BAXIŞ BUCAĞI16.4.2024 15:35

Yaxın Şərq: Tarixi Çatışmanın Günümüzə Qədər Artan Gərginliyi

59229

Yaxın Şərq, zəmanəmizin ən mürəkkəb siyasi və münaqişəli bölgələrindən biridir. Bu mürəkkəbliyin mərkəzində, regionun ən qədim və ən əhəmiyyətli mübahisələrindən biri olan olan İsrail-Fələstin münaqişəsi dayanır. Çox vaxt dini bir münaqişə kimi təsvir olunsa da, münaqişənin əsas kökləri dini fərqliliklərdən çox, ərazi mübahisələri və ziddiyyətli tarixi hekayələrdə yer alır. Münaqişə, Britaniya Mandatı dövrünə gedib çıxır. Dekolonizasiyadan sonra, müstəmləkəçi dövlətlər tərəfindən torpaqların demarkasiyası nəticəsində yaranan bu münaqişə modeli dunyada təkcə İsrail-Fələstin vəziyyətinə aid deyil. 

Keçən il oktyabrın 7-də, Həmas döyüşçülərinin Qəzzadan İsrailə hücumu, İsrail və Həmas arasında şiddətli bir müharibəyə səbəb oldu. O gün, təxminən 1200 nəfər öldürüldü və təxminən 253 nəfər İsrailən Qəzzaya girov götürüldü. 112 girov geri qaytarılsa da, bəziləri hələ də girov olaraq qalıb və bəzi girovlarin ölmus ola biləcəyi ehtimal edilir. Bu hücum, Qəzzanın, İsrail ilə arasında uzun müddətdir davam edən sərhəd status quo-nun sona çatması ilə əhəmiyyətli bir eskalasiyaya səbəb oldu.

Bu, regionu sarsıdan ilk müharibə deyil. Mövcud vəziyyəti anlamaq üçün onun köklərini səksən il əvvələ, Yaxın Şərqin dekolonizasiya dövrünə və regionda suveren dövlətlərin yaradılmasına aparmalıyıq. Yaxın Şərqdəki vəziyyəti, bu münaqişədən kenarda incələmək mümkün deyil. Birinci Dünya Müharibəsi vaxtı və Osmanlı İmperiyasının dağılması, İngiltərə və Fransa mandatlarının yaranmasına səbəb oldu. Mandatların sona çatması nəticəsində, İraq, Suriya, Livan, Ürdün, Misir, Səudiyyə Ərəbistanı və İsrail kimi dövlətlər yarandı. Bu planlar arasında fələstinlilər üçün də bir ərəb dövlətinin yaradılması planları var idi.

Lakin bu dövrdə qəbul edilən qərarlar, Fələstin dövlətinin real həyata keçirilməsinə mane oldu. Əvəzində, Fələstin əraziləri Misir, Ürdün, daha sonra isə İsrailin nəzarətinə keçdi. Azad Fələstin dövlətinin yaranmamasının region üçün əhəmiyyətli nəticələri oldu. Tarix boyu, Fələstin müxtəlif qüvvələrin, o cümlədən Osmanlı İmperiyasının, Britaniya mandatının, Misirin, Ürdünün, və İsrailin nəzarəti altında olmuşdur. Bu uzunmüddətli işğallar, narazılıqlar, və münaqişələrlə nəticələnmişdir və regionun gələcəyini dərin şəkildə formalaşdırmışdır.

İsrail dövləti 1948-ci il mayın 14-də, BMT-nin ayrı-ayrı yəhudi və ərəb dövlətlərini yaratmaq məqsədini daşıyan bölmə planı əsasında yaradılmışdır. O gün İsrail müstəqilliyini elan etdi. Həmin gecə, Britaniya mandatı başa çatan kimi qanuni olaraq İsrail Dövləti yaranmış sayıldı.

Lakin fələstinlilər, İsrailin suverenliyini redd edərək, qonşu ərəb dövlətlərinə sığındılar. Sonradan baş verən hadisələrin nəticəsi olaraq, Fələstin suverenliyi baş tutmadı. İsrail və ərəb dövlətləri arasında müharibə başladı. Nəticədə, Fələstinin Qəzzası Misirə, Qərb sahili isə Ürdünün yurisdiksiyasına keçdi. BMT-nin beynəlxalq nəzarət planının nəzərdə tutulduğu Qüds şəhərinin Qərbi hissəsi İsrail, Şərqi hissəsi isə Ürdünün nəzarətinə keçdi.

O vaxtdan bəri, bu region çoxsaylı və bununla əlaqəli münaqişələr yaşamışdır. Bu münaqişələr, İsrail və Misir, Ürdün, Livan, Suriya, İraq kimi ərəb dövlətlərinin müxtəlif birləşmələri arasinda gedmisdir. Bu hadisələr, Misirin, Ərəb dövlətləri arasında lider kimi ortaya çıxmasına da imkan yaratmışdı.

Bu müharibələrdən ən əhəmiyyətlisi, sərhədləri dəyişdirən müharibə, 1967-ci ilin Altı Gün Müharibəsi olmuşdur. Bu müharibə zamanı, ərəb dövlətlərinin koalisiyası, 1948-ci ilin müharibəsinin nəticələrini dəyişmək məqsədi ilə İsrailə hücum etmişdir. Sonuç isə tam əksinə olmuşdur və İsrail, Misirdən Qəzzə şəhəri və Sina yarımadasını, Ürdündən Qərb Sahili və Şərq Qudsu, Suriyadan isə Qolan təpələrini ələ keçirmişdir.

Sinayini, 1979-cu ildə Misire qaytarmış olsa da, Misir, Qezzani geri götürmədi. Qezza, 2005-ci ilə qədər İsrailin nəzarətində qaldı. Həm İsrail, həm də Misir, Qəzzanın sərhədlərini paylaşdığı iki dövlət, Qəzzalılara, yalnız iş, sağlamlıq, bayram və s. sebebler üçün xüsusi icazə ilə keçidə icazə verirdilər. 2005-ci ildə, İsrail qüvvələri Qəzzadan çıxdı, və son illərin Həmas saldırısına qədər, İsrailin heç bir təşkilatı, vətəndaşı və ya hərbi qüvvəsi Qəzzada olmamışdır. İsrail çıxdıqdan sonra, Həmas, 2006-cı ildə, Fələstin seçkilərində qalib gəldi və o vaxtdan bəri Qəzzanı idarə edir.

Bununla belə, regionun bütün aspektləri müharibə deil. Bu illər ərzində, bir çoxsaylı sülh təşəbbüsləri de olub, onlardan bəziləri, tərəflərin danışıqlara və güzəştə getməyə hazır olduqları zamanlar xüsusilə uğurlu olub. 

Digər sülhlərə yol açan, ilk və ən əhəmiyyətli sülh təşəbbüsü, Misir və İsrail arasında 1979-cu ildə imzalanmış sülh müqaviləsidir. Bu tarixi müqavilə, Misiri, İsraili qanuni dövlət kimi tanıyan ilk ərəb ölkəsi etmişdir. Nəticədə, Misir və İsrail iqtisadi əlaqələr qurmuşdur, o cümlədən, Misirin İsrailə neft və daha sonra qaz satmasına da yol açmışdır. Sovet İttifaqının dağılmasından sonra da, Azərbaycan, İsrailin neft təminatını qarşılayan əsas ölkə rolunu oynamışdır. Misir və Azərbaycan, İsrailin enerji təhlükəsizliyini təmin edən iki əsas ölkədir. Bu müqavilə, həmçinin, Soyuq Müharibə dövründə, qüvvələr balansının Amerikanın xeyrinə dəyişməsində və Rusiyanın Yaxın Şərqdəki mövqeyinin zəifləməsində həllədici rol oynamışdır ki, bu təsir bu günlərə qədər də davam edir.

Bundan əlavə, bu yaxınlarda imzalanan İbrahim Sazişləri, Yaxın Şərqin diplomatik mənzərəsində əhəmiyyətli dəyişikliklər gətirmişdir. İbrahim Sazişlərindəki ərəb ölkələri daha əvvəlcə İsrail ilə müharibədə iştirak etməyən ölkələrdir. Bu sazişlərə qoşulan ölkələr arasında İsrail, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş və Sudan var. Xətta, 2020-ci ildə, Azərbaycanın Vətən Müharibəsi dövründə, Mərakəş, İbrahim Sazişlərinə qoşulma danışıqlarına qatılmışdı. O vaxt ABŞ, Mərakəşin mübahisəli regionu olan Qərbi Saharanı, Mərakəş ərazisi kimi tanımışdı. Mərakəş isə, həmin ilin Vətən Müharibəsində, Azərbaycanın mövqeyini dəstəklədiyini bildirmişdi.

Sazişlərin səbəbi, əsasən ortaq geostrateji baxışlar və təhdidlərdir, xüsusən də İran və onun tərəfdarları tərəfindən gələn təhdidlər. Sazişlərdən əvvəl, bu ölkələr arasında İsrail ilə iqtisadi əlaqələr var idi, amma məhdud idi. Sazişlərdən sonra, iqtisadi əlaqələr rəsmi, açıq və məhdud olmayan şəkildə inkişaf etməyə başladı. İbrahim Sazişləri, regionun iqtisadi olaraq ən inkişaf etmiş ölkələri arasında imzalanıb. Sazişlər, regionun iqtisadi və texnoloji inkişafına əhəmiyyətli inkişaf vəd edən, investisiyalara və əməkdaşlıq layihələrinə yol açan, xüsusən də sağlamlıq və yüksək texnologiyalar sahəsində, mühüm bir addımdır. Hazırda, Səudiyyə Ərəbistanının da İbrahim Sazişlərinə potensial olaraq daxil edilməsi ilə bağlı müzakirələr aparılır.

Nəticə olaraq, Yaxın Şərqi formalaşdıran və formalaşdırmağa davam edən İsrail-Fələstin əlaqələridir. Atılan addımların əksəriyyəti bu iki xalqla əlaqəlidir; ister münaqişə, ister sülh sahəsində. Aprelin 13-də, gecə radələrində, İran İslam Dövləti İsrailə ilk dəfə olaraq, 300-dən artıq dron və raket ataraq, doğrudan hücum etmişdir. Buna qədər, İranın, İsrail ilə münaqişəsi təhdidlərdən və İran dövlətinin dəstəklədiyi Həmas, Hizbullah və Yəməndəki Huthilərin aracılığı ilə edilən hücumlarından ibarət olmuşdur. Doğrudan hücum, iki dövlət arasındakı tarixdə, bir ilk hesab edilir.

İran, saldırıdan evvəl, təhdit xəbərdarlığı verdiyinə görə, İsrail və onun müttefiqləri bu saldırıya hazır idilər. Çıxan münaqişənin səbəbi, 1 Aprel tarixində, İsrailin, İrandakı konsulluğunu, İran dövlətinin Hizbullah və Həmasa verdiyi silah və mali dəstək səbəbi ilə vurmasıdır. Hal-hazırda, Qəzzada gedən münaqişədə, Cənubi Livan ərazisindən İsrailə hücum edərək, Hizbullah da iştirak edir. 

13 Aprel saldırısı, İran üçün uğursuzluqla nəticələnmişdir və atılan dronlar və raketlər, İsrail və onun müttefiqləri tərəfindən, İsrail ərazisinə zərər vurmadan məhv edilmişdir. Ürdün hava sərhədlərini keçən dron və raketlər də olmuşdur və onlar da Ürdün tərəfindən, mülki əhaliyə zərər vermədən, məhv edilmişdir. Saldırılar İran, İraq, Suriya və Yəmən ərazilərindən baş tutmuşdur. Saldırıdan zərər görən yeganə şəxs, İsrail vətəndaşı, 7 yaşlı bir Ereb Beduin cəmiyyətindən olan qız uşağı olmuşdur. O ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdir.

Iran medyası, saldırının uğurla nəticələndiyini iddia etsə də, sahadakı vəziyyət əksini göstərir. İran Dövlətinin atdığı dronlar və raketlər, İran rəsmilərinin istədiyi nəticəni verməyərkən, eyni zamanda, regiondakı vəziyyətin gərginləşməsinə və daha çox ölkənin münaqişəyə cəlb olunmasına səbəb oldu. Hal-hazırda, münaqişəyə İraq, Suriya, Yəmən, Ürdün, ABŞ, və Fransa kimi ölkələrin cəlb olunması dəyərləndirilir. Əgər İranın eskalasiyası müharibə ilə nəticələnsə, bunun nəticələri lokal müharibədən çox daha uzağa, hətta bir neçə regiona yayıla bilər. Bunun səbəblərindən biri geostrateji vəziyyətdir. Digər səbəb isə, İsrail və İranın bir-birinə doğrudan hücum etmək üçün kifayət qədər uzaqda olmalarıdır. 13 Aprel gecəsi də bunu təsdiqlədi. Buna görə, belə bir münaqişənin eskalasiyasının və ya müharibə ilə nəticələnməsinin yankılarını biz Cənubi Qafqaza qədər hiss edə bilərik. 

Bu da onu göstərir ki, İsrail-Fələstin münaqişəsi, yalnız lokal bir məsələ deyil, həm də bütün Yaxın Şərq və onun sərhədləri kənarında, geniş təsirləri olan xüsusi bir məsələdir. Onun həlli, əsas narahatlıqları həll etmək, hər iki tərəf üçün dialoqu təşviq etmək və bütün iştirakçı tərəflər üçün ədalətli və davamlı sülhün inkişaf etdirilməsi üçün birgə səylər tələb edən, region üçün kritik bir problem kimi qalır.

Aynur Bəşirova

YUXARI