DÜNYA25.5.2023 04:00

Xaricdə səs verən Türkiyə vətəndaşlarının sayı 1,8 milyonu ötüb

4630

Mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi davam edir.

Trend-in məlumatına görə, Türkiyə Ali Seçki Şurasında bildirilib ki, xarici nümayəndəlik və sərhəd məntəqələrində başlayan səsvermə prosesində iştirak edən Türkiyə vətəndaşlarının sayı 1 856 968 nəfər olub.

Xaricdəki nümayəndəliklərdə səsvermə prosesi mayın 24-də başa çatacıb. Sərhəd məntəqələrində isə səsvermə mayın 28-i saat 17:00-da başa çatacaq.

YUXARI