XƏBƏRLƏR21.2.2024 10:35

XİN-dən Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı AÇIQLAMA

3163

Xəbər verdiyimiz kimi, tanınmış fitnes məşqçisi Kamil Zeynallı Moskvada saxlanılıb. Mövzu ilə bağlı Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Trend-ə bildirib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır.

"Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa, bildiriləcək",- deyə o bildirib.

Qeyd edək ki, Kamil Zeynallı Moskvada saxlanılması barədə “Instagram” hesabında məlumat verib. K.Zeynallı Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını bildirib. O qeyd edib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini söyləyib.

YUXARI