CƏMİYYƏT9.5.2024 08:30

Azərbaycan səfiri Küveyt mühafəzəsinin qubernatoru ilə görüşüb

3613

Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov əmirliyin Əl-Asima mühafəzəsinin qubernatoru Şeyx Abdullah Salim əl-Əli əl-Sabah ilə görüşüb. Bu barədə Azərbaycanın krallıqdakı səfirliyinin mətbuat xidməti bildirib.

“Səfir Emil Kərimov Əl-Asima Qubernatoru Şeyx Abdullah Salim əl-Əli əl-Sabah ilə görüşdə ikitərəfli əməkdaşlığa dair müxtəlif məsələləri müzakirə etdi”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, səfir Emil Kərimov 2022-ci ildən Azərbaycanın Küveytdəki diplomatik missiyasına başçılıq edir.

YUXARI