CƏMİYYƏT26.4.2024 21:10

COP29-un təşkilat komitəsinin üzvləri Çilinin ətraf mühit naziri ilə görüşüblər

2068

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilat komitəsinin üzvləri Çilinin ətraf mühit naziri Maisa Roxas ilə görüş keçirib. Bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.

“COP-un əvvəlki təşkilatçısı kimi Çili Bakıda COP29 üçün iş prosesinin qurulmasında əvəzsiz tərəfdaş olacaq”, - paylaşımda qeyd olunub.

YUXARI