CƏMİYYƏT9.12.2022 13:00

AYNA İnformasiya Sistemi yaxın vaxtlarda istifadəyə veriləcək - Rəhman Hümmətov

335

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaratdığı AYNA İnformasiya Sistemi yaxın vaxtlarda istifadəyə veriləcək.

Trend xəbər verir ki, bunu bu gün biletim.az portalının təqdimat mərasimində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

"Yeni sistem AYNA-nın fəaliyyətini daha da təkmilləşdirməyə kömək edəcək. Bununla bağlı Prezidentin müvafiq sərəncamında bölmə var idi. Artıq biz işləri başa çatdırmışıq və tezliklə bu sistem istifadəyə veriləcək. Təcrübə göstərir ki, belə sistem dövlət qurumlarının işini daha da asanlaşdırır", - deyə o qeyd edib.

YUXARI