GÜNDƏM27.3.2023 23:00

Vətən müharibəsi və sosial-siyasi fəallığın yeni motivləri...

3130

Dünya tarixinə yazılan Vətən müharibəsi xalqımızın, dövlətimizin tarixində xüsusi əhəmiyyətə, çəkiyə malikdir. Xalqımızın oğulllarının yaratdığı qəhrəmanlıq epopeyası neçə-neçə nəsillərin yaddaşına köçəcək.

Vətən müharibəsi həm də cəmiyyətimizdə yeni ab-hava formalaşdırdı, cəmiyyətin sosial-siyasi fəallığının artmasına, insanların siyasi mədəniyyətinin yüksəlməsinə səbəb oldu. Bir sözlə, 44 günlük müharibədən sonra Azərbaycanın yeni dövrü başladı ki, burada da vətəndaşların sosial siyasi fəallığı özünü daha qabarıq göstərdi. Müharibə dövründə olduğu kimi, müharibədən sonra da insanlarımızda aktivlik özünü qoruyub saxlaya bildi.  

Azərbaycan vətəndaşları bütün gücü ilə düşmən təxribatına qarşı birləşib və siyasi aktivlikləri ilə diqqət çəkirlər. Yüz gündən artıqdır ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması tələbi ilə vətəndaşlarımız Şuşa-xankəndi yolunda dinc aksiya keçirir. Bu vətəndaşlarımızın sosial-siyasi fəallığının göstəricilərindən biridir.

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü də bizimlə söhbətində bildirdi ki, Vətən müharibəsinin nəticələri cəmiyyətin sosial-siyasi aktivliyinə ciddi təsir göstərib. “Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən əvvəl Azərbaycanda bir proses başladı. Növbədənkənar parlament seçkiləri  keçirildi, seçkilərdən dərhal sonra formalaşdırılan parlamentdə  isə müxalifət nümayəndələrində vəzifə verildi. Eyni zamanda da siyasi partiyaların qeydiyyata alınması, Prezident Administarsiyasında aidiyyatı şöbəsinin yaradılması, partiya liderləri ilə görüşlərin keçirilməsi siyasi həyatda canlanmanın artmasına səbəb olan amillərdə oldu. Vətən müharibəsi dövründə dövlətçiliyə sadiq olan bütün siyasi partiyalar Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin siyasətini dəstəklədilər. Həmrəylik nümayiş oldu. Bu Ermənistandan fərqli situasiya idi. Orada partiyalar hökumətin əlehyinə çıxıb əks bəyanatlar verirdilər, siyasi mühitləri çox qarışıq idi. Bizdə isə vəziyyət başqa cür oldu. Müharibəyə qədər bizdə bir məğlubiyyət sindromu vardı, amma müharibə bizi bu psixoloji təsirdən azad etdi. Amma müharibədən qalib şəkildə çıxmağımız cəmiyyətdə insanların özünə inamını daha da artırdı. Əlbəttə, bu məsələ də cəmiyyətdə sosial-siyasi aktivliyin güclənməsinə şərait yaratdı. Eyni zamanda dövlətin beynəlxalq aləmdə nüfuzu artdı. Bütün bu amillər isə dediyim kimi sosial-siyasi fəaliyyətin canlanmasına, daha da güclənməsinə gətirib çıxardı. Cəmiyyətmizdə siyasi fəallıq mövcuddur. Bu istiqamətdə siyasi mədəniyyətin də formalaşdığını müşahidə edirik. Bütün sahələrdə siyasi fəallıq artmaqdadır” - deyə M.Göyüşlü qeyd etdi.

YUXARI