GÜNDƏM29.6.2022 17:00

Zakir Həsənov Pakistan HHQ komandanının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

124

İyunun 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Zahir Əhməd Babar Sidhunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qonaqları salamlayan müdafiə naziri xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin və strateji tərəfdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən Pakistan HHQ komandanı da xüsusi qeyd edib ki, xalqlarımız arasında tarixən dostluq münasibətləri mövcuddur. Azərbaycan-Pakistan əlaqələri müxtəlif istiqamətlərdə genişlənərək xeyli güclənib, o cümlədən iki ölkənin hərbi sahədə əməkdaşlığı böyük potensiala malikdir.

Tərəflər Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.

YUXARI