MEDİA və QHT16.6.2021 14:57

İctimai Birlik Şuşa Bəyannaməsinin imzalanmasını alqışlayır

424

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 15 iyunda mədəniyyət paytaxtımız Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi tarixi əhəmiyyətə malikdir. Bu tarixi sənəd iki ölkənin münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəltməklə, bütün dünyaya açıq və qətiyyətli mesaj rolunu da oynayır.

"Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyi Şuşa Bəyannaməsində media sahəsində əməkdaşlığın da xüsusi olaraq, vurğulanmasından məmnunluğunu ifadə etməyi özünə borc bilir.

Çünki Şuşa Bəyannaməsində bu barədə ayrıca bənd yer alır:

"Tərəflər 10 dekabr 2020-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na uyğun olaraq Azərbaycan-Türkiyə Media Platformasının imkanları nəzərə alınmaqla, iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlığı daha da gücləndirəcəklər və bu çərçivədə xarici işlər nazirlikləri arasında davamlı olaraq informasiya üzrə sıx məsləhətləşmələr və mübadilələr həyata keçiriləcəkdir".

"Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyi olaraq, bu bənddə qeyd olunan məqamların iki qardaş ölkənin media qurumları arasında əməkdaşlığı daha da inkişaf etdirə biləcək perspektivlərin açılmasına səbəb olacağını düşünürük və bundan məmnunuq.

YUXARI