CƏMİYYƏT16.4.2024 09:30

Dendrologiya bağında bitkilərə aqrotexniki qulluq tədbirləri davam edir

5014

Bakı şəhəri İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı”nın ərazisində təmizlik işləri davam etdirilir.

Bağ ərazisində, o cümlədən, tədqiqat sahələrində tullantıların ərazidən uzaqlaşdırılması, ağac və kol bitkilərinin  diblərinin yumşaldılması,  bitkilərin vaxtaşırı suvarılması işləri həyata keçirilir.

Bitkilər zərərvericilərə qarşı dərmanlanır, alaq otları təmizlənir. 

Mövsümə uyğun olaraq ağaclar budanır, habelə bağ ərazisində torpaqların münbitliyinin artırılması, yaşıllıq sahələrinin qorunub saxlanılması işləri mərhələli şəkildə aparılır. 

Qeyd edək ki, göstərilən aqrotexniki qulluq nəticəsində bitkilərdə sürətli inkişaf müşahidə olunur.

YUXARI