DÜNYA15.5.2021 18:57

İranın birinci vitse-prezidenti seçkilərə qatılacaq

7

İranın birinci vitse-prezidenti Eshak Cahangiri prezident seçkilərində iştirak etmək üçün namizədliyini qeydiyyatdan keçirib. Azvision.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

Qanuna görə, seçkilərdə iştirak etmək üçün sənəd təqdim edənlərin namizədliyi 5-10 gün ərzində İran Konstitusiyasının Qəyyumlar Şurası tərəfindən təsdiqlənməlidir. Şura tərəfindən qəbul edilən namizədlər 26-27 may tarixlərində açıqlanacaq.

İranda prezident seçkiləri 18 iyuna təyin edilib.
 

YUXARI