DÜNYA5.12.2022 03:00

Britaniya Çinin bu istəyini rədd etdi

1261

Çinin London Qülləsi ilə üzbəüz nəhəng yeni səfirlik tikmək planları Tover Hamlets ərazisinin yerli məclis üzvləri tərəfindən yekdilliklə rədd edilib.

Axar.az CNN-ə istinadən xəbər verir ki, bu qərara əsas kimi yerli sakinlərin Pekinin Böyük Britaniyadakı diplomatik fəaliyyətindən qorxması göstərilib.

Sakinlər hesab edirlər ki, Çin səfirliyinin nəhəng olması onların təhlükəsizliyinə təhdid yaradacaq və Londonun şərqinin bu sıx məskunlaşılan hissəsində nəqliyyatın hərəkətinə mane olacaq.

“Komitə sakinlərin və turistlərin təhlükəsizliyinə, tarixi irsə, polis resurslarına və ərazidə həddən artıq sıxlığa təsirlə bağlı narahatlıqlar səbəbindən ərizəni rədd etmək qərarına gəlib. Artıq son qərar qəbul edilməzdən əvvəl ərizə London merinə təqdim olunacaq”, - məlumatda deyilir.

YUXARI