CƏMİYYƏT26.4.2024 22:45

Hindistanın Bakıdakı Səfirliyi “Fürsət dolu iplərlə möcüzələr toxumaq” adlı ticarət tədbirində Hindistanın tekstil sənayesinin mükəmməlliyini nümayiş etdirib 

4334

24 aprel 2024-cü il tarixdə Hindistanın Bakıdakı “Fürsət dolu iplərlə möcüzələr toxumaq: Hindistanın tekstil xəzinəsini kəşf et” mövzusunda ticarət tədbiri təşkil edib.

Tədbir, Hindistanın tekstil sənayesi ilə Azərbaycanın tekstil sahəsində faəliyyət göstərən aparıcı iş adamları və idxalçıları arasında əlaqələri gücləndirmək məqsədi ilə təşkil olunmuşdur.

Hindistanın Azərbaycandakı səfiri cənab Sridharan Madhusudhanan tədbir iştirakçıları qarşısında çıxış edib. O, Hindistanın tekstil sənayesinin qlobal nüfuza malik olduğunu və dünyada ona tələbin artdığını vurğulayıb, eləcə də, Hindistanın tekstil istehsalı sektorunda qabaqcıl texnologiyaların və innovativ dizaynların tətbiq olunduğunu qeyd edib.

Bundan əlavə, Səfirliyin müşaviri, cənab Sanjay Jain beynəlxalq arenada Hindistanın tekstil sənayesinin güclü tərəfləri və rəqabət üstünlükləri, eyni zamanda onun Azərbaycan bazarı üçün aktuallığı barədə ətraflı məlumat təqdim edib.

Dünyanın ən böyük pambıq və həsir istehsalçısı və ikinci ən böyük ipək və süni lif istehsalçısı olan Hindistan, qlobal tekstil bazarında mühüm rol oynayır. 2022-ci ildə Hindistanın tekstil ixracı 44 milyard ABŞ dollarına, süni lif tekstil məhsulları isə 6,8 milyard dollarına çatmışdır.

Hindistanın süni lif tekstilinin aparıcı idxalçıları arasında ABŞ, Türkiyə, BƏƏ, Banqladeş, Braziliya, Şri-Lanka, Misir, Almaniya, İtaliya və Belçika kimi ölkələr var.

Tədbirdə, istər pambıq, istərsə də sintetik hind parçalarının üstün keyfiyyəti nümayiş olunaraq, Hindistanın bu sahədə ticarət təkliflərinin iqtisadi səmərəlilik və texnoloji inkişaf ilə xarakterizə olunması qeyd olunmuşdur.

Görüşdə, idxalçılar və Azərbaycanın əsas toxuculuq müəssisələrinin nümayəndələri iştirak edərək Hindistanın tekstil məhsullarına böyük maraq göstəriblər. Tədbir intertaktiv sual-cavab sessiyası ilə yekunlaşıb və bu sessiya zamanı Səfirlik rəsmiləri Hindistandan idxal təşəbbüsləri ilə bağlı Azərbaycan tekstil idxalçılarına və distribyutorlarına hərtərəfli dəstək göstərəcəklərini bir daha bəyan ediblər. Azərbaycanlı tədbir iştirakçıları Hindistan istehsalçılarından alınan toxuculuq məhsullarının keyfiyyəti ilə bağlı müsbət təcrübələrini və məmnunluqlarını bölüşərək, bu sektorda hər iki ölkə üçün qarşılıqlı faydalı və perspektivli artım potensialı olduğunu vurğulayıblar.

YUXARI