ƏSAS SƏHİFƏ, XƏBƏRLƏR, GÜNDƏM, ELM VƏ TƏHSİL19.4.2015 20:32

"XARİCİ ÖLKƏLƏRDƏ TƏHSİL ÜZRƏ DÖVLƏT PROQRAMI” - Ətraflı məlumat

7035
“2007-2015-Cİ İLLƏRDƏ AZƏRBAYCAN GƏNCLƏRİNİN XARİCİ ÖLKƏLƏRDƏ TƏHSİLİ ÜZRƏ DÖVLƏT PROQRAMI”Ümumi məlumatAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 3 iyun tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”na və Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya (Təhsil üzrə Komissiya) sədrinin 08 nömrəli, 09.02.2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na və “prioritet ixtisas istiqamətləri”nə uyğun olaraq xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanmış Azərbaycan Respublikası vətəndaşları üçün Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na sonuncu müsabiqə elan olunur. Sənədlərin qəbulu 15 aprel - 15 iyul 2015-ci il* tarixləri ərzində elektron ərizə (http://xaricdetehsil.edu.gov.az) vasitəsilə həyata keçiriləcəkdir. Elektron ərizələrin doldurulması üçün son tarix 15.07.2015-ci il, saat 23:59-dur. Müsabiqədə iştirak üçün müraciətlər şəxsən Təhsil Nazirliyinə gəlməklə və ya sənədləri poçt vasitəsilə Nazirliyə göndərməklə deyil, məhz elanın tələblərinə uyğun olaraq elektron qaydada qəbul ediləcəkdir. Ötən illərdə tələbələrin qəbul sənədlərini gec almaları və Dövlət Proqramına gec müraciət etmələri, nəticələrin gec açıqlanmasına və tələbələrin dərslərə vaxtında başlaya bilməməsinə səbəb olmuşdur. Dövlət Proqramına qəbul 1 aydan çox müddəti əhatə edə bilər. Odur ki, mümkün qədər tez müraciət edənlər nəticələrini daha tez bilmə, viza alınmasında kifayət qədər zamana sahib olma, təqaüdlərinin vaxtında köçürülməsi kimi üstünlüklərə sahib olacaqlar. Müsabiqədə əsas üstünlük bakalavrdan sonrakı təhsil səviyyələri üçün I dərəcəli prioritet ixtisas istiqamətləri üzrə müraciət edən iddiaçılara veriləcəkdir. Bakalavr səviyyəsi üzrə müraciət edənlər iddiaçıların müraciətlərinin qəbulu və seçimi müvafiq Qaydalarda nəzərdə tutulmuş tələb əsasında həyata keçiriləcəkdir. Müvafiq tələb və şərtlərlə, növbəti səhifələrdə verilmiş iştirak qaydalarında tanış ola bilərsiniz. Tələb olunan sənədləri elektron ərizə vasitəsi ilə təqdim edən iddiaçıların müraciətlərinin qəbulu Nazirlik tərəfindən təsdiqləndikdən sonra onlar 10-12 iş günü 2 ərzində fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar. İddiaçılar elektron ərizə vasitəsilə müraciətlərinin mövcud vəziyyəti və mərhələləri barədə məlumatlandırılacaqlar. Elektron qaydada təqdim olunan sənədlər (surətinin notarial qaydada təsdiqi tələb olunan sənədlər daxil olmaqla) müsahibə zamanı əlaqədar şəxsə təqdim edilməlidir. Təhsil Nazirliyinə təqdim olunacaq sənədlər geri qaytarılmır. Müsahibənin nəticəsində namizədlikləri müsbət qiymətləndirilən iddiaçıların siyahısı təsdiqlənmək məqsədilə Təhsil üzrə Komissiyaya göndəriləcək, nəticələr Təhsil Nazirliyinə daxil olduqdan sonra “Dövlət Proqramı təqaüdçüsü” adına layiq görülmüş şəxslər dərhal əlaqə vasitələri və eyni zamanda elektron ərizə vasitəsilə məlumatlandırılacaqlar. * Qeyd 1: Türkiyə Respublikasında təhsil üçün müraciət edən hər bir ərizəçinin nəzərinə çatdırılır ki, onlar digər iddiaçılar kimi mütləq qaydada elektron ərizələrini 15.07.2015-ci il tarixinə qədər tamamlayaraq təsdiq etməlidirlər. Bu ölkənin “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”nda adı qeyd olunan ali təhsil müəssisələrinə qəbul nəticələrinin iyul ayının sonuncu həftəsindən etibarən açıqlandığı nəzərə alınaraq, müvafiq qəbul haqqında sənədini 15.07.2015-ci il tarixinə qədər əldə edə bilməyən iddiaçılara həmin sənədi 08.08.2015-ci il tarixinə qədər elektron ərizələrinə izlənmə səhifəsindən (ərizə təsdiq olunduqdan sonra) əlavə etmələrinə imkan yaradılacaq və onlar bu haqda təlimatlandırılacaqlar. Müvafiq qəbul sənədini 08.08.2015-ci il saat 23:59-dək qədər elektron ərizələrinə yükləməyən iddiaçılar müsahibə mərhələsində iştirak edə bilməyəcək və onların ərizələri qüvvədən düşmüş hesab olunacaqdır. Qeyd 2: Sənəd qəbulunun 15.07.2015-ci il tarixində başa çatacağını nəzərə alaraq, TQDK-nın bakalavr səviyyəsi üzrə qəbul imtahanlarında (14-25 iyul 2015) iştirak edəcək namizədlər yalnız elektron ərizələrini son sənəd qəbulu tarixinə qədər təsdiqlətdikləri və sözügedən imtahanlarda tələb olunan balı (texniki sahələr üzrə 550-dən, digər sahələr üzrə 600-dən yuxarı) topladıqları təqdirdə, müvafiq bala dair arayışı 01.08.2015-ci il tarixinədək elektron ərizələrinə əlavə etdikləri halda, qısa zamanda müsahibəyə dəvət ediləcəklər. 3 İştirak qaydaları  Dövlət Proqramı təqaüdçüləri bakalavr pilləsi üzrə 29, magistratura, doktorantura və rezidentura pillələri üzrə 35 yaşınadək olan Azərbaycan vətəndaşları sırasından seçilir;  Dövlət Proqramı təqaüdçüləri müraciət etdikləri təhsil səviyyəsi üzrə daha öncə Azərbaycanda dövlət sifarişi əsasında və ya Proqram çərçivəsində xaricdə təhsilini başa vurmamış iddiaçılar sırasından seçilir;  Dövlət Proqramı təqaüdçüləri Azərbaycan gənclərinin 2015/2016-cı tədris ilində xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisəsələrinin birindən qəbul məktubu almış və ya hazırda təhsil alan iddiaçılar sırasından seçilir;  Dövlət Proqramı təqaüdçüləri yalnız prioritet ixtisas istiqamətləri üzrə müraciət edən iddiaçılar sırasından seçilir;  Bakalavriat səviyyəsinin birinci ili üzrə xaricdə təhsil almaq arzusunda olan gənclərin, Seçim Qaydalarının 2.1.4-cü bəndinə uyğun olaraq, ölkədə ali təhsil müəssisələrinə qəbul üçün keçirilən imtahanlarda (TQDK) iştirak etdikləri halda, texniki sahələr üzrə 550-dən, digər sahələr üzrə 600-dən yuxarı bal toplamış olarsa, sənədləri müsabiqədə iştirak üçün qəbul ediləcəkdir;  Artıq xaricdə təhsil alan iddiaçıların, Seçim Qaydalarının 2.1.6-cı bəndinə uyğun olaraq, təhsil aldıqları xarici ali təhsil müəssisəsində cari müvəffəqiyyət dərəcəsinin orta balı 5 ballıq sistem üzrə 4 bal və ya bundan yuxarı olduğu (və ya təhsil aldığı ali təhsil müəssisəsində tətbiq edilən qiymətləndirmə sistemi üzrə bunun ekvivalenti üzrə) təqdirdə sənədləri müsabiqədə iştirak üçün qəbul ediləcəkdir;  İlk dəfə ali təhsil almaq (bakalavr dərəcəsi) məqsədilə xarici ali təhsil müəssisəsinə özü daxil olan və TQDK imtahanlarında iştirak etməyən gənclərin, akademik göstəricilərini sübut edən beynəlxalq səviyyədə tanınan imtahan və ya olimpiada nəticələri (SAT, YÖS, qızıl/gümüş/bürünc medal qalibi və s.) olduğu təqdirdə sənədləri müsabiqədə iştirak üçün qəbul ediləcəkdir;  Magistratura üzrə müraciət edən iddiaçıların xaricdə oxumaq üçün seçdiyi ixtisas, mövcud Seçim Qaydalarının 3.1.6-cı bəndinə uyğun olaraq, onun ali təhsil haqqında diplom üzrə ixtisasına uyğun olmalıdır. http://xaricdetehsil.edu.gov.az/c-namizedler/ 4 Tələb olunan sənədlər Bakalavr və baza ali tibb təhsili səviyyəsi üçün Elektron ərizəni doldurduğunuz zaman sizdən müvafiq sənədləri kompüterinizdən ərizəyə yükləmək tələb olunacaq. Bütün sənədlərin elektron sürətini (skan) öncədən hazırlamağınızı xahiş edirik. Türk, rus və ingilis dilllərindən başqa digər dillərdə olan sənədlər tələbə tərəfindən tərcümə olunmalı və öz imzası ilə təsdiqlənərək təqdim olunmalıdır. 1. Xarici ali təhsil müəssisəsinə qəbul haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti (və ya müvafiq internet səhifənin “tez-tez verilən suallar” bölməsinin “Tələb olunan sənədlər” hissəsindəki ikinci suala diqqət yetirin); 2. Müvafiq tədris dili imtahanının verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notarial qaydada təsdiq olunmuş surəti (TOEFL, IELTS və s.); 3. Attestat və ya orta ixtisas diplomunun notarial qaydada təsdiq olunmuş surəti; 4. Hazırda ali məktəbdə təhsil alırsınızsa - təhsil aldığınız ali məktəbdən arayış və ən son transkript; 5. CV və ya tərcümeyi-hal (istənilən formada), sertifikat və ya təltifləriniz haqqında məlumatlar mövcud olduğu halda, buraya daxil edilə bilər; 6. Təhsil aldığınız və ya işlədiyiniz yerdən 2 ədəd tövsiyə məktubu (imza və möhür ilə); 7. Ümumvətəndaş pasportunun fotoşəkil səhifəsinin surəti; 8. Sağlamlıq haqqında arayış – AZS-086 nömrəli tibbi arayış; 9. TQDK imtahanlarının nəticəsi * (bal ərizədə qeyd olunmalıdır - arayış və ya təsdiq edici sənəd tələb olunmur). http://xaricdetehsil.edu.gov.az/c-namizedler/bakalavriat/ * 2015-ci ildə keçiriləcək imtahanlarda iştirak edən və ya yerli ali məktəbdə qeydiyyatdan keçməyən namizədlər imtahanın nəticələrinə dair arayışı sənədlərinə əlavə etməlidirlər. Diqqət! Müraciətlərin qəbulu və seçimi müvafiq Qaydalarda nəzərdə tutulmuş meyarlar əsasında həyata keçiriləcəkdir. Müvafiq tələb və şərtlərlə əvvəlki səhifədə verilmiş iştirak qaydalarında tanış ola bilərsiniz. Diqqət! Elektron qaydada təqdim olunan sənədlər (surətinin notarial qaydada təsdiqi tələb olunan sənədlər daxil olmaqla) müsahibə zamanı əlaqədar şəxsə təqdim edilməlidir. Təhsil Nazirliyinə təqdim olunacaq sənədlər geri qaytarılmır. 5 Magistratura səviyyəsi üçün Elektron ərizəni doldurduğunuz zaman sizdən müvafiq sənədləri kompüterinizdən ərizəyə yükləmək tələb olunacaq. Bütün sənədlərin elektron sürətini (skan) öncədən hazırlamağınızı xahiş edirik. Türk, rus və ingilis dilllərindən başqa digər dillərdə olan sənədlər tələbə tərəfindən tərcümə olunmalı və öz imzası ilə təsdiqlənərək təqdim olunmalıdır. 1. Xarici ali təhsil müəssisəsinə qəbul haqqında sənədin əsli; (və ya müvafiq internet səhifənin “tez-tez verilən suallar” bölməsinin “Tələb olunan sənədlər” hissəsindəki ikinci suala diqqət yetirin); 2. Müvafiq tədris dili imtahanının verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notarial qaydada təsdiq olunmuş surəti (TOEFL, IELTS və s.); 3. Ali məktəbi bitirməyinizi təsdiq edən sənəd ** (diplom) və əlavəsi (transkript) (və ya “tez-tez verilən suallar” bölməsinin “Tələb olunan sənədlər” hissəsindəki sonuncu suala diqqət yetirin); 4. Hazırda ali məktəbdə təhsil alırsınızsa - təhsil aldığınız ali məktəbdən arayış və ən son transkript; 5. Təhsil aldığınız və ya işlədiyiniz yerdən 2 ədəd tövsiyə məktubu (imza və möhür ilə); 6. CV və ya tərcümeyi-hal (istənilən formada), sertifikat və ya təltifləriniz haqqında məlumatlar mövcud olduğu halda, buraya daxil edilə bilər; 7. Ümumvətəndaş pasportunun fotoşəkil səhifəsi; 8. Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd; 9. Sağlamlıq haqqında arayış – AZS-086 nömrəli tibbi arayış; 10. TQDK imtahanlarının nəticəsi * (bal ərizədə qeyd olunmalıdır - arayış və ya təsdiq edici sənəd tələb olunmur); http://xaricdetehsil.edu.gov.az/c-namizedler/magistratura/ * 2015-ci ildə keçiriləcək imtahanlarda iştirak edən və ya yerli ali məktəbdə qeydiyyatdan keçməyən namizədlər imtahanın nəticələrinə dair arayışı sənədlərinə əlavə etməlidirlər. ** Xarici ali təhsil müəssisələrindən əldə olunan diplomlar müvafiq qaydalara uyğun olaraq nostrifikasiya olunmalıdır. Ətraflı məlumatı http://www.nostrifikasiya.edu.az/ ünvanından əldə edə bilərsiniz. Diqqət! Elektron qaydada təqdim olunan sənədlər (surətinin notarial qaydada təsdiqi tələb olunan sənədlər daxil olmaqla) müsahibə zamanı əlaqədar şəxsə təqdim edilməlidir. Təhsil Nazirliyinə təqdim olunacaq sənədlər geri qaytarılmır. 6 Doktorantura səviyyəsi üçün Elektron ərizəni doldurduğunuz zaman sizdən müvafiq sənədləri kompüterinizdən ərizəyə yükləmək tələb olunacaq. Bütün sənədlərin elektron sürətini (skan) öncədən hazırlamağınızı xahiş edirik. Türk, rus və ingilis dilllərindən başqa digər dillərdə olan sənədlər tələbə tərəfindən tərcümə olunmalı və öz imzası ilə təsdiqlənərək təqdim olunmalıdır. 1. Xarici ali təhsil müəssisəsinə qəbul haqqında sənədin əsli; (və ya müvafiq internet səhifənin “tez-tez verilən suallar” bölməsinin “Tələb olunan sənədlər” hissəsindəki ikinci suala diqqət yetirin); 2. Müvafiq tədris dili imtahanının verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notarial qaydada təsdiq olunmuş surəti (TOEFL, IELTS və s.); 3. Ali məktəbi (bakalavr və magistratura) bitirməyinizi təsdiq edən sənəd ** (diplom) və əlavəsi (transkript) (və ya “tez-tez verilən suallar” bölməsinin “Tələb olunan sənədlər” hissəsindəki sonuncu suala diqqət yetirin); 4. Hazırda ali məktəbdə təhsil alırsınızsa - Təhsil aldığınız ali məktəbdən arayış və ən son transkript; 5. Təhsil aldığınız və ya işlədiyiniz yerdən 2 ədəd tövsiyə məktubu (imza və möhür ilə); 6. CV və ya tərcümeyi-hal (istənilən formada), sertifikat və ya təltifləriniz haqqında məlumatlar mövcud olduğu halda, buraya daxil edilə bilər; 7. Ümumvətəndaş pasportunun fotoşəkil səhifəsi; 8. Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd; 9. Sağlamlıq haqqında arayış – AZS-086 nömrəli tibbi arayış; 10. Tədqiqat işinizin xülasəsi (minimum 250 söz.). 11. TQDK imtahanlarının nəticəsi * (bal ərizədə qeyd olunmalıdır - arayış və ya təsdiq edici sənəd tələb olunmur); http://xaricdetehsil.edu.gov.az/c-namizedler/doktorantura/ * 2015-ci ildə keçiriləcək imtahanlarda iştirak edən və ya yerli ali məktəbdə qeydiyyatdan keçməyən namizədlər imtahanın nəticələrinə dair arayışı sənədlərinə əlavə etməlidirlər. ** Xarici ali təhsil müəssisələrindən əldə olunan diplomlar müvafiq qaydalara uyğun olaraq nostrifikasiya olunmalıdır. Ətraflı məlumatı http://www.nostrifikasiya.edu.az/ ünvanından əldə edə bilərsiniz. Diqqət! Elektron qaydada təqdim olunan sənədlər (surətinin notarial qaydada təsdiqi tələb olunan sənədlər daxil olmaqla) müsahibə zamanı əlaqədar şəxsə təqdim edilməlidir. Təhsil Nazirliyinə təqdim olunacaq sənədlər geri qaytarılmır. 7 Rezidentura səviyyəsi üçün Elektron ərizəni doldurduğunuz zaman sizdən müvafiq sənədləri kompüterinizdən ərizəyə yükləmək tələb olunacaq. Bütün sənədlərin elektron sürətini (skan) öncədən hazırlamağınızı xahiş edirik. Türk, rus və ingilis dillərindən başqa digər dillərdə olan sənədlər tələbə tərəfindən tərcümə olunmalı və öz imzası ilə təsdiqlənərək təqdim olunmalıdır. 1. Xarici ali təhsil müəssisəsinə qəbul haqqında sənədin əsli; (və ya müvafiq internet səhifənin “tez-tez verilən suallar” bölməsinin “Tələb olunan sənədlər” hissəsindəki ikinci suala diqqət yetirin); 2. Müvafiq tədris dili imtahanının verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notarial qaydada təsdiq olunmuş surəti (TOEFL, IELTS və s.); 3. TQDK imtahanlarının nəticəsi * (bal ərizədə qeyd olunmalıdır - arayış və ya təsdiq edici sənəd tələb olunmur); 4. Ali məktəbi bitirməyinizi təsdiq edən sənəd ** (diplom) və əlavəsi (transkript) (və ya “tez-tez verilən suallar” bölməsinin “Tələb olunan sənədlər” hissəsindəki sonuncu suala diqqət yetirin); 5. Hazırda ali məktəbdə təhsil alırsınızsa - Təhsil aldığınız ali məktəbdən arayış və ən son transkript; 6. Təhsil aldığınız və ya işlədiyiniz yerdən 2 ədəd tövsiyə məktubu (imza və möhür ilə); 7. Ümumvətəndaş pasportunun fotoşəkil səhifəsi; 8. Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd; 9. Sağlamlıq haqqında arayış – AZS-086 nömrəli tibbi arayış; 10. CV və ya tərcümeyi-hal (istənilən formada), sertifikat və ya təltifləriniz haqqında məlumatlar mövcud olduğu halda, buraya daxil edilə bilər; http://xaricdetehsil.edu.gov.az/c-namizedler/rezidentura/ * 2015-ci ildə keçiriləcək imtahanlarda iştirak edən və ya yerli ali məktəbdə qeydiyyatdan keçməyən namizədlər imtahanın nəticələrinə dair arayışı sənədlərinə əlavə etməlidirlər. ** Xarici ali təhsil müəssisələrindən əldə olunan diplomlar müvafiq qaydalara uyğun olaraq nostrifikasiya olunmalıdır. Ətraflı məlumatı http://www.nostrifikasiya.edu.az/ ünvanından əldə edə bilərsiniz.. Diqqət! Elektron qaydada təqdim olunan sənədlər (surətinin notarial qaydada təsdiqi tələb olunan sənədlər daxil olmaqla) müsahibə zamanı əlaqədar şəxsə təqdim edilməlidir. Təhsil Nazirliyinə təqdim olunacaq sənədlər geri qaytarılmır. Diqqət! Almaniyada rezidentura pilləsində təhsil almaq üçün müraciət edənlərin nəzərinə! Almaniyanın səhiyyə qanunvericiliyindəki 01.04.2012-ci il tarixli dəyişikliklərlə əlaqədar həmin ölkədə Dövlət Proqramı çərçivəsində rezidentura səviyyəsində təhsil almaq üçün yalnız Almaniyada aprobasiya imtahanını müvəffəqiyyətlə vermiş və universitet klinikaları ilə işçi müqaviləsi imzalamış (arbeitsvertrag) tələbələrin sənədləri qəbul olunacaqdır. 8 Müsahibə Yalnız elektron ərizə vasitəsilə sənədlərini müvafiq qaydada Nazirliyə təqdim edən namizədlər onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə şəxsən dəvət olunurlar. Müsahibəyə dəvət olunan iddiaçılar həmin gün, elektron qaydada təqdim olunan sənədləri (surətinin notarial qaydada təsdiqi tələb olunan sənədlər daxil olmaqla) müsahibə zamanı əlaqədar şəxsə təqdim etməlidilər. Təhsil Nazirliyinə təqdim edilən sənədlər geri qaytarılmır. Müsahibə zamanı audio-video çəkiliş aparılacaqdır və müsahibə 15 (on beş) dəqiqə davam edəcəkdir. Aşağıdakı qaydalara riayət etməyiniz xahiş olunur:  Elektron ərizə vasitəsilə təqdim olunan məlumatların doğruluğunun yoxlanılması məqsədilə müsahibəyə təyin olunan vaxtdan 15 (on beş) dəqiqə əvvəl gəlmək;  Üzrlü səbəbdən müsahibədə iştirak edə bilməyəcəyiniz təqdirdə 1 gün öncədən Təhsil Nazirliyini məlumatlandırmaq;  Müsahibənin həyata keçirilməsini çətinləşdirən hərəkətlərə yol verməmək;  Müsahibəyə gələrkən səliqəli geyim qaydasına riayət etmək. Müsahibələrin keçiriləcəyi yer və vaxt barədə məlumat sizə elektron ərizə vasitəsi ilə bildiriləcəkdir. 9 Təhsil Nazirliyi ilə əlaqə  Dövlət Proqramı çərçivəsində təhsil almaq istədiyiniz təhsil səviyyələri üzrə tələb olunan sənədlər və digər məlumatlarla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz. http://xaricdetehsil.edu.gov.az/c-namizedler/namized/  Dövlət Proqramının internet səhifəsində yerləşdirilmiş “tez-tez verilən suallar” bölməsi sizlərin bugünədək Təhsil Nazirliyinə ünvanlandığınız çoxsaylı müraciətlər əsasında hazırlanmışdır. Müraciətinizin cavabını daha operativ şəkildə oradan aşağıdakı keçid vasitəsilə əldə edə bilərsiniz. http://xaricdetehsil.edu.gov.az/c-elanlar/details/165  Eyni zamanda, suallarınızın cavabını “facebook” səhifəmizə müraciət etməklə də əldə edə bilərsiniz. https://www.facebook.com/dovletproqrami  Göstərilən mənbələrdə də suallarınıza cavab tapmadığınız təqdirdə Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzi ilə 146 nömrəsi ilə əlaqə saxlamağınızı tövsiyə edirik.  Eyni zamanda, Dövlət Proqramı üzrə ölkələrə uyğun olaraq aidiyyati əməkdaşlarla (iş günləri 16:00-18:00 aralığında) aşağıdakı keçiddə göstərilən vasitələrlə əlaqə saxlaya bilərsiniz. http://xaricdetehsil.edu.gov.az/c-elaqe/http://xaricdetehsil.edu.gov.az/uploads/elan2015.pdf
YUXARI