdirdiyi elmi jurnallar, habelə riyaziyyat sahəsində irəli sürülən təşəbbüslər, fəaliyyət və istiqamətlər əks olunub. Qeyd edək ki, göndərilən nəşrlər MEK fondlarının zənginləşdirilməsində və istifadəçilərin araşdırmalarında mühüm əhəmiyyət kəsb edir.

Mərkəzi Elmi Kitabxana da öz növbəsində qarşı tərəfin profilinə uyğun “AMEA Riyaziyyat və Mexanika İnstitutunun Xəbərləri, Fizika və texnika elmləri Seriyası. Riyaziyyat” (Transactions of Azerbaijan National Academy of Sciences, Ser. Physical-technical and Mathematical Sciences. Mathematics.), “Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri“ (Proceedings of Institute of Mathematics and Mechanics) adlı elmi jurnalların elektron bazasını sözügedən təşkilata təqdim etmişdir.

YUXARI