DÜNYA15.6.2024 07:00

Yaşar Gülər Pentaqon rəhbəri ilə görüşdü

8409

Türkiyə müdafiə naziri Yaşar Gülər ​​Pentaqon rəhbəri Lloyd Ostinlə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Gülər Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin toplantısında iştirak edir.

Görüşdən öncə türkiyəli nazir ABŞ Müdafiə Nazirliyinin rəhbəri və müttəfiq ölkələrdən olan digər həmkarları ilə danışıb. Lakin görüşlərin təfərrüatı barədə məlumat verilməyib.

YUXARI