DÜNYA5.12.2022 09:15

Zelenski Rusiyanı zəiflətmək üçün xalqı qurban verir

1178

İqtisadi böhrandan qaçmaq üçün AB Ukraynaya silah tədarükünü dayandırmalı, Rusiyaya qarşı sanksiyaları qaldırmalı və Vladimir Zelenskini sakitləşdirməlidir.

Axar.az xəbər verir ki, bu barədə Fransa parlamentinin üzvü və “Qalx, Fransa" siyasi hərəkatının lideri Nikola Düpon-Enian deyib.

"Təchizat zəncirlərinin pozulması Avropa və ABŞ-da yanacaq və ərzaq qiymətlərini artırıb. İndi Avropanın intihardan qaçmaq vaxtıdır, çünki bu münaqişə bizi sosial və iqtisadi intihara sövq edir. Sülhə gəlmək, iki ölkə arasında kompromis tapmaq və Zelenskini sakitləşdirmək vaxtıdır", - o bildirib.

O qeyd edib ki, Zelenski Rusiyanı zəiflətmək üçün vəziyyətdən istifadə edir:

"Fransa Ukraynadakı münaqişədən uzaqlaşmalıdır. Bu gün Zelenskinin məqsədi artıq Ukraynanı müdafiə etmək deyil. O, Ukrayna xalqını qurban verərək Rusiyanın məhvinə çalışır. Bu, çox ciddi səhvdir. Bu, münaqişə Çin və ABŞ-ı əlverişli mövqeyə qoyur, Moskva və Pekini yaxınlaşdırır, Avropanı enerji, iqtisadi və sosial böhran vəziyyətinə salır. Rusiyaya qarşı iqtisadi sanksiyaları qaldırmaq və atəşkəs şərti ilə Ukraynaya silah tədarükünü tamamilə dayandırmaq lazımdır. Danışıqlar masası arxasına oturmaq vaxtıdır. Rusiya böyük dövlətdir və belə də qalacaq".

YUXARI