ELM VƏ TƏHSİL18.5.2024 19:00

"Yüksəliş" imtahanı bölgələrdə də keçirilə bilər

4712

Bu gün burada, yeni imtahan korpusunda "Yüksəliş"in qabiliyyət imtahanı keçirilir. Bu, yeni bir mərhələdir.

Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Bu mərhələ qiymətləndirmə prosesinin rəqəmsallaşdırılmasında yeni bir addımdır. Proses ümumilikdə mürəkkəb prosesdir. Ümidvarıq ki, gələcəkdə bu sistemi regionlarda da tətbiq edəcəyik. Hazırda burada 700 nəfər imtahan verir. Günün ikinci yarısında da eyni sayda şəxs imtahan verəcək. Sabah da bu proses eyni qaydada davam edəcək. Ümumililikdə bu 2 gündə 2800 nəfər burada imtahana cəlb ediləcək", - o əlavə edib.

Qeyd edək ki, 18-19 may 2024-cü il tarixlərində “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi keçirilir. İmtahanda iştirakçıların verbal, rəqəmsal və abstrakt təhlil bacarıqları yoxlanılır. İmtahan hər gün saat 10:00 və 15:00 olmaqla iki növbədə təşkil olunur.



YUXARI