CƏMİYYƏT13.8.2022 11:03

Zərdab sakinlərinin qaz təchizatına dair problemləri dinlənilib

277

“Azəriqaz” İB-nin rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən “Açıq mikrofon” aksiyasının imkanlarından Zərdab rayon sakinləri də yararlanıblar.

İB-dən bildirilib ki, aksiyada iştirak edən sakinlər qaz təchizatı ilə bağlı onları narahat edən məsələlər barədə “Azəriqaz”ın rəhbərliyinə məlumat veriblər.

Aksiyaya Zərdab rayonunun Alcanlı, Gəndəbil, Ağabağı kəndlərindən üz tutan bir sıra sakin fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı müraciət ediblər. Bundan əlavə görüş zamanı işə qəbul, qapı keçidinin quraşdırılması və sair kimi suallar ünvanlanıb.

Vətəndaş məmnuniyyətinin qorunması məqsədilə keçirilən görüşdə təbii qazdan istifadə edən istehlakçılar problemlərinə, istehlakçı olmayan vətəndaşlar isə suallarına cavab tapıblar.

Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən bütün müraciət edən vətəndaşlara ətraflı məlumat verilərək, müraciətlərinin aidiyyəti üzrə yönləndiriləcəyi vurğulanıb.

YUXARI