DÜNYA6.12.2023 09:00

Zelenskinin senatorlarla görüşü baş tutmadı

13317

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı senatorlarla təhlükəsiz videorabitə vasitəsilə gizli brifinq keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə “Hill” nəşri ABŞ Senatında Demokratların lideri Çak Şumerə istinadla məlumat yayıb.

Senatorun sözlərinə görə, Zelenski onlara Ukraynadakı hərbi vəziyyət, həmçinin əlavə hərbi yardıma ehtiyac barədə məlumat verməlidir.

Bildirilib ki, Zelenskinin senatorlarla brifinqi Ukraynaya 61 milyard dollarlıq paketin ayrılması ilə bağlı Senatda səsvermədən bir gün əvvəl baş tutacaq.

***

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün ABŞ senatorları ilə videorabitə vasitəsilə planlaşdırdığı görüşünü ləğv edib.

Bu barədə ABŞ Senatında Demokratların lideri Çak Şumer məlumat verib.

"Zelenski, yeri gəlmişkən, bizim brifinqimizə gələ bilməyəcək. Son anda nəsə baş verdi", - Şumer bildirib.

YUXARI