XƏBƏRLƏR4.3.2023 22:00

Xəzər rayonunda “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

3504

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə bağlı tədbirlər planı”nın icrası çərçivəsində Xəzər rayonunda silsilə tədbirlər keçirilir.

04 mart 2023-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin və YAP Xəzər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Mərdəkan qəsəbəsi, Heydər Əliyev adına istirahət parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası kecirilib.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısı Aparatının əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, rayon ərazisində yaşılıqların genişləndirməsi və ekoloji tarazlığın daha da yaxşılaşdırması kömək etməklə təbiətə töhfə verməkdir.

Aksiya iştirakçıları tərəfindən Heydər Əliyev adına istirahət parkında 500 ədəd eldar şamı və sərv ağacları əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb

Qeyd edək ki, rayon ərazisində növbəti həftələrdə də genişmiqyaslı aksiyaların keçirilməsi nəzərdə tutulub.

YUXARI