İQTİSADİYYAT17.5.2022 11:45

Xaricdən Azərbaycana pul köçürmələri artıb

1723

Keçən ilin yay aylarında xaricdə yaşayan azərbaycanlıların ölkələrinə pul köçürmələrinin təkmilləşdirilməsi ilə bağlı layihə hazırlanıb.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsinin İşçi Qrupunun ilk görüşü zamanı deyib.

Onun sözlərinə görə, 2020-ci ildə Azərbaycana köçürülən pulun həcmi ÜDM-in 2,4 faizini təşkil edib.
“2019-cu ildə pandemiyaya görə bu rəqəmin azalacağı gözlənilirdi, amma bunun tam əksi baş verərək 3 faiz artım müşahidə olundu”, - deyə o əlavə edib.

YUXARI