XƏBƏRLƏR29.6.2022 16:46

Zəngilanda Həkəri çayına qızılxallı forel körpələri buraxılıb

57

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus və beynəlxalq təşkilat nümayəndələri Zəngilanda Həkəri çayına qızılxallı forel körpəsi buraxıb.

Trend-in məlumatına görə, tədbir Ağalı "ağıllı" kəndində baş tutacaq "Su ehtiyatlarının dayanıqlı idarə olunmasında tərəfdaşlıq və fəaliyyətə kömək" mövzusunda beynəlxalq konfransın açılışı ərəfəsində həyata keçirilib.

Qonaqlara azad edilmiş ərazilərdə bərpa işləri, bölgənin ekologiyasının bərpası sahəsində fəaliyyət barədə məlumat verilib.

Həmçinin, qeyd olunub ki, Qırmızı kitaba daxil edilmiş qızılxallı forelin populyasiyası artırılacaq.

YUXARI