DÜNYA2.5.2024 07:00

Gürcüstan polisi parlament binasının ətrafında etirazçılara qarşı rezin güllələrdən istifadə edib (VİDEO)

5444

Gürcüstan polisi Tbilisidə parlament binası yaxınlığında xarici agentlərlə bağlı qanun layihəsinə etiraz edənlərə qarşı rezin güllələrdən istifadə edib.

Trend xəbər verir ki, aksiyaçılardan bəziləri rezin güllələrlə vurulduqlarını bildiriblər.

Yaralanan nümayişçilərə ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, dünən Gürcüstan parlamenti plenar iclasda ikinci oxunuşda “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. 83 deputat lehinə, 23-ü əleyhinə səs verib.

YUXARI