DÜNYA29.6.2022 09:40

Zelenskidən BMT TŞ-yə: Rusiyanı çıxardın!

2953

Ukrayna Prezidenti Vladimir Zelenski BMT-ni Rusiyanı terrorçu dövlət kimi tanımağa və onu BMT Təhlükəsizlik Şurasından çıxarmağa çağırıb.

Axar.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında videobağlantı formatında çıxış edən Ukrayna lideri Rusiyanın qurumun səsvermələrində iştirak etmək haqqı olmadığını bildirib:

"Mən sizi terror dövlətinin BMT Baş Assambleyasındakı nümayəndə heyətini səlahiyyətlərindən məhrum etməyə çağırıram. Mümkündür, lazımdır, ədalətlidir. Rusiyanın BMT Təhlükəsizlik Şurasında qalmağa haqqı yoxdur. Rusiya BMT-nin ixtisaslaşmış təşkilatlarının fəaliyyətində iştirak etməkdə davam edir və hətta BMT Təhlükəsizlik Şurasının daimi üzvü imtiyazlarından istifadə edir. Biz Rusiyanı terrora görə məsuliyyətə cəlb etməliyik”.

YUXARI