Belarus Prezidenti Aleksandr Lukaşenko yenidən Rusiyaya səfər edəcək.
Axar.az xəbər verir ki, bu məlumatı “Kommersant” qəzeti yayıb. Səfər mayın sonunda baş tutacaq. O, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Qeyd edək ki, bu, Lukaşenkonun ilin başlanğıcından bu yana Rusiyaya gerçəkləşdirəcəyi üçüncü səfər olacaq.