MƏDƏNİYYƏT25.9.2021 20:15

Azərbaycandan "TRT Haber"ə daha bir mükafat

448

Türkiyənin "TRT Haber" kanalı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı və Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırılıb.

Axar.az xəbər verir ki, mükafat kanalın müxbiri Bülənt Çulcuoğluna təqdim olunub.

"TRT Haber" olaraq 55 gün ərzində cəbhə xəttində həm Azərbaycan ordusunun uğurunu dünyaya eşitdirdik, həm də Ermənistanın törətdiyi vəhşilikləri və qətliamı dünyaya elan etmək imkanı qazandıq. Burada aldığımız bu mükafat "TRT Haber"in uğur simvoludur", - deyə Çulcuoğlu bildirib.

Həmçinin tədbirdə fərqli ölkələrdən müharibəni izləyən 21 mətbuat nümayəndəsinə mükafat təqdim olunub.

YUXARI