XƏBƏRLƏR2.5.2024 02:00

Azərbaycanla razılaşmaya əsasən, sərhəd qoşunları delimitasiya olunmuş ərazilərə yerləşdiriləcək - Paşinyan

5127

Azərbaycanla razılaşmaya əsasən, sərhəd qoşunları delimitasiya olunmuş ərazilərə yerləşdiriləcək.

Trend xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

"Azərbaycanla razılaşma əsasında delimitasiya olunmuş ərazilərdə sərhəd qoşunları yerləşdiriləcək. Çünki sərhədlərdə təhlükəsizliyi təmin etmək onların vəzifəsidir. Yəni sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq", - deyə Paşinyan bildirib.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb.

YUXARI